Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                 

Qafqazdakı sülhün Çindən gələn “ayaq səsləri” - AKTUAL
Tarix: 3-09-2025, 06:37 | Çap et

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik münasibətlərin qurulması barədə birgə kommünike imzalayıblar. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, imzalanma mərasimi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çinin Tyantszin şəhərində keçirilən sammiti çərçivəsində baş tutub. Kommünikenin imzalanması ilə Ermənistan və Pakistan arasında diplomatik münasibətlər qurulub.

Hər iki ölkənin hökuməti BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə ümid edir. Buraya suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüzdən imtina, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yaşamaq prinsipləri daxildir.

Ermənistan və Pakistan hökumətləri Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına və beynəlxalq normalara uyğun olaraq diplomatik əlaqələrin həyata keçirilməsi üçün nümayəndələrin mübadiləsi və zəruri yardım göstərilməsi barədə razılığa gəliblər.

Ermənistan XİN-i sənədin imzalanmasından əvvəl iki ölkənin xarici siyasət rəhbərlərinin apardığı danışıqlar barədə də məlumat verib. Söhbət zamanı tərəflər Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasını məmnuniyyətlə qeyd edərək, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Regional məsələlərə toxunan Mirzoyan Ermənistanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətindəki səylərini təqdim edib və bu kontekstdə İrəvanla Bakı arasında sülhün təmin olunduğunu vurğulayıb. Pakistan XİN rəhbəri bununla bağlı XİN rəhbəri həmkarını təbrik edib.

Xəbər olduqca maraqlı və diqqətəlayiqdir. Bəs, bu nədən xəbər verir? Məlum olduğu kimi, Pakistan hökuməti Qarabağın işğal edilməsini əsas gətirərək Ermənistan-Azərbaycan münaqişəsinin əvvəlindən açıq şəkildə Bakının mövqeyini dəstəkləyib və məhz bu səbəbdən 30 ildən artıq müddətdə Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edib. Azərbaycan rəhbərliyi də bunu həmişə xüsusi olaraq vurğulayıb. Elə isə hazırda baş verənlər Ermənistanla Azərbaycan arasında sülhün birmənalı şəkildə təmin olunmasının, geri dönüşü olmayan nöqtəyə çatdığının sübutu ola bilərmi? Yəni, onların arasında yeni müharibə ehtimalı tamamilə tarixə qovuşub?

Pressklub.az-ın suallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə cavablandırıb.

Onun fikrincə, bu addım əslində regiondakı münasibətlər sisteminin transformasiyası prosesinin geriyə dönməsi mümkün olmayan mərhələyə daxil olduğunu göstərir: “Bu transformasiyanın əsasını Azərbaycanın formalaşdırdığı postmünaqişə reallığı təşkil edir. Bu mühüm sənədin – İrəvan və İslamabad arasında diplomatik münasibətlərin qurulması barədə sazişin imzalanması faktı göstərir ki, postmünaqişə reallığı ən azı uzun müddətə formalaşır, qalıcı xarakter alır. Yəni, bunun geri dönüşü yoxdur.

Digər tərəfdən, təbii ki, vəziyyətin gərginləşməsi riski həmişə qalır. Təəssüf ki, Ermənistanda vəziyyəti geri çevirmək, Azərbaycanla münasibətləri gərginləşdirmək, sülh prosesini ləngitmək istəyən qüvvələr mövcuddur. Onlar hakimiyyətə can atır, revanş istəyirlər. Bu gün üçün olduqca az ehtimal olunan bu mənfi ssenari gerçəkləşərsə, hər an diplomatik münasibətləri kəsmək və siyasəti dəyişdirmək mümkündür. Amma hazırkı şəraitdə bu ssenarini ciddi qəbul edənlərin sayı azdır. Əksinə, ehtimallar və proqnozlar daha çox ondan ibarətdir ki, sülh gündəliyi regionda daha dərin dəyişikliklərə gətirib çıxaracaq – kommunikasiyalar açılacaq, genişmiqyaslı iqtisadi, nəqliyyat və logistika layihələri həyata keçiriləcək. Bu da bütün iştirakçılar, o cümlədən regiondan kənar qüvvələr üçün prosesdə birbaşa iştirak imkanı yaradacaq”.

Analitik ümid edir ki, İrəvanla İslamabad arasında diplomatik münasibətlərin qurulmasına dair sənədin imzalanması fonunda ölkələrimiz pan-Asiya təhlükəsizlik platformalarına daha çox inteqrasiya olunacaq və bu da regionda formalaşan yeni təhlükəsizlik arxitekturasını möhkəmləndirəcək. “Tərəflər qarşıdurma gündəliyindən əməkdaşlıq istiqamətinə keçirlər. Hər iki ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı sammitində iştirakı da bunu bir daha sübut edir.

Bundan əlavə, ümumilikdə bu qurumun effektivliyini də qeyd etmək lazımdır. Təsadüfi deyil ki, sammitdə bu yaxınlarda aralarında çox sərt qarşıdurmaya olan iki ölkənin – Pakistan və Hindistanın liderləri iştirak edir. Hətta Hindistanın Baş naziri Narendra Modi Çində keçirilən tədbirdə iştirak edir. Halbuki, Çin Hindistan üçün strateji rəqib və siyasi rəqib kimi qəbul olunur. Amma Modinin bu tədbirdə iştirakı bir daha göstərir ki, siyasət bəzən KİV-də təqdim olunduğundan daha mürəkkəbdir. Burada təhlükəsizliyin təmin edilməsi maraqları var. Şübhəsiz ki, Çinlə Hindistan, Hindistanla Pakistan arasında ziddiyyətlər qalır. Amma bu, onların daha güclü və proqnozlaşdırıla bilən sülh naminə əməkdaşlıq etməyə mane olmur. Bu ölkələrdən heç biri böyük və geniş miqyaslı müharibədə maraqlı deyil.

Bunu eynilə Azərbaycanla Ermənistan barədə də söyləmək olar. Bu gün yalnız ağlı yerində olmayan yeni müharibədə maraqlı ola bilər. Təəssüf ki, Ermənistanda belə adamlar çoxdur. Amma ümid edək ki, vəziyyətin transformasiyası fonunda, zamanla, regionda mövcud reallığı düzgün qiymətləndirə bilməyənlərin sayı azalacaq, sülh və sabitlik bölgəmizdə uzunmüddətli perspektivdə möhkəmlənəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru