Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Tarix: 25-08-2025, 00:21 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbulunun 35-ci ildönümünə həsr olunmuş bəyanatında keçmiş Dağlıq Qarabağ ərazisinə iddiaları ifadə edən bu sənədin sovet hakimiyyətinin təqdim etdiyi vətənpərvərlik modelinə əsaslandığını qeyd edib. Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla sülh razılaşmaları əldə etdikdən və Qarabağa mümkün iddialardan əl çəkəndən sonra yalnız indi real müstəqilliyə nail olub.

Ermənistanın Müstəqillik Bəyannaməsi 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Sənəddə SSRİ-nin tərkibində olan respublikanın adı dəyişdirilərək Ermənistan Respublikası adlandırılıb, müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi yaradılıb. Mətndə isə onun SSRİ-dən çıxmasından (1919-cu il dekabrın 19-da Ermənistanın tərkibindən çıxmasından) bəhs edilmir. Mətndə həmçinin “Ermənistan SSR-nin və Dağlıq Qarabağın yenidən birləşməsi” qeyd olunur, baxmayaraq ki, Qarabağ birbaşa “erməni ərazisi” elan olunmur.

Paşinyan deyib ki, Bəyannamənin müddəaları “qəbul edilərkən Ermənistanda siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsi ifadə edilib”.

“Bu hisslər də öz növbəsində, Sovet İttifaqının ermənilər üçün formalaşdırdığı vətənpərvərlik modelinə əsaslanırdı”, - Paşinyan vurğulayıb.

"Bu sənəd müstəqil dövlətçiliyimizin - Ermənistan Respublikasının yaradılması prosesinin əsasını qoydu. Bəyannamə mahiyyət etibarı ilə, qəbul olunduğu dövrdə Ermənistanda fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv əhval-ruhiyyəsini əks etdirdi, cəmi iki il əvvəl başlanmış və özünün zirvəsinə çatan “Qarabağ hərəkatı”nın möhürünü daşıdı və yeni müstəqil Ermənistan Respublikasının əsas xüsusiyyətlərini əvvəlcədən müəyyənləşdirdi. Məhz belə oldu. Çünki Bəyannamənin əsas ideoloji müddəaları bir-birinə zidd idi və Sovet İttifaqının 1950-ci illərdən etibarən “Dəmir pərdə”nin qurulması və “Soyuq müharibə”nin başlanması kontekstində yavaş-yavaş, lakin ardıcıl olaraq bizə aşıladığı kollektiv vətənpərvərlik modelini ifadə edirdi”, - deyə Baş nazir əlavə edib.

Paşinyan qeyd edib ki, SSRİ-nin ermənilər üçün formalaşdırdığı bu vətənpərvərlik modeli İkinci Dünya müharibəsində NATO ilə qarşıdurmaya girmiş qalib dövlətin cənub-qərb istiqamətindəki ambisiyalarını əks etdirirdi: “Digər tərəfdən, bu model Ermənistan SSR daxilində vətənpərvərlik istəklərinin yerli şəkildə reallaşmasının qarşısını almaq, lakin onları xaricə yönəltmək üçün nəzərdə tutulmuşdu. Bu ideologiya onilliklər boyu kitablar, filmlər, tamaşalar, teatr tamaşaları vasitəsilə bizə təlqin edildi və bu şəkildə formalaşan sosial-psixologiyamız “Qarabağ hərəkatı”na gətirib çıxardı. Biz hamımız bu sosial-psixologiyanın daşıyıcısı idik. Sovet İttifaqının yaratdığı bu sosial-psixologiya 1990-cı illərdə Ermənistan Respublikasında formalaşmış nəsillərə ötürülür və bu sosial-psixologiyanın dərin və şüuraltı məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğunun strateji cəhətdən mümkünsüzlüyü idi. Çünki ilkin olaraq müstəqil kontekstdə münaqişəli bir ölkə qurula bilməz”.

Paşinyan bəyan edib ki, o “Qarabağ hərəkatı”nın davam etdirilməsinin ölkə üçün fəlakətli olacağı qənaətinə gəlib: “Biz Ermənistanın müstəqilliyinin qorunub saxlanması və reallığa çevrilməsi strategiyasını seçmişik və bu strategiyanın ifadəsi “Real Ermənistan”ın ideologiyasına çevrilib. Bunun çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma mümkün olub, Türkiyə ilə real dialoq gündəmi mümkün olub, Gürcüstan və İran İslam Respublikası ilə münasibətlərimiz dərinləşir. Və biz dünya üçün real və maraqlı tərəfdaşa çevrilirik”.

Maraqlı məqam odur ki, Paşinyanın müraciətində Rusiyanın adı çəkilmir.

Avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla birgə görüşdə Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizi haqqında saziş imzalayıblar. Nəqliyyat dəhlizi “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” adlandırılacaq.

Görüşdən sonra Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsinin mətni də dərc olunub. Orada Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarından, eləcə də bir-birinə güc tətbiq etməkdən imtina edirlər. Azərbaycan bundan əvvəl də Müstəqillik Bəyannaməsinə istinadların Ermənistan Konstitusiyasından çıxarılmasında israr etmişdi. Paşinyan bəyan edib ki, bu istinadları ehtiva etməyən yeni konstitusiya qəbul olunacaq.

Şərhçilər qeyd edirlər ki, ABŞ-ın sülh prosesində əsas rolu Rusiyanın bu regionda siyasi çəkisinin və təsirinin kəskin şəkildə aşağı düşdüyünü göstərir.

Müəllif: Turan Abdulla

Ayna.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünən, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Dünən, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Dünən, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Dünən, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Dünən, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Dünən, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Dünən, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Dünən, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Dünən, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Dünən, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Dünən, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Dünən, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Dünən, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru