Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Tarix: 22-08-2025, 12:31 | Çap et

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycana qarşı təxribatçı-şovinist ittihamlarla çıxış edib.

Şvıdkoy Qarabağda ermənilərə məxsus abidələri sökdüyünü iddia edərək Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlətməyə cəsarət edib.

““Dağlıq Qarabağ”da erməni əsilli görkəmli şəxsiyyətlərin və hərbçilərin 25 abidəsinin və büstünün sökülməsi şərəfsiz hərəkətdir”, - deyə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi bildirib.

“Abidələrə qarşı müharibə heç bir ölkə üçün şərəfli deyil. Onlar bu torpaqda yaşayan xalqların tarixini əks etdirir. Anlamaq çox vacibdir ki, Rusiya ilə Qafqaz xalqları arasında münasibətlər çoxəsrlik tarixə malikdir və bizi təkcə indi deyil, həm də keçmiş və gələcək birləşdirir. Siyasət indiki zamanda, mədəni əlaqələr isə əbədiyyətdə yaşayır və bunu başa düşmək lazımdır. Cənubi Qafqazda Rusiyanın Ermənistan, Azərbaycan və Gürcüstanla çoxəsrlik tarixi var və xalqlarımız arasında əlaqələr kəsilmir”, - Şvıdkoy qeyd edib.

Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin və qanunsuz deportasiya hallarının artdığı bir vaxtda Şvıdkoyun bu açıqlaması təbii ki, siyasi təxribat məqsədi daşıyır. Mixail Şvıdkoyun Azərbaycanın əleyhinə yönəlik işlətdiyi etikadankənar ifadələr onun erməni sevgisindən daha çox Rusiya elitasının başqa xalqlara qarşı imperiya iddiaları və nifrət siyasəti ilə bağlıdır. Görünür, bu gün postsovet ölkələrinə qarşı daha çox düşmənçilik münasibəti göstərmək yarışına Şvıdkoy da qoşulub.

Onun Qarabağdakı “abidələr”i yada salması, yəni ermənidən betər erməni olmasının da mədəniyyətlə heç bir əlaqəsi yoxdur. İndiyə qədər nəinki Xankəndidə, Azərbaycanın hər hansı bölgəsində ermənilərə məxsus mədəni, dini abidələri, məzarları dağıdılması barədə bir dənə də olsun sübut tapılmayıb. Sadəcə olaraq, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalında və dinc əhaliyə qarşı kütləvi qətliamlarda iştirak etmiş terrorçuların bəzilərinə ermənilər qanunsuz olaraq sonradan heykəl ucaltmışdı.

Xatırladaq ki, işğal dövründə Şuşada azərbaycanlılara qarşı soyqırımda iştirak etmiş, Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın heykəli qoyulmuşdu. Şuşa şəhəri işğaldan azad edildikdən sonra heykəl də demontaj edildi. Yaxud işğal dövründə ermənilər faşist-terrorçubaşı Qaregin Njdeyə Xocavənddə abidə qoymuşdular. Azərbaycan bu heykəlin götürülməsini beynəlxalq səviyyədə qaldırmışdı. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qaregin Njdenin heykəli də söküldü. Şvıdkoy “erməni hərbçiləri, ictimai xadimləri” deyərkən məhz bu terrorçuları və səhra komandirlərini nəzərdə tutur.

Heykəli ucaldılmış həmin terrorçular Rusiyanın dəstəyi ilə Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədiblər. Hazırda onların bir qismi Bakıda məhkəmə qarşısında bu cinayətlərini etiraf edir. Ona görə də Mixail Şvıdkoyun şərəfdən və ləyaqətdən danışmağa mənəvi haqqı çatmır. Əgər onun şərəfi varsa, 1993-cü ildə Azərbaycan əraziləri işğal olunanda Rusiya mədəniyyət nazirinin müavini kimi bir dəfə Qarabağda baş verən etnik və dini mənsubiyyətinə azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qətllərə, talanlara, abidələrin, məzarlıqların məhvinə etirazını bildirərdi. Mixail Şvıdkoy 1993-1997-ci illərdə Rusiyanın mədəniyyət nazirinin müavini, 2000-2004-cü illərdə isə mədəniyyət naziri işləyib.

Bu, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindəki məscidləri tövləyə çevirdiyi dövr idi. Amma nədənsə həmin vaxtlarda şərəf anlayışı Şvıdkoyun bir dəfə də olsun yadına düşmədi. Ermənilər yalnız məscidləri deyil, Qarabağdakı qədim alban kilsələrini də təhqir etdilər. Şuşada XIX əsrdə tikilmiş rus provaslav kilsəsini öz adlarına çıxdılar. İndi mədəniyyətdən, şərəf və ləyaqətdən dəm vuran Şvıdkoy bütün bunlara səssiz yanaşdı. Çünki Şvıdkoyun əsl niyyəti ara qatmaq, bölgədə yenidən münaqişəyə rəvac verməkdir.

Azərbaycan və Ermənistan arasında avqustun 8-də sülh sazişinin paraflanmasından sonra 37 il davam edən münaqişəyə son qoyulması, kommunikasiyaların açılması üçün real imkan yaranıb. Bu isə Rusiyanı narahat edir. Kreml Şvıdkoy kimilərinin vasitəsilə guya Qarabağda erməni abidələrinin dağıdılması barədə saxta iddiaları ortaya atmaqla, Azərbaycan və Ermənistan arasında başlanmış sülh prosesini pozmağa, növbəti münaqişə ocağı yaratmağa çalışır.

Ancaq “qatar” getdiyindən, Şvıdkoy kifayət qədər gecikmiş görünür. Arxa vaqona tullanan isə qatarın altına düşə bilər...

Müşfiq Abdulla
"Cebheinfo.az"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünən, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Dünən, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Dünən, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Dünən, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Dünən, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Dünən, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Dünən, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Dünən, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Dünən, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Dünən, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Dünən, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Dünən, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Dünən, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru