Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                 

Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Tarix: 19-08-2025, 10:58 | Çap et

İran İsraillə 12 günlük müharibədən sonra ilk dəfə olaraq milli təhlükəsizlik sistemində dəyişiklik edib. “Yeni Müsavat”a görə bu da ölkənin siyasi strukturunda daxili qarşıdurmanı gücləndirib. Əli Laricaninin Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi hakimiyyət elitasına qayıdışı Xarici İşlər Nazirliyinin səlahiyyətlərinin azaldılacağı, o cümlədən “nüvə dosyesi”nin ona ötürüləcəyi ilə bağlı ciddi iddialara və spekulyasiyalara səbəb olub. Haqqın.az saytı yazır ki, Laricaninin qəfil yüksək siyasətə qayıtması prezident Məsud Pezeşkianın “islahatçı” komandası arasında hakimiyyətin yenidən bölüşdürülməsi uğrunda artan rəqabəti göstərir.

Laricaninin təyinatından dərhal sonra prezident Pezeşkianın yeni qurumun - Müdafiə Şurasının yaradılması qərarı gərginliyi artırıb. Bu addım şübhələrə səbəb olub, çünki İran Konstitusiyası prezidentə belə adda struktur yaratmaq hüququ vermir. Üstəlik, yeni şura Xamneyinin nəzarətində olan Ali Milli Təhlükəsizlik Şurasının funksiyalarını böyük ölçüdə təkrarlayır. Bəzi ekspertlərin fikrincə, Laricaninin siyasətə qayıtması ötən il başlayan prosesin davamıdır. İsraillə müharibənin nəticələri Qərblə danışıqlara hazır olan daha praqmatik fiqurların mövqeyini gücləndirdi.

Ehtimal olunur ki, Xamneyi keçmişdə amerikalılarla ortaq dil tapmaq bacarığı olan Laricaninin geri dönməsinə razılıq verib. Ölkəsində “İran Kennediləri” adlandırılan Laricani ailəsi parlamentdə, məhkəmə sistemində və diplomatiyada əsas klanlardan biri hesab olunur. Laricani qardaşları uğurlu evlilikləri və ali dini liderə tabe olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəyi sayəsində İranın siyasi elitasında möhkəm mövqe tutublar.

Xatırladaq ki, 2005-2007-ci illərdə Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb və Bağdadda ABŞ ilə nüvə danışıqlarına rəhbərlik edib.

Hazırda cəmiyyətdə müzakirə olunan əsas sual budur: onun təyinatı hansı nəticələrə gətirib çıxaracaq? Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi Laricaniyə nüvə proqramı ilə bağlı Qərblə danışıqlar da daxil olmaqla, güclü təsir rıçaqları verir. Bir vaxtlar onun komandası Vaşinqtonla razılaşmaya yaxın idi.

Eyni zamanda Laricaninin təhlükəsizlik siyasətinin fundamental prinsiplərini dəyişdirməyə qadir olub-olmaması ilə bağlı şübhələr qalmaqdadır. Bəllidir ki, Əli Xamneyinin radikal kursu ölkəni çıxılmaz vəziyyətə gətirib. İran bir sıra mühüm mövqelərini itirib. Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalandıqdan sonra İran ABŞ-nin onun sərhədləri yaxınlığında nəqliyyat dəhlizinin formalaşdırılmasında iştirakına mane ola bilməyib.

Bundan əlavə, 86 yaşlı Əli Xamneyinin varisi ilə bağlı məsələ də getdikcə aktuallaşır. Hakim elitada yerini yenidən möhkəmlətməsi və nüfuzlu klana mənsub olması Laricaniyə bu mübarizədə iştirak etmək üçün ciddi imkanlar yaradır.

Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, əgər İran yaxın vaxtlarda Qərblə genişmiqyaslı danışıqlara başlamasa və daxili siyasətinə yenidən baxmasa, o zaman kadr dəyişiklikləri batan “Titanik”in göyərtəsində oturacaqların yenidən təşkilindən başqa bir şey qalmayacaq. Hər kəs İranla bərabər batacaq.

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, son günlər İranın hakimiyyət strukturlarında aparılan dəyişikliklərin nüvə danışıqları ilə çox əlaqəsi yoxdur: “Çünki danışıqlarda İranın mövqeyinə münasibətdə ali dini liderlə prezident arasında heç bir fikir ayrılığı görünmür. ABŞ-nin əsas tələbi ondan ibarətdir ki, İran uranı yalnız mülki məqsədlərlə istifadə eləsin və ölkə daxilində onu zənginləşdirməsin. Burada iki variant təklif olunur: ya zənginləşdirilmiş uran xaricdən alınsın, yaxud bölgədə uranı zənginləşdirmək üçün konsorsium yaradılsın. Bu konsorsiuma qonşu ərəb dövlətləri, ABŞ və MAQATE-nin daxil edilməsi təklif edilir. Nüvə danışıqlarında əsas fikir ayrılığı da ondan ibarətdir ki, həm dini lider, həm prezident hesab edir ki, uranın zənginləşdirilməsi İran dövlətinin qürur mənbəyidir. Elmin, sənayenin inkişafının göstəricisidir və İran ondan imtina eləmək fikrində deyil. Yəni əgər İrana qarşı növbəti müharibə başlasa, yenə də İran ölkə daxilində uranın zənginləşdirilməsindən imtina etməyəcək. Bundan əvvəlki danışıqlarda da əsas fikir ayrılığı uranın zənginləşdirilməsi ilə bağlı idi. Dəfələrlə İran Prezidenti Məsud Pezeşkian da bu barədə bəyanatlarla çıxış eləyib və qəti şəkildə deyib ki, uranın zənginləşdirilməsi ilə bağlı ABŞ-nin və Qətərin təklifi qəbul olunmayacaq. Bu səbəbdən hakimiyyət strukturlarında baş verən dəyişiklikləri də birbaşa nüvə danışıqları ilə əlaqələndirmək olmur”.

Onun sözlərinə görə, son günlər prezident Pezeşkianın fəaliyyəti, onun səsləndirdiyi bəyanatlar ölkənin dini liderinin yaxın ətrafının çıxışlarından kifayət qədər fərqlənir: “Görünür ki, bu, hakimiyyət dairələrində narahatlıq doğurub”.

Ekspert qeyd etdi ki, əsas fikir ayrılıqlarından biri Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında əldə olunmuş razılığa münasibət məsələsindədir: “Bu məsələdə dini liderin müşaviri Əli Əkbər Vilayəti çox kəskin mövqe tutdu. Ancaq ölkənin xarici işlər naziri və prezidenti bu mövqenin əksinə mövqe ortaya qoydular. Laricaninin məlum vəzifəyə gətirilməsi də bu fikir ayrılıqlarından doğan narahatlıqların nəticəsidir. Sanki Pezeşkianın qarşısına Laricanini çıxarırlar. Son ayların hadisələri dini liderlə prezident hakimiyyəti arasında müəyyən ziddiyyətlərin yarana biləcəyini ortaya qoydu. Görünür, bu cür halların qarşısını almaq üçün də bu addımlar atılır”.

Nüvə danışıqlarına gəldikdə isə A.Səmədov hesab edir ki, hələlik ABŞ ilə razılığa gəlməyin mümkün olacağına inam çox azdır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru