Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                 

Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Tarix: 16-08-2025, 00:53 | Çap et

 

Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi yüksələn xətlə davam edir. Məsələn, “Nə etməli?” (“Что делать?”) adlı Teleqram kanalı yazır:
“Artıq qanı, ruhu və yaşam tərzi bizə yad olan bu diasporların hamısı ilə haqq-hesab çürütməyin vaxtı çatıb. Və bizim artıq vaxtımız qalmayıb. İnanın, 1,5 milyon azərbaycanlı – bu həddən çoxdur. Biz ruslardan fərqli olaraq, onlar birləşiblər və yaxşı təşkilatlanıblar. Hələ sovet dövründə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Y.V. Andropovun tapşırığı ilə hansı sayda insanın (hələ SSRİ-də) eyni anda həlledici nöqtələrə zərbə endirməklə dövlət çevrilişi edib hakimiyyəti dəyişə biləcəyi ilə bağlı araşdırılma aparılmışdı. Dəqiq rəqəmi deməyəcəyəm – bəlkə bu, hələ də dövlət sirridir. Ancaq bircə şeyi deyim: bu rəqəm, Əliyevin “mehriban və sülhsevər” hesab etdiyi, ölkəmizdə yaşayan Azərbaycan vətəndaşlarının sayından azdır”.

Bu arada, adının açıqlanmasını istəməyən xarici mənbələr hakerlərin əldə etdiyi və Rusiyaya aid olan sənədləri Press-kluba təqdim ediblər. Bu sənədlər Rusiya rəhbərliyinin mümkün olan bütün vasitələrlə Azərbaycana təzyiq göstərməyə çalışdığına bir daha sübut edir.

Belə ki, Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi cari ilin 30 iyun tarixində “xarici siyasi vəziyyətin dəyişməsi şəraitində xarici vətəndaşların əmək fəaliyyətinin təşkili ilə bağlı Rusiya Federasiyası subyektlərinin icra hakimiyyəti orqanlarına və işəgötürənlərə metodik tövsiyələrin nəzərə alınması” barədə sənəd göndərib.

Sənəddə deyilir ki, “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin gərginləşməsi, həmçinin əmək bazarında daxili sabitliyin təmin edilməsi ilə bağlı risklərin qarşısının alınması məqsədilə bütün mülkiyyət formalarına aid müəssisə və təşkilatlarda müvəqqəti olaraq Azərbaycan vətəndaşlarının işə qəbulundan çəkinmək tövsiyə olunur.

Əlavə olaraq xahiş edirik ki, kadr tərkibinin təhlili aparılsın və 2025-ci il 15 iyul tarixinədək Əmək Nazirliyinə əmək münasibətlərində olan Azərbaycan Respublikası vətəndaşları barədə ümumiləşdirilmiş məlumat göndərilsin. Məlumatı bu ünvana yollamaq lazımdır: mintrud.gov.ru@mail.ru

Bu metodik tövsiyələr Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun hazırlanıb və kadr planlaşdırmasının səmərəliliyini artırmaq, sosial və əmək sahələrində mümkün çağırışlara qarşı qabaqlayıcı tədbirlər görmək məqsədi daşıyır”.

İmza – Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri
A.O. Kotyakov.

“Xarici siyasət vəziyyətinin dəyişməsi şəraitində xarici vətəndaşların əmək fəaliyyətinin təşkili ilə bağlı Rusiya Federasiyası subyektlərinin icra hakimiyyəti orqanlarına və işəgötürənlərə metodik tövsiyələr” sənədinin mətni belədir:

1. Ümumi müddəalar
1.1. Əmək kollektivlərinin dayanıqlı fəaliyyətini təmin etmək, sosial-iqtisadi və reputasiya risklərinə yol verməmək, həmçinin beynəlxalq vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq, bu Metodiki tövsiyələr Rusiya Federasiyası subyektlərinin dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və bütün mülkiyyət formalarına aid işəgötürənlər tərəfindən tətbiq olunmaq üçün hazırlanıb.

1.2. Metodiki tövsiyələr tövsiyə xarakteri daşıyır və əmək sahəsində, xüsusilə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud mərhələdə müşahidə olunan gərgin münasibətlər fonunda, xarici vətəndaşların əmək fəaliyyətinə cəlb olunması ilə bağlı potensial qeyri-stabillik faktorlarının qarşısının alınmasına yönəlib.

II. İşə qəbul üzrə tövsiyələr
2.1. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrlə bağlı bir sıra xarici siyasət və idarələrarası problemlər həll olunana qədər Azərbaycan Respublikası vətəndaşlarının vakansiyalara işə qəbul olunması təcrübəsinin müvəqqəti dayandırılması tövsiyə olunur.

2.2. Azərbaycan Respublikası vətəndaşı ilə əmək müqaviləsinin bağlanması zərurəti yarandığı halda, qərar təşkilat rəhbərliyi tərəfindən, mütləq qaydada regionun əmək və məşğulluq sahəsindəki icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla qəbul edilməlidir.

2.3. Göstərilən ölkənin vətəndaşları ilə mövcud əmək münasibətləri olduqda, aşağıdakılar tövsiyə olunur:

III. Uçot və hesabatlılıq
3.1. 2025-ci il iyulun 10-na qədər işəgötürənlər Azərbaycan Respublikası vətəndaşları barədə aşağıdakı məlumatları Rusiya Federasiyası Əmək Nazirliyinə təqdim etməlidirlər:

3.2. Təqdim edilən məlumatlar yalnız xidməti məqsədlərlə, əmək bazarındakı cari vəziyyətin təhlili və miqrasiya siyasətində risklərin qiymətləndirilməsi çərçivəsində istifadə ediləcək.

IV. Əməkdaşlıq və hüquqi tətbiq təcrübəsi
4.1. Yüksək riskli ölkələrdən olan xarici vətəndaşların işə qəbulu zamanı daxili işlər orqanları, Federal Miqrasiya Xidməti (FMS) və Rusiya FSB-nin ərazi bölmələri ilə məlumat mübadiləsi və ayrı-ayrı kadr qərarlarının razılaşdırılması ilə bağlı sıx əməkdaşlığın təmin olunması tövsiyə olunur.

4.2. Miqrasiya rejiminin pozulması və ya rəsmiləşdirilmiş əmək münasibətlərinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olmaması aşkar edildiyi halda, işəgötürənlər bu pozuntuların aradan qaldırılması üçün vaxtında tədbirlər görməlidir. Zəruri hallarda müqavilələr ləğv edilməlidir.

V. Yekun müddəalar
5.1. Metodiki tövsiyələr müəssisə və təşkilatlarda xüsusi şəraitlərdə xarici vətəndaşların işə qəbulu ilə bağlı siyasəti tənzimləyən yerli aktların hazırlanması üçün əsasdır.

5.2. Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi xarici siyasət vəziyyəti və miqrasiya qanunvericiliyi dəyişdikcə bu sənədi yeniləmək hüququnu özündə saxlayır.

Bundan sonra müxtəlif şirkət və təşkilatlardan nazirliyə çoxsaylı cavab məktubları gəlib. Məktublarda fəxrlə bildirir ki, onlarda heç vaxt azərbaycanlı işləməyib, heç onları işə götürmək fikirləri də olmayıb.

Bir neçə belə məktubu sadalayaq:

Arxangelsk şəhər administrasiyası, onun şəhər təsərrüfatı departamenti nazirə cavab məktubunda yazır:

Hörmətli Anton Oleqoviç!

Bu məktubla bildiririk ki, 30 iyun 2025-ci il tarixli, № 14/6/100-10856 saylı məktubla təqdim olunan, dəyişən xarici siyasi şəraitdə xarici vətəndaşların əmək fəaliyyətinin təşkili ilə bağlı Rusiya Federasiyası subyektlərinin icra hakimiyyəti orqanlarına, həmçinin işəgötürənlərə ünvanlanmış Metodiki tövsiyələr Arxangelsk şəhər dairəsi Administrasiyasının şəhər təsərrüfatı departamentinə tabe olan müəssisələrə göndərilib.

Bununla yanaşı, “Gorsvet” MUP, “Vodoçistka” MUP, “Şəhər hamamları” ASC, “Əhaliyə xidmət üzrə ixtisaslaşmış trest” ASC, “Şəhərin təmizlənməsi üzrə xüsusi avtotəsərrüfat” MMC tərəfindən verilən məlumata əsasən, yuxarıda sadalanan müəssisələrin hazırkı kadr tərkibində Azərbaycan Respublikası vətəndaşları işləmirlər və onların işə qəbulu planlaşdırılmır.

Departament direktoru
Oksana Vitalyevna Tsıvaryova

Rostov-na-Donu şəhərindən “DİONA” MMC 4 iyul 2025-ci ildə yazır:

Hörmətli Anton Oleqoviç!
30.06.2025-ci il tarixli, № 14/6/10/В-10856 saylı sorğunuza cavab olaraq bildiririk ki, 03.07.2025-ci il tarixinə “DİONA” MMC-də Azərbaycan Respublikası vətəndaşları ilə əmək münasibətləri mövcud deyil.

Direktor
K. Papkovski

Krasnoyarskdakı “Vasilyevskiy rudnik” ASC-nin 7 iyul 2025-ci ildəki cavabı:

Hörmətli Anton Oleqoviç!
Sorğunuza cavab olaraq bildirirəm ki, hazırda “Vasilyevskiy rudnik” ASC-nin Rusiya Federasiyası ərazisindəki ştatında əmək fəaliyyəti göstərən Azərbaycan Respublikası vətəndaşları yoxdur. Yaxın vaxtlarda da onların işə qəbulu planlaşdırılmır.

Hörmətlə,
Baş direktor A. Doroqoçeynkov

Moskva şəhəri, Kosinskaya küçəsi, 9 ünvanında yerləşən “NPO Orion” ASC-dən yazılır:

30.06.2025-ci il tarixli, № 14/6/10/8-10856 saylı məktuba cavab olaraq bildiririk ki, “NPO Orion” ASC-də (VÖEN 7720770380) Azərbaycan Respublikası vətəndaşları işləmir. Ümumiyyətlə, “NPO Orion” ASC xarici vətəndaşların, o cümlədən Azərbaycan vətəndaşlarının işə götürülməsini nəzərdən keçirmir.

D.V. Uqolnikov

Tver şəhərindən “Dielktrik Kabel Sistemləri” ASC-dən (“DKS” ASC) yazılır:

30.06.2025-ci il tarixli, № 14/6/10B-10856 saylı məktubunuza cavab olaraq bildiririk ki, 07.07.2025-ci il tarixinə “DKS” ASC-də Azərbaycan Respublikası vətəndaşları işləmir.
Azərbaycan vətəndaşlarının vakansiyalara işə qəbulunun dayandırılması barədə məlumat tərəfimizdən qəbul edilib.
Əmək və məşğulluq sahəsində regional icra hakimiyyəti orqanları, daxili işlər orqanları, FMS-in ərazi bölmələri və Rusiya FSB-si ilə əməkdaşlıq barədə Metodiki tövsiyələr qəbul edilib.

Kadrlar şöbəsi müdir müavini
Ya. İ. Vinogradova

Və sair… Heç bir təşkilat nazirə Azərbaycan vətəndaşlarını işə götürdüyünü, heç olmasa bu “Metodiki tövsiyələr” çıxana qədər onlardan kiminsə orada çalışdığını etiraf etməyib. Buna inanmaq isə çətindir. Axı Rusiyada yüz minlərlə azərbaycanlı əmək miqrantı işləyir. Böyük ehtimalla, bu müəssisələr ehtiyatlı davranıb – onlarda çalışan Azərbaycan Respublikası vətəndaşlarını köhnə tarixlə işdən çıxarıblar və naziri inandırmağa çalışıblar ki, “elə bir şey olmayıb”.

Halbuki, elə nazirin özü də hələ bu yaxınlara qədər Azərbaycana qarşı tamam fərqli münasibətdə olub. “AzərTac”-ın 7 mart 2024-cü il tarixli xəbərində oxuyuruq:

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Anton Kotyakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Əvvəlcə nümayəndə heyəti Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli sərəncamına əsasən yaradılmış DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qonaqlara DOST Agentliyi və mərkəzləri barədə məlumat verib. S. Babayev bildirib ki, Azərbaycan və Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində fəal əməkdaşlıq mövcuddur və onun genişləndirilməsi üçün böyük potensial var. Nümayəndə heyəti Azərbaycanda sosial sahədə aparılan islahatlar barədə məlumatlandırılıb.
A. Kotyakov ikitərəfli münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib və sosial islahatlar prosesində əməkdaşlıq və təcrübə mübadiləsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Görüşdə əmək, aktiv məşğulluq proqramları, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, sosial müdafiə, sosial xidmətlər, əlillik və reabilitasiya, müasir texnologiyaların tətbiqi və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bütün bunları yekunlaşdıraraq əlavə etmək olar ki, bu, utancverici və üzücü bir tarixdir.

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru