Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                 

Bakı və İrəvan 10 noyabr razılaşmasından niyə çıxmır? - HƏQİQƏTƏN DƏ...
Tarix: 15-08-2025, 09:13 | Çap et

"Sünik bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən Rusiya sərhədçilərinin burada olması nəzərə alınmalıdır". Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edərkən deyib. Fadeyevin sözlərinə görə, Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-2022-ci illəri əhatə edən üçtərəfli sazişləri qanuni hesab edir, çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını açıqlamayıb.

“Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” adlandırılacaq nəqliyyat dəhlizi layihəsi haqqında danışan Fadeyev deyib: “Rusiya Xarici İşlər Nazirliyi layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, hələlik təfərrüatlar ictimaiyyətə açıqlanmayıb...”

“Biz həmçinin bildirdik ki, Ermənistanın Aİ-yə üzvlüyü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olması kimi amilləri nəzərə almaq lazımdır. Bunlar regionda nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı qərarlar hazırlanarkən nəzərə alınmalıdır”, - Fadeyev əlavə edib. Göründüyü kimi, Moskva 10 noyabr üçtərəfli bəyanatını və ondan sonrakı iki ildə imzalanmış digər üçtərəfli sənədləri əsas götürür və qabartmağa başlayır. O zaman 8 avqust üçtərəfli Vaşinqton razılaşmasından sonra Bakı və İrəvan 10 noyabr üçtərəfli bəyanatından niyə çıxmır? Çıxmalıdırmı?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından, regionda kommunikasiya xətlərinin blokadadan çıxmasından, daimi sülhün əldə edilməsindən ən çox narahatlıq keçirənlərdən biri də Rusiyadır. Rusiya üçün Azərbaycan və Ermənistan arasında gərginlik və ümumiyyətlə, “Dağlıq Qarabağ” adlı problem hər iki ölkəyə təsir göstərmək və təzyiq altında saxlamaq üçün bir imkan idi. Artıq belə bir problem qalmadığı üçün və xüsusilə də tərəflərin sülh sazişini imzalamağa yaxın olması, Zəngəzur dəhlizi ilə bağlı qərarların qəbulu baş tutduğu üçün Rusiya çox böyük narahatlıq keçirir: “Moskva indi də 2020-ci ilin 10 noyabrında və ondan sonrakı dövrdə imzalanmış sənədləri əsas götürərək nəyəsə nail olmağa çalışır. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyevi narahat edən əsas məqam bəyanatın 9-cu maddəsi ilə bağlıdır. Məlumdur ki, üçtərəfli bəyanatın 9-cu maddəsi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını, Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsini və nəqliyyat yoluna nəzarətin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməsini nəzərdə tuturdu. Lakin keçən 5 il ərzində bu istiqamətdə hər hansı bir irəliləyişə nail olunmadı və Rusiya da bu istiqamətdə Ermənistana hər hansı bir irad bildirmədi, yolun açılması üçün təzyiq göstərmədi. İndi Azərbaycan və Ermənistan bu istiqamətdə razılıq əldə ediblər və bunun üçün mütləq şəkildə üçtərəfli bəyanatdan çıxmaq haqqında qərarın qəbuluna hər hansı ehtiyac da yoxdur”.

Politoloq fikrini bununla əsaslandırdı ki, 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistanın liderləri tərəfindən imzalanmış bəyanat atəşkəs bəyanatıdır: “Bu bəyanat özündə bir sıra öhdəlikləri də ehtiva edirdi və həmin öhdəliklərdən irəli gələn vəzifələrin bir qismi də məhz elə Rusiya və onların ”sülhməramlı" kontingenti tərəfindən icra edilmirdi. Digər bir tərəfdən, Zəngəzur dəhlizi Ermənistan dövlətinin yurisdiksiyasındadır və bu ölkə də həmin dəhlizi ABŞ operatoruna verməyi daha məqbul hesab edib. Bu, Ermənistanın suveren hüququdur. Bizim şərtlər nəzərə alındığı üçün, yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişə təminat verildiyi üçün dəhlizin hansı adla olur-olsun açılması bizim də maraqlarımıza cavab verir. Odur ki, Rusiyanın bu məsələdə 2020-2022-ci il sənədlərinə müraciət etməsinin hər hansı əsası yoxdur".

Y.Bağırzadə sonda dedi ki, Rusiya zamanında 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndinin tələbinin icrasına Ermənistana təsir göstərməklə nail olsaydı, dəhlizin açılması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirsəydi, indi oyundankənar vəziyyətdə də qalmazdı: “Rusiya indi özünün etdiyi səhvlərin əziyyətini çəkir və bu səhvlərdən qaynaqlanan proseslərin onun ziyanına olduğunu düşünərək narahatlıq keçirir, ətrafa qəzəb püskürür. Halbuki günahkar Rusiyanın özüdür. Azərbaycan 5 ilə yaxın müddətdə dəfələrlə çağırışlar edirdi ki, 10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndinin tələbləri yerinə yetirilsin. Ermənistan bu tələbləri yerinə yetirməkdən yayınırdı, Rusiya isə buna görə lazımi addımlar atmırdı. İndi proseslərin gedişatından narahat olub 10 noyabr bəyanatını və digər üçtərəfli imzalanmış sənədləri yada salırlar. Ancaq artıq gecdir. Bunu zamanında etmək lazım idi ki, müsbət nəticəsi də olsun”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru