Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir .....                     Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir .....                     “Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” .....                     "SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb .....                     Paşinyan sevərlərə... .....                     Uşaqpulu verilsə... .....                     Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı .....                     Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? .....                     “Babək” yatağı niyə BP-yə verilir .....                     ARVAD... .....                     Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? .....                     Rus konsul ölkədən çıxarıldı, Zaxarova qəzəbləndi: .....                     “Səni unutmaq günahdır, amma unuduldun....” .....                     Ermənistan İrandan bu raketləri aldı .....                     Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika... .....                     Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib .....                     Moskvanın İrəvana təhdidləri dayanmır .....                     Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ .....                     Gizli Rusiya proqramı üzə çıxdı: .....                     Ermənistanın geosiyasi manevri .....                     Türkiyə erkən prezident seçkisinə gedir?.. .....                     Trampın sağlıq vəziyyəti açıqlanıb .....                     Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıb .....                     Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı .....                     “Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” .....                     Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım .....                     Fanatını polisə şikayət edib .....                     Zəngilanda “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermədi: ONLAR DA YOLU BAĞLADI .....                     Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub .....                     Uşaqpulu... .....                     Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb .....                     Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi? .....                     Müəllimlərlə bağlı şok qərar VERİLDİ .....                     Belə olmaz, ay Səidə! .....                     Putindən Paşinyana “ikinci Ukrayna” HƏDƏSİ .....                     Külək nəticəsində Bakıda 41 ağac sınıb .....                     Ermənistanın paraddakı "Canavar"ları saxta çıxdı .....                     Kritik seçkiyə 8 gün qalmış sorğunun nəticəsi .....                     Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı .....                 

Paşinyanın “29.7 min”lik yalanları - MÜHARİBƏYƏ doğru...
Tarix: 14-12-2024, 09:40 | Çap et
Paşinyanın “29.7 min”lik yalanları
Ermənistanın baş naziri Nikol Paşinyanın sülh oyunbazlığı davam edir. O, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirsə də, bu yöndə əməli heç bir addım atmır və beynəlxalq birlikdə elə rəy yaratmağa çalışır ki, sülh sənədi ilə bağlı İrəvanlıq heç nə qalmayıb. Bu barədə o, dekabrın 12-də özünün Facebook səhifəsində yazıb.

Sitat: “Ermənistanın SSRİ-nin tərkibində mövcud olan sərhədlərdən imtina etməsi suverenlikdən və dövlətçilikdən imtina etməsi deməkdir”. Paşinyanın sözlərinə görə, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir, çünki SSRİ-nin xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən əl çəkmək demək ola bilər: “Ona görə ki, biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq ictimaiyyət bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınmış ərazimizə sədaqət təhlükəsizlik üçün vacibdir və bizim üçün buferdir”. Baş nazir əlavə edib ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış ərazilərimizi tanımırlarsa, o zaman başqalarına da onu tanımamaq imkanı verirlər...

Kəsəsi, yenə qulağa xoş gələn, boğazdan yuxarı sözlər. Sual yaranır: o zaman Paşinyan niyə 7 ildir Ermənistan konstitusiyasını SSRİ dövründəki əraziyə - 29.7 min kv km-lik “real Ermənistan”a uyğunlaşdırmır? İki gün qabaq isə o, yenə Ermənistan konstitusiyasında heç bir ölkəyə ərazi iddiasının olmadığını söyləmişdi. Halbuki Xocalı hərbi canisi Robert Köçəryan məhz hazırkı konstitusiya əsasında 10 il (1998-2008) Ermənistan prezidenti olub. Məsələ ondadır ki, prezident “seçiləndə” Köçəryan Azərbaycan vətəndaşı idi. Namizədliyinin qeydə alınması üçün Ermənistan vətəndaşlığı daşıması, üstəlik, azı 10 il orada yaşaması tələb olunurdu. Təbii ki, bunların heç biri yox idi. Məhz o zaman Ermənistan Konstitusiya Məhkəməsi keçmiş Dağlıq Qarabağı Ermənistan ərazisi sayan Müstəqillik Aktını və konstitusiyanı (preambula) əsas götürərək, Köçəryanın Qarabağda yaşadığı illəri Ermənistanda yaşayıbmış kimi şərh edərək (!), onu seçkiyə buraxmışdı.

Paşinyan isə bu məsələyə indiyədək heç bir etiraz bildirməyib - hərçənd bir-biriləri ilə düşməndirlər. Ümumiyyətlə, o, özünü və xalqını daha nə qədər aldadacaq? Bu hələ ermənilərin guya ən mötədil, praqmatik rəhbəridir. Belə çıxır, 2025-də də sülh müqaviləsi olmayacaq? İstənilən sülhün alternativi isə əlbəttə ki, müharibədir. Bu xüsusda rəsmi Bakı İrəvanı bir daha xəbərdar edib. Prezidentin köməkçisi Hikmət Hacıyev dekabrın 12-də bildirib ki, Ermənistan işğalçı və təcavüzkar dövlətdir, bu baxımdan onun silahlandırılması mütləq məsuliyyət məsələsidir. H.Hacıyev qeyd edib ki, Ermənistanın silahlanmasının arxasında dayanan qüvvə Fransadır, lakin silahlar ona təkcə Fransa tərəfindən verilmir (Söhbət həm də Hindistandan gedir - red.): “Biz təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın hərbiləşdirmə proqramında iştirak edir”.

Söz düşmüşkən, dekabrın 10-da İrəvanda Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan və Fransa Silahlı Qüvvələr Nazirliyinin nümayəndəsi Aleksandr Eskorsiya arasında strateji müdafiə məsələləri üzrə məsləhətləşmələr keçirilib. Cari ildə əməkdaşlığın yekunlarına yekun vurulub və 2025-ci il üçün ikitərəfli müdafiə əməkdaşlığı haqda proqram imzalanıb. Bütün bu təmaslar, Fransadan hərbi dəstək və Paşinyanın boşboğazlığı ondan xəbər verir ki, Azərbaycan sülh sənədinin imzalanması ilə bağlı siyasi-diplomatik təzyiqləri gücləndirməlidir.

Siyasi ekspert Fuad Əliyevin qəzetimizə dediyinə görə, Paşinyanın təklif etdiyi sülh variantı ərazi iddialarını saxlamaq şərti çərçivəsindədir. Ekspert belə bir versiyanı qeyri-mümkün sayır və İrəvanın vaxt uzatması kimi qiymətləndirir: “Ermənistan sülh müqaviləsinin bu şərtlər altında imzalanmasına hazır deyil. Paşinyan daxili etirazlardan çəkinir və sülh mətninin növbəti kapitulyasiya aktı kimi dəyərləndirilməsindən qorxur. Bu da erməni cəmiyyətini ayağa qaldıra bilər. Bu proseslə yanaşı Makron da ona diktə edir ki, sənədə qol çəkməsin. Fransa Ermənistanın sülh sənədində məğlub kimi görünməsini istəmir. Hərçənd, burada bərabərhüquqlu bir anlaşmadan söhbət gedir. Azərbaycan Ermənistanı heç nəyə məcbur eləmir və bu ölkəyə qarşı ərazi iddiaları yoxdur, sadəcə, özümüzlə bağlı tələblər yerinə yetirilməlidir”. Ekspert gələn il də sülh sazişinin imzalanmasını gözləmir, səbəb isə konstitusiyadır: “Hər iki paytaxt rəsmi açıqlamalar yayır ki, sülh mətnində iki bənd razılaşdırılmayıb, qalan müddəalar hazırdır. Amma məsələ mətnin tam razılaşdırılması deyil, konstitusiyadan ərazi iddialarını çıxarmaqdır. Yüz bənd razılaşdırılsın, nə dəyişəcək? Ona görə də Ermənistan referenduma getməlidir, adını nə qoyursa-qoysun”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan baş naziri “Müstəqillik Bəyannaməsi”ni dəyişməsə, Azərbaycana qarşı ərazi iddiaları qanunvericilik bazasında qalaraq sülh bağlamaqdan yayınarsa, Zəngəzur dəhlizini açmayacaqsa, siyasi proseslər əleyhinə işləyəcək. Onun fikrincə, Ermənistan baş naziri Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə getməyəcəksə, onu Suriyadakı vəziyyət gözləyə bilər: “Paşinyanın Parisdə Makron və Trampla boy verib, şəkil çəkdirib, mesaj verməsi heç də onun arxayın olmasına gətirib çıxarmayacaq. Paşinyanı onlar xilas etməyəcək. Bəşər Əsəd də Putin və Xamenei ilə şəkil çəkdirib, ”əzələ nümayiş" etdirirdi. Nəticəsi göz qabağındadır". Ekspert hesab edir ki, Ermənistan geosiyasi reallıqları düzgün qiymətləndirməsə, silahlanmaya davam edəcəksə, bu ölkənin dövlətçiliyi sual altında qalacaq: “Rusiya artıq regional dövlət statusunu itirir. İran da zəiflədi. ABŞ-da Trampın prezidentliyinə az müddət qalır. Ermənistan regional gücdən beynəlxalq gücə çevrilən Yaxın Şərqin və Cənubi Qafqazın siyasi nizamını şəkilləndirən Türkiyənin şərtlərini qəbul etməyəcəksə, bataqlıq girdabına girəcək və növbəti mərhələdə Azərbaycan Zəngəzura girməli olacaq”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir - KİV
Bu gün, 17:00
Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir
Bu gün, 16:51
“Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu
Bu gün, 16:44
"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 16:41
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu gün, 15:34
Paşinyan sevərlərə... - Unutmayaq ki...
Bu gün, 15:28
Uşaqpulu verilsə... ...sərhəd açılsa, nə olar?!!
Bu gün, 15:24
Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
Bu gün, 15:19
Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 15:16
“Babək” yatağı niyə BP-yə verilir - Bakının strateji planı
Bu gün, 15:13
ARVAD... - Dəyişək... amma nə ilə?
Bu gün, 15:10
Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? — Deputatdan AÇIQLAMA
Bu gün, 15:09
Rus konsul ölkədən çıxarıldı, Zaxarova qəzəbləndi: - NATO-ya PUA çağırışı
Bu gün, 15:04
“Səni unutmaq günahdır, amma unuduldun....” - Xalq artisti
Bu gün, 15:02
Ermənistan İrandan bu raketləri aldı - Foto
Bu gün, 15:00
Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika... - Əhalinin 75 faizi o qərarı verdi
Bu gün, 14:54
Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib - BUNA GÖRƏ...
Bu gün, 14:48
Moskvanın İrəvana təhdidləri dayanmır – Gərginlik pik həddə
Bu gün, 13:28
Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ - "İşə gəlir mənbəyi kimi baxırlar"
Bu gün, 13:03
Gizli Rusiya proqramı üzə çıxdı: - 20 min uşaq qaçırılıbmı?
Bu gün, 13:01
Ermənistanın geosiyasi manevri - Rusiya asılılığından çıxış mümkündürmü?
Bu gün, 12:59
Türkiyə erkən prezident seçkisinə gedir?..
Bu gün, 12:55
Trampın sağlıq vəziyyəti açıqlanıb - Həkim arıqlamağı məsləhət görüb
Bu gün, 12:51
Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıb - KİV
Bu gün, 12:47
Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı – Sərt CAVAB
Bu gün, 12:25
“Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” - Müşfiq Məmmədli belə deyir...
Bu gün, 12:21
Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım - Qordon
Bu gün, 12:13
Fanatını polisə şikayət edib - yazdığı şərhlərə görə...
Bu gün, 12:09
Zəngilanda “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermədi: ONLAR DA YOLU BAĞLADI - NARAZILIQ VAR...
Bu gün, 12:05
Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub - KİV
Bu gün, 11:54
Uşaqpulu... və ya dövlətin gələcəyi ilə müqaviləsi
Bu gün, 11:52
Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb
Bu gün, 11:43
Efiopiya necə quruya həbs olunmuş ölkəyə çevrildi?
Bu gün, 11:41
Müəllimlərlə bağlı şok qərar VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:38
Belə olmaz, ay Səidə! - REAKSİYA
Bu gün, 11:29
Putindən Paşinyana “ikinci Ukrayna” HƏDƏSİ – İrəvan QARIŞIR...
Bu gün, 11:20
Külək nəticəsində Bakıda 41 ağac sınıb - AÇIQLAMA
Bu gün, 11:18
Ermənistanın paraddakı "Canavar"ları saxta çıxdı - Kəşfiyyatı belə aparacaqlar?
Bu gün, 10:58
Kritik seçkiyə 8 gün qalmış sorğunun nəticəsi - "Hökumət müxalifətin əlinə keçir...”
Bu gün, 10:50
Mətanət İskəndərlinin gəlini ilə Saleh Bağırov üz-üzə: Məhkəməlik qalmaqal başladı - TƏFƏRRÜAT
Bu gün, 10:48
“Tədbir görülməsə fəsadlara yol aça bilər” - aramsız yağan yağışlar torpaq sürüşmələrini aktivləşdirə bilər?
Bu gün, 10:39
Azərbaycan neftinin qiyməti 98 dollara düşüb
Bu gün, 10:36
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb - SƏBƏB
Bu gün, 10:35
Xalq artistindən ETİRAZ - “Ərizəmi yazıb çıxdım, 6 ay tamaşa hazırlayırsan, 1 dəfə göstərilir”
Bu gün, 10:24
“Nə kamera var, nə də mühafizə, qeyri-rəsmi fəaliyyət göstərirlər” - Turistlərin gecələdiyi hostellərə nəzarət varmı?
Bu gün, 10:23
“Bir telefon zəngi ilə həll edərdim” - Köçəryan müharibədən danışdı
Bu gün, 10:15
MƏNZİL BÖHRANI DƏRİNLƏŞİR... - Bakı üçün təhlükə siqnalı
Bu gün, 10:11
Bu hoteldə dəsmaldan istifadəyə görə... ƏLAVƏ PUL ALINIR... - "Bu qədər böyük hoteldə..."
Bu gün, 09:53
"Bakıxanov Mall"un dam örtüyü uçdu - TƏHLÜKƏLİ ANLAR (VİDEO)
Bu gün, 09:43
BMT-nin xüsusi məruzəçilərinə verilən rüşvət və: - seçici xarakterli “müstəqillik”
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru