Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Tarix: 28-09-2024, 09:10 | Çap et
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva...
Sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Aydın idi ki, BMT sessiyası çərçivəsində baş tutan görüşdə xüsusi nəticələr olması gözlənilmirdi. Amerika Birləşmiş Ştatları son aylar dövlət katibi və Dövlət Departamenti səviyyəsində bəyan edib ki, Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibinin iştirakı ilə keçirilən görüşündə tərəflər qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

“ABŞ dövlət katibi Azərbaycan və Ermənistan XİN rəhbərlərini davamlı və layiqli sülh yolunda əldə edilən irəliləyişi yüksək qiymətləndirib və sülh sazişini mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı səylərə çağırıb”. Dövlət Departamentinin yaydığı məlumatda belə bildirilib. Qeyd edilib ki, dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında isə Blinkenin hər iki naziri davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib, sülh sazişinin regiona sabitlik və rifah gətirəcəyini vurğulayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistanın əsas qanununa zidd olduğu qənaətinə gələrsə, sülh naminə konstitusiya dəyişikliklərinə ehtiyac yaranacaq.

Nazirlərin Nyu-York görüşünün təşkili, Paşinyanın son açıqlaması hələ yekun sülh sazişinin tezliklə imzalanacağı demək deyil. Nəzərə alaq ki, Ermənistan BMT tribunasından belə çıxış edir. Paşinyan İrəvana gələndə fərqli danışarsa, təəccüb doğurmaz. Sadəcə, COP29-a qədər Bakını sülh sazişi imzalamağa dəvət etməsi Ermənistan haqda beynəlxalq aləmdə sülhpərvər imici yaratmaq cəhdidir. Üstəlik, onun gələn ay Kazan səfəri var. Paşinyan BRİKS sammitində iştirak edəcək. Azərbaycan liderinin də tədbirdə iştirakı nəzərdə tutulub. Bu baxımdan Nyu-Yorkda nazirlərin görüşü olubsa, Kazanda da liderlərin Putinin təşəbbüsü ilə danışıqlar aparması istisna deyil.

Ümumiyyətlə, Cənubi Qafqaz uğrunda geopolitik mübarizə getdiyi bəllidir. Vasitəçilik uğrunda yarışda isə ABŞ geridə qalmaq istəmir. Təəssüf ki, ABŞ-ın neytral vasitəçi olmaq və erməni güc mərkəzlərinin təsirinə düşmədiyini demək mümkün deyil. ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılmasını (“Artsax Gəlirlərinin Bərpası Aktı”-red.) yada salmaq kifayətdir. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff Azərbaycanın müsadirə edilmiş aktivlərindən “Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması və “didərgin düşmüş” ermənilərə kompensasiya vermək kimi axmaq təklifi gündəmə gətirib.

Bununla yanaşı, ABŞ-dakı şəxsi aktivləri ələ keçirmək və “artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır. Aydın məsələdir ki, Adam Şiff təkbaşına hərəkət etmir. Bu, ABŞ-ın Azərbaycana qarşı növbəti təxribatıdır. Şiff kimilərinə anti-Azərbaycan hərəkətləri üçün Bayden administrasiyası şərait yaradır. Belə bir anti-Azərbaycan mühitində Amerika administrasiyasının “ədalətli sülh sazişi” adı altında nələri nəzərdə tutduğu və tərəfsiz vasitəçi olması sual doğurur.

Məlumdur ki, Ermənistan hakimiyyətinin sülh danışıqlarının Qərb platformaları çərçivəsində aparılmasına tərəfdardır, Moskvanın vasitəçiliyini iqnor edir. Ermənistanın sülh danışıqlarında Qərb vasitəçilərinin iştirak etməsinə üstünlük verməsinin səbəbi ona dəstək verəcək xarici havadarlara ehtiyac olması ilə bağlıdır. Həmçinin Ermənistan bu yolla Azərbaycan üzərində təzyiqlərin artırılmasını istəyir. Rusiya da köhnə postsovet məkanında öz maraqlarından əl çəkmək fikrində deyil. Rusiya XİN Ermənistanın Moskva görüşlərindən imtina etməsinə loyal münasibət göstərməyə çalışsa da, dünənədək onun forpostu olan Ermənistanın indi onun təkliflərini rədd etməsini asanlıqla qəbullanmayacaq. O səbəbdən Moskvanın yenidən sülh masasının Moskva da qurulmasını təklif edəcəyi gözlənilir.

Ermənistana isə həm iqtisadi, həm siyasi təsir rıçaqları qaldığı halda Qərb İrəvanı Rusiyaya istənilən mövzuda qarşı çıxmağa ürəkləndirir. Azərbaycan Fransa istisna olmaqla istənilən ölkənin sülh vasitəçiliyinə (məsələn, Astana, Tiflis) normal baxır. Nyu-Yorkdan sonra “sülh bayrağını” Rusiyaya keçəcəyi gözləniləndir. Amma görək, ağaları Ermənistana icazə verəcəkmi? İstənilən halda, bu cür dartışma sülh prosesini irəli atmaqdan daha çox geri salır.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Blinken nazirlərin üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, erməni həmkarını və onun vasitəsilə Paşinyanı Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır. “Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdırlar. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər. Dövlət Departamenti Paşinyana çağırış edib onu Konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq, əks halda üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq” deyə analitik belə proqnozlaşdırır.

Professor Qabil Hüseynli görüşlərin sürətlənməsini vacib sayır. Onun sözlərinə görə, Qərb Rusiyadan fərqli olaraq vasitəçilik təklif etmir və ikitərəfli danışıqlar modelini də dəstəkləyir: “Qərb Bakı ilə İrəvan arasında etimad mühitinin yaranmasını müşahidə edir, moderatorsuz müzakirələri üstün tutur”. Q.Hüseynli Rusiya masasında təşkil olunacaq görüşdən nəticə gözləmir və ikitərəfli danışıqları davam etdirməyi yeganə variant sayır.

Siyasi ekspert Ramiyə Məmmədova isə Paşinyanın COP29-a qədər sülh sənədi imzalamağa çağırış etməsini “erməni hiyləsi” adlandırır. Onun fikrincə, baş nazir guya sülh müqaviləsini imzalamağa tələsir, əslində isə Qərbə özünü sülhpərvər kimi sırıyır: “Paşinyanın piarı Azərbaycanın sülh istəmədiyi haqda saxta təsəvvür yaratmaqdır. Amma Ermənistan məğlub tərəfdir, diktə edə bilməz və konstitusiyaya düzəliş etməsə, sülh mümkün deyil. Sabah Paşinyan iqtidardan getdi, yeni hökumət gəldi, necə olacaq? Yeni hakimiyyət konstitusiyaya istinad edərək bildirəcək ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Bu ərazi iddiası qanunvericilik sənədlərində qalıbsa, sülh sənədi Ermənistan -Azərbaycan yox, Bakı-Paşinyan arasında saziş kimi olacaq”.

Hüquq müdafiəçisi Xəzər Teyyubluya görə, nazirlərin görüşü sülh danışıqlarında ciddi addım sayılmır: “ABŞ bu görüşü təşkil etməklə prosesdə irəliləyiş istəyir. Eyni zamanda, Rusiyaya nümayiş etdirir ki, onun təşəbbüsü ilə nazirlər bir araya gəlir. Fakt budur ki, Rusiyanın masasından Ermənistan imtina edir. Ona görə də hazırda ABŞ və Rusiya arasında sülh müqaviləsinin imzalanmasında kimin rolu olması uğrunda yarış gedir. Bu həm də Cənubi Qafqazla bağlı rəqabətin nəticəsidir. Çünki bölgədə nüfuz savaşı güclənib”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Bu gün, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Bu gün, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Bu gün, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Bu gün, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru