“MƏNƏ PULSUZ BAXIBLAR”
Tarix: 24-09-2012, 10:16 | Çap et
“ÖZLƏRİ İSTƏYİBLƏR, MƏN DƏ RAZI OLMUŞAM”
Teleaparıcı Leyla Mustafayevanın Milli.Az-a müsahibəsi.
- Leyla xanım, televiziya sahəsinə necə gəldiniz? Çox çətinlik çəkdiniz?
- Üçüncü kursda oxuyanda televiziyada işləmək üçün universitetimizə seçim etməyə gəlmişdilər, mən də seçilən qızların arasında idim. Televiziyada bir verilişə prodüser-müxbir lazım idi. Bir həftə ərzində verilən tapşırıqları istədikləri kimi yerinə yetirəndən sonra işə qəbul olundum. İnanırsınız, adi kompüterdə yazmağı belə bacarmırdım. İlk iş günü bunu kimsə bilmədi, heç kimə bunu hiss etdirmədim. Özümü elə aparırdım ki, guya hər şeydən xəbərim var (gülür). Bir-iki həftə çətinlik çəkdim, öyrənmək üçün hamının işinə baxırdım. Artıq səkkiz ildir, bu sahədəyəm.
- Bir zamanlar səhərlər verilişinizlə salamlayırdınız bizi...
- İnşallah, başqa verilişlərlə salamlayaram. Hələ hər şey qarşıdadır.
- Hazırda iş fəaliyyətinizi harada davam etdirirsiniz?
- Yerli prodakşnlardan birində redaktor kimi fəaliyyət göstərirəm. Hazırladığım veriliş yerli kanallardan birində yayımlanır.
- Leyla xanım, sosial şəbəkələrdə sənət əhli ilə görürəm sizi. Nə xəbərdir?
- Burada qeyri-adi bir şey olmadığını düşünürəm. Mən bu neçə il ərzində mədəniyyət sahəsində çalışdığım üçün əksər sənətçilərlə münasibətlərim var. Xüsusilə də "qaymaq" sənətkarlarla.
- Səhv etmirəmsə, bu il bir seriala da çəkildiniz. Özünüzü aktrisa kimi sınamaq çətin olmadı ki?
- Seriala təklif rejissor Mahir Canasdan gəldi və mən də özümü aktrisa kimi sınamaq istədim. Serialın adı "Sadko"dur. Əslində, çəkilişlər çox əyləncəli keçdi. Uşaq evində böyümüş qızın rolunu canlandırıram. Baş rollardan biridir.
- Düşünmürsünüzmü ki, rolunuz yaxşı alınmasa, sənətkarlar tərəfindən qınaq obyektinə çevrilə bilərsiniz?
- İnanırsınız, özüm üçün də serialı efirdən izləmək maraqlı olacaq. Bəyənilərsə - əla, bəyənilməsə də - canları sağ olsun! Bu mənim üçün də bir sınaqdır. Amma hamı tərəfindən sevilməsini istəyirəm.
- Leyla xanım, ailə həyatınızdan danışa bilərsiniz?
- Vallah, bu barədə danışmağı sevmirəm. Mənə elə gəlir ki, bu, yalnız mənə aid olan bir şeydir. Onu deyə bilərəm ki, 7 yaşında Selcan adlı bir qızım var.
- Ev işləri, biş-düş ilə aranız necədir?
- Biş-düşlə aram yoxdur, bu barədə tənbələm. Eyni zamanda işimin çoxluğu baxımından çatdırmıram.
- Qızınızın hansı sənətə həvəsi var?
- Rəqsə, pianoya həvəsi var. Mən də ona şərait yaradıram.
- Səyahət etməyi çox sevirsiniz?
- Gəzməyi və əylənməyi çox sevirəm.
- Yay tətilində harada dincəldiniz?
- Bu yay Litvada, Polşada və Ukraynada oldum. Qısa müddətdə isə Qəbələdə dincəldim. Fürsət düşən kimi Azərbaycanımızın regionlarına üz tuturam.
- Dostlarla harada əylənirsiniz?
- Maraqlı partilərdə və ya haradasa əyləncə mərkəzində. Kinoya getməyi sevirəm. Yeni filmləri izləmək üçün tez-tez getdiyim məkandır.
- Şou-biznes aləmindən necə, dostlarınız var? Ümumiyyətlə kaprizli insansınız?
- Şou-biznes aləmindən də dostlarım var. Kapriz deməzdim, mən insanlarla tez bir zamanda ünsiyyət qurmağı bacarıram. Ətrafımda tanışlarım çoxdur. Bəzən onlar mənim onlara qarşı olan səmimiyyətimi düzgün anlamırlar. O zaman da onlarla vidalaşıram. Ümumiyyətlə, hər bir şeyi zamanında və yerində dəyərləndirən biriyəm. İstəyirəm ki, ətrafımdakılar da belə olsunlar.
- Etiraf edin ki, falçıya da getmisiniz...
- Bu arada, yalan danışmağı da sevmirəm. O qədər getmişəm falçıya. Xüsusilə darıxanda getmişəm. Onlarla çox əylənirəm (gülür). Dedikləri sözlərə də inanmıram.
- Bəs verdiyiniz pullara heyfiniz gəlmirdi?
- Mənə pulsuz baxıblar, özləri istəyiblər, mən də razı olmuşam.
- Qara qaşınıza, qara gözünüzə vurulmuşdular?
- Məndə, deyilənə görə, şeytan tükü var.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
| • Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Bu gün, 12:55 |
|
|
|
| • Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Bu gün, 12:49 |
|
|
|
| • “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Bu gün, 12:48 |
|
|
|
| • Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26 |
|
|
|
| • "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24 |
|
|
|
| • “Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21 |
|
|
|
| • FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19 |
|
|
|
| • Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41 |
|
|
|
| • Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37 |
|
|
|
| • Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49 |
|
|
|
| • Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47 |
|
|
|
| • Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45 |
|
|
|
| • “Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18 |
|
|
|
| • “İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11 |
|
|
|
| • ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56 |
|
|
|
| • Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47 |
|
|
|
| • Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
| • "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41 |
|
|
|
| • Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
| • "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24 |
|
|
|
| • Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03 |
|
|
|
| • Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46 |
|
|
|
| • Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43 |
|
|
|
| • Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40 |
|
|
|
| • Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34 |
|
|
|
| • Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29 |
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
|