Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Əlyazmalar İnstitutunda BOZBAŞ QOXULU DƏYƏRLƏRİMİZ... - Buralar cənab Mehdiyevin kontrolundadır...
Tarix: 22-09-2021, 08:33 | Çap et
Əlyazmalar İnstitutunda BOZBAŞ QOXULU DƏYƏRLƏRİMİZ...
...Xeyli zamandır ki, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutundakı qiymətli əlyazmaların başı üzərində qara buludlar gəzir... Bəs bu qara buludların “himayədarı” kimdir, Əlyazmalar İnstitundan nə istəyir???

Mətləbə keçək: ikinci dəfədir ki, Əlyazmalar İnstitutundan “Təzadlar”a şikayət daxil olur ki, onların qiymətli əlyazmalar saxlanan otaqlarının düz altında yeməkxana fəaliyyət göstərir. Yeməkxanadan qalxan yağların buxarı, soğan, sarımsaq və s. digər ərzaq və yeməklərin iyi bütün günü otaqlardan çəkilmir.

İnstitun əməkdaşlarının narazılıq dolu şikayətindən aydın olurdu ki, bu yeməkxanada bişən yeməklərin iyi, qaynadılan sudan, xörəkdən qalxan buxarın hamısı qiymətli əlyazmalar saxlanılan saxlanc otağına da ciddi təsir edir, nəmişliyin əsas mənbəyinə çevrilir. Onsuz da cüzi əmək haqqı ilə güc-bəla başını saxlayan alimlər pəncərəni açıb təmiz hava da ala bilmirlər. Bu zaman yeməklərin iyi otaqlara “hücum çəkir” və iş prosesinə mane olur.

Bəs alimlərə ciddi narahatlıq, əlyazmalara olduqca təhlükəli vəziyyət yaradan bu yeməkxananın fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyasına çoxmu lazımdır, bu iaşə obyektinə necə icazə verilib???

Şikayəti yerində araşdırmaq üçün deyilən ünvana getdik. Doğrudan da Əlyazmalar İnstitutunun zirzəmisində yerləşən yeməkxananın yeri qətiyyən düzgün seçilməyib. Onu da öyrəndik ki, institutun zirzəmisinin yeməkxana kimi fəaliyyət göstərməsinə Elmlər Akademiyasının Rəyasət Heyətinin rəhbərliyi icazə verib. Özü də mərhum akademik Fərəməz Maqsudovun xeyir-duası ilə... Hazırkı rəhbərliyin Əlyazmalar İnstitutunun saxlanc yerinin altında belə bir yeməkxananın fəaliyyətinə icazə verməsinin səbəbini isə hələki öyrənə bilməmişik... İnstitun direktoru Teymur Kərimli isə dövləti tədbirlə bağlı işdə olmaması səbəbindən onun da mövqeyini öyrənə bilmədik. Lakin bəzi əməkdaşlarla görüşdük, hamısı qəzetimizə minnətdarlıq edərək bilmədiyimiz çox mətləblərdən danışdılar: “Canımız boğazımıza yığılıb. Direktor Teymur müəllim dəfələrlə məsələ qaldırıb, lakin hələki həmin yeməkxananın fəaliyyətində maraqlı olan qüvvələr imkan vermirlər ki, yeməkxana buradan başqa yerə köçürülsün... Ora vaxtilə əlyazmaların saxlandığı anbar təsərrüfatı kimi fəaliyyət göstərib... “.

Qeyd etdiyimiz kimi, Bizi maraqlandıran bir sıra suallara direktor Teymur Kərimli işdə olmadığından rəsmi cavab ala bilmədik. Amma bu, bir faktdır ki, belə bir strateji institutun zirzəmisində yeməkxananın fəaliyyət göstərməsi qətiyyən yolverilməzdir. Bildiyiniz kimi, su damcı-damcı eyni yerə aylarla düşəndə, hətta daşı deşir. İndi bu yeməkxanadan qalxan müxtəlif buxar da nə vaxtsa qiymətli əlyazmalara mənfi təsirini mütləq göstərəcək. Ona görə də bu gün alimlərin qaldırdığı həyəcan siqnalına biganə yanaşmaq olmaz.

Təqdim edilən fotoşəkillərə diqqətlə baxın, yeməkxananın qapısı ilə “Elm” nəşriyyatının qapısı yan-yanadır. Oradakı xörəklərdən qalxan iy birbaşa nəşriyyata da daxil olur. Axı yeməkxana ilə nəşriyyat eyni yerdə ola bilməz.

İnanırıq ki, aidiyyəti qurumlar məsələyə çox həssaslıqla yanaşacaq və alimlərin iş prosesini pozan, əmək fəaliyyətinə maneçilik törədən, eyni zamanda qiymətli əlyazmalara ciddi ziyan vura biləcək yeməkxananın fəaliyyətinə son qoyacaqlar.

Təəssüflər olsun, yeməkxanada da olduq, məsul şəxs olmadı ki, hansısa suala cavab axtaraq. Əslində isə, suallara orada işləyənlər yox, həmin yeməkxananın əsl sahibi və AMEA-nın Prezidenti hörmətli akademik Ramiz Mehdiyev verə bilər... Çalışacağıq həmin suallara aydınlıq gətirək. Belə ki, institut kollektivinin Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, AMEA-nın Prezidenti Ramiz Mehdiyevə müraciətində həmin suallara cavab istənilir... Amma kollektiv hələlik inanır ki, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev bu problemin həllinə əlac tapacaq...

Mövzunu diqqətdə saxlayacağıq.

P.S. Əks tərəfin də mövqeyini dinləyib, dərc etməyə hazırıq.
//tezadlar.az//

Əlyazmalar İnstitutunda BOZBAŞ QOXULU DƏYƏRLƏRİMİZ...
Əlyazmalar İnstitutunda BOZBAŞ QOXULU DƏYƏRLƏRİMİZ...
Əlyazmalar İnstitutunda BOZBAŞ QOXULU DƏYƏRLƏRİMİZ...
Əlyazmalar İnstitutunda BOZBAŞ QOXULU DƏYƏRLƏRİMİZ...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru