Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                     Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                     Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! .....                     İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub .....                     ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib .....                     Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib .....                     “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, .....                     Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                     Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                     Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                 

Çiçəyi burnunda olan nazirin kövrək özünüməşğulluq siyasəti... - İlk addımdaca büdrədi...
Tarix: 6-02-2019, 08:46 | Çap et
Çiçəyi burnunda olan nazirin kövrək özünüməşğulluq siyasəti...
Ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumət komandasında edilən dəyişikliklər ictimaiyyət arasında xeyli razılıqla qarşılandı. Vəzifəyə təyin olunan yeni məmurların gənc olması onların fəaliyyətində əvvəlki nöqsanların təkrarlamayacağına böyük ümidlər yaratdı.

Belə gənc nazirlərdən biri də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

O, vəzifəyə təyin olunandan sonra nazirlik strukturlarında korrupsiya və qanunsuzluq ehtimalı yüksək olan sahələrdə islahatlara başladı. Xüsusilə əlilliyin təyinatı, pensiya təyinatı, məşğulluq orqanlarının fəaliyyəti ilə bağlı araşdırmalar aparıldı, xeyli sayda məmur vəzifəsindən alındı. S.Babayev eyni zamanda nazirliyin təqdim etdiyi xidmətlərin elektronlaşdırılması istiqamətində ciddi addımlar atmağa başladı.

Yeni nazirin diqqət yetirdiyi sahələrdən biri də özünəməşğulluq proqramın icrası idi. Bu proqram prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamın icrası məqsədilə tətbiq olunur. Özünənəşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrı-seçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbiri kimi qiymətləndirilir. Dünyanın bir çox ölkələrində uğurla tətbiq olunan bu tədbirin həyata keçirilməsi sosial ədalət prinsipinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, özünəməşğulluq proqramına həssas hesab olunan əhali qrupu - gənclər, övladlarını tək böyüdən valideynlər, pensiya yaşına az qalmış insanlar və sair cəlb olunur. Bu baxımdan, Azərbaycanda həyata keçirilən özünəməşğulluq proqramını bu kateqoriyadan olan insanların aktiv şəkildə sosial müdafiəsini təmin etmək üçün dövlətin atdığı addım hesab etmək olar. Özünəməşğulluğun digər amili iqtisadi faktordur ki, bununla biznes potensialı olan, özünün kiçik sahibkarlığını təşkil etmək istəyən Azərbaycan vətəndaşı dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir və iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Bu da həmin şəxsin gələcəkdə sosial müdafiəsinin təmin olunmasına zəmanət yaradır.

Prezidentin sərəncamını icra etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mexanizm formalaşdırılıb. Belə ki, nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur, biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb edilirlər. Nazirlikdən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilir.

2018-ci il ərzində özünəməşğulluq proqramı 6 dəfədən çox genişləndirilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri özü məlumat verib. O bildirib ki, 2018-ci ildə bu istiqamətdə nazirliyə 7800 vətəndaş müraciəti qəbul olunub: “Onlardan 7200-ü müxtəlif kurslar, proqramlar, təlimlərdən keçərək öz biznes planlarını müdafiə ediblər. Artıq 5500 nəfər aktivlərini alıblar”.

S.Babayevin sözlərinə görə, özünəməşğulluq proqramına müraciətlərin təqribən 85 faizi heyvandarlıqla bağlıdır: “Qalan 15 faiz isə istehsalat və xidmət sahələridir. Burda da bizim ciddi potensialımız var. Aralarında şirniyyat sexi, gözəllik salonu, internet kafelər açmaq, iaşə xidmətləri göstərmək istəyənlər də olur. Eyni zamanda müxtəlif oyma, sənətkarlıq nümunələri, xalçaçılıq dəzgahları istəyənlər də var. Bu il proqramın daha da genişləndirilməsi nəzərdə tutulur”.

Bütün mərhələlərdən ən ağırı olan aktivlərlə təminat sahəsində S.Babayev ciddi problemlərlə üzləşib. Belə ki, ötən ilin oktyabrından etibarən nazirliyin aktivlərlə təminata cəlb etdiyi özəl şirkətlərin fəaliyyətindən ciddi narazılıqlar yaranıb. Ölkənin bir çox rayonlarından olan narazı vətəndaşlar mətbuata, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müraciət edərək verilən mal-qaranın, xırdabuynuzlu heyvanların qoca, arıq və xəstə olmasından şikayətləniblər. Bu yaxınlarda isə məlum olub ki, şikayətlər əsasında yoxlamalar aparılarkən bir çox hallarda vətəndaşların haqlı olduqları üzə çıxıb. Belə ki, iki gün əvvəl Real.TV-yə danışan S.Babayev bildirib ki, ötən ilin noyabr-dekabr ayları ərzində 29 min baş heyvan vətəndaşlara paylanıb: “Bu böyük rəqəmdir. Bizə bu günədək gələn bütün şikayətləri araşdırırıq. 119 hal üzrə şikayətçinin haqlı olduğu qənaətinə gəlinib və verilən heyvanlar yeniləri ilə əvəz olunub. Bu, ümumi verilən heyvanların 0,4 faizi edir. Bu 0,4 faizə görə proqrama kölgə salmağa çalışmaq məsuliyyətsiz yanaşmadır”. Nazirin dediyinə görə, bəzən vətəndaş heyvana 2 ay yaxşı baxmır, yaxud satır: “Sonra başlayır ki, mənə yaxşı heyvan verilməyib. Biz bütün bu halları araşdırırıq, rüblük monitorinqlər həyata keçirilir. İlin sonunda monitorinqlərin nəticəsi əsasında yekun qiymətləndirmə aparılacaq”. S.Babayev onu da bildirib ki, ötən il proqram çərçivəsində 5 min kiçik müəssisə yaradılıb, bu il 7-8 min belə müəssisə yaradılacaq: “Ötən il 1200 vətəndaş istehsal və emal sektoruna müraciət edib. Hazırda onlara aktivlərin verilməsi prosesi gedir”.

Qeyd edək ki, ƏƏSMN ötən ilin avqustunda “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumunu proqram çərçivəsində aktivlərin alınaraq vətəndaşlara çatdırılması üçün podratçı seçib. Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib. Görünür, yeni yaradılan şirkətlərin təcrübəsizliyi, yaxud başqa maraqları ucbatından əhalinin, elə ölkə rəhbərliyinin də yüksək həssaslıqla yanaşdığı bir prosesə qismən kölgə salınıb. Bu kölgə həm də yeni nazirin fəaliyyətinə, imicinə zərbə kimi qiymətləndirilə bilər.

S.Babayev əsaslı olan şikayətlərin sayının az olduğunu bildirir, lakin nəzərə almaq lazımdır ki, araşdırılan müxtəlif vasitələrlə ictimailəşdirilən şikayətlərdir. Rayonlarda yüzlərlə vətəndaşın şikayətini ictimailəşdirmək imkanı yoxdur. Digər tərəfdən, nazir deyir ki, vətəndaş aparıb heyvana yaxşı baxmır, təcrübəsi olmur və sair. Bu halda sual yaranır ki, heyvana baxmaq təcrübəsi olmayan şəxs proqrama necə seçilib? Yaxud ona 2 aylıq təlim zamanı nə öyrədilib? Bu kimi sualların yaranması o deməkdir ki, proses ciddi ictimai nəzarət altına alınmalıdır. Mümkündür ki, podratçı şirkətlər, yaxud başqa qüvvələr əhalinin həssas təbəqəsinə ünvanlanmış proqrama qəsdən xələl gətirirlər. Bunun birbaşa S.Babayevə qarşı yönəlmiş bir addım olmasını iddia edənlər də kifayət qədərdir.

Bütün bunlara görə, S.Babayev ən azı bundan sonra proqramın və ən əsası da özünün imicinə düşən kölgəni ortadan qaldırmaq üçün ictimaiyyət nümayəndələrinin proqramın icra prosesinə nəzarətini təşkil etməlidir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Bu gün, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Bu gün, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Bu gün, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru