Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır .....                     Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                     Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi .....                     AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə .....                     Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi .....                     Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                     Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                     Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! .....                     İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub .....                     ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib .....                     Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib .....                     “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, .....                     Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                 

"Lakin çox təəssüflər olsun ki..." - GİLEY
Tarix: 19-01-2019, 12:22 | Çap et
"Lakin çox təəssüflər olsun ki..."
Qusar Rayonunun Urva kənd sakini Yahyayeva Seda Vahid qızının Aktualinfo.org saytının elektron poçtuna göndərdiyi şikayəıt məktubu həım bir neçə aidiyyatı orqanlara ünvanlanıb. Prezident İlham Əliyevdən kömək uman, iki azyaşlı uşaq anasının müracıətini oxucuların diqqətinə olduğu kimi çatdırırıq.

Mən, 2001-ci ildə Qusar şəhəri S.Stalski küçəsi, ev 28 ünvanda yerləşən evə gəlin köçərək Yahyayev Vahid Xeyirbəy oğlu ilə ailə həyatı qurdum. Nikahımızı 23.02.2003-cü ildə rəsmiləşdirdik. Birgə yaşadığımız dövrdə – 2003 və 2005-ci illərdə iki övladımız olmuşdur.

Həyat yoldaşım Vahid Yahyayev xəstəliyi ilə əlaqədar 03 mart 2009-cu ildə vəfat etdi. Vahidin vəfatından sonra iki azyaşlı uşaqla birlikdə 10 iyun 2017-ci ilə qədər ailə qurduğum bu evdə yaşadım. Lakin qaynım hesab edilən Zahid Yahyayev özünün evdə tək yaşamaq istədiyini bildirərək gecə məni uşaqlarla birlikdə zorakılıqla evdən qovmuşdur.

Xatırladım ki, hər iki əkiz qardaşın Vahid və Zahidin ailələrinin yaşadığı bu ev və həyətyanı torpaq sahəsi qaynatam Xeyirbəyin şəxsi mülkiyyətində olmuşdur. Qaynatam Xeyirbəy Vahiddən 2 il öncə vəfat etmiş və ərim Vahid faktiki olaraq vərəsə kimi miras qalmış əmlakı qəbul edərək ailəsilə həmin evdə yaşamağını davam etdirmişdir. Çox təəssüflər olsun ki, Vahidin ölümündən sonra Zahid Yahyayev miras qalmış evi və həyətyanı torpaq sahəsini Vahidin ailə üzvlərinin siyahısına daxil etmədən gizli olaraq miras əmlakı vərəsəlik qaydasında bizim razılığımız olmadan öz adına keçirmişdir.Buna görə də tərəfimdən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və ona əsasən verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbim Qusar rayon məhkəməsinin 12.02.2018-ci il tarixli qətnaməsi əsasında təmin edilmişdir.Mübahisəli mənzildən 7 nəfər vərəsənin hər birinə 7/1 hissədə payları müəyyən edilmişdir. Elə mənə də evin 7/1 hissəsinə hüquq sahibi kimi 05.09.2018-ci il tarixli, 281809153 qeydiyyat nömrəsi olan, RX seriyalı 1352578 N-li çıxarış verilmişdir. Cavabdeh Zahidə də mübahisəli mənzilə 7/1 hissə mülkiyyət payı tanınaraq həmin çıxarışda adı qeyd edilmişdir.

Mənim 17 il ailəmlə birlikdə yaşadığım evdən qaynım Zahid tərəfindən zorakılıqla qovulmağımdan sonra Qusar rayon Məhkəməsinə verdiyim “ Evə və torpaq sahəsinə istifadə hüququmun tanınmaqla uşqalarla birlikdə həmin evə köçürülmə” tələbim barədə ərizəm 04 oktyabr 2017-ci il tarixində təmin edilmişdir. Sonradan cavabdeh tərəfindən verilən apellyasiya və kassasiya şikatətləri də təmin edilməmiş və mənim tələbim Ali Məhkəmənin sədrlik edən hakimi Qəhrəman Allahverdiyevin 05.06.2018-ci il tarixli, iş N-2(102)-3770/18 saylı qərarla qüvvəsində saxlanılaraq icra olunması üçün Qusar rayon İcra şöbəsinə göndərilmişdir. Lakin çox təəssüflər olsun ki, Qusar rayon İcra məmuru Elnur 6 ay vaxt keçməsinə baxmayaraq Ali Məhkəmənin qərarını icra etmək istəmir və açıq-aşkar mənə bildirir ki, “get hara istəyirsən şikayət et, siz məni bu işə qoymusunuz ki, çıxara da biləsiniz? Heç kimdən qorxmuram, icra da etmirəm.” O dəflərlə mənə qarşı kobud rəftar etmiş, ağzına gələni demişdir. İcra məmurunun belə harınlığının səbəbini öyrəndikdə mənə icra məmurunun belə davranışının motivləri məlum olmuşdur. Belə ki, iş üzrə cavabdeh olmuş Zahid Yəhyayevin arvadının qardaşı Fuad Qusar rayon Məhkəməsinin sədri Adil Vəliyevin sürücüsüdür. Və İcra məmuru Elnurun arvadı da Fuadın qohumu olduğu üçün onun tərəfindən vaxtilə məhkəmənin əvvəlki sədri Telman Quliyevin dövründə sürücü Fuadın xahişilə məhkəmədə kargüzarlıq işinə qəbul edilmişdir. Yəni icra məmuru Elnur arvad qohumu olan sürücü Fuadın sözündən çıxa bilmədiyi üçün Ali Məhkəmənin qərarını icra etməkdən açıq-aşkar imtina edir. Hələ iş bunula bitmir. Məhkəmə sədrinin sürücüsü olan Fuadın digər qohumu Hümmət də onun köməkliyilə Qusar rayon Məhkəməsinin hakimi Rafiq Kazımovun köməkçisi işinə düzəlmişdir. Yenə də sürücünün sədrə xahişi əsasında. Və son il yarımda Fuad hakim köməkçisi işləyən Hümmətin köməkliyi sayəsində bacısı əri Zahid üçün apellyasiya, kassasiya şikayətləri yazmaqda köməklik göstərir. Və bu gün də işi uzatmaq üçün yenidən Zahidin mübahisəli mənzilə 7/6 payına sahib olması üçün Qusar rayon məhkəməsinə iddia qaldırıb. Və bu dəfə hakim Adil Vəliyev sürücüsü Fuadın xahişini yerinə yetirərək iddialarını təmin edib.Həmin 08 noyabr 2018-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermişəm. Budur, indi də sürücü Fuad işi Sumqayıt Apellyasiya Məhkəməsində bacısın ailəsinin xeyrinə həll etdirmək üçün əvvəl Qusar rayon Məhkəmə sədri vəzifəsində işləmiş hakim Telman Quliyevin sürücüsü olmuş Fuad indi də Sumqayıt Apellyasiya Məhkəməsində hakim işləyən Telman Quliyevin yanına gedib-gəlməklə məşğuldur. Qoy olsun. Amma mən inanıram ki, əvvəlki işdə olduğu kimi ədalətli hakim imicini qoruyub saxlamış hakim Telman Quliyev bu dəfə də ədalətin tərəfində duracaqdır. Amma onu dəqiq bilirəm ki, başıma gətirilən bu oyunların idarə olunmasında Qusar rayon Məhkəmə sədrinin sürücüsü Fuad adlı şəxsin həm yerli məhkəmə, həm də icra şöbəsində “at oynatması”nın qarçısını alan yoxdur. Yaxşı ki, hələ bu adamın ali təhsili yoxdur. Yoxsa Qusar rayonu ərazisində dam-daş qalmazdı, hamısı uçardı. Budur, əlimdə Ali məhkəmənin qərarı var ki, mən uşaqlarla birlikdə( 2009-cu ildən başsız qalmış ailəmlə) 17 il yaşadığım və mülkiyyətim olan mənzilimə köçüb rahat yaşayım. Amma bu gün Qusar rayon Məhkəməsinin sürücüsü Fuad və onun arvad qohumu olan İcra Şöbəsinin məmuru Elnur imkan vermirlər ki, Ali Məhkəmənin 6 ay əvvəl qəbul etdiyi qərar icra olunsun. Qusar rayon Məhkəməsinin sədri cənab Adil Vəliyev də sürücüsü Fuadın xətrinə bu işin icra olunmamasınını passiv tamaşaçı kimi seyr etməklə kifayətlənir. Mən indi il yarımdır ki, orta məktəbdə təhsil alan iki uşaqla birlikdə atasının rəhmətə getməsinə görə hökümətin onlara ayırdığı 152 manatın ümidinə qalmışıq və çox ağır vəziyyətdə yaşayırıq. Hazırda da Urva kəndində 1 otaqlı mənzildə aylıq 80 manat kirayə pulu verməklə, qalan 72 manatla isə 1 ay 3 nəfər ailəni çörək və kartof almaqla fiziki mövcudluğumuzu birtəhər saxlayırıq. Qəmlo kimi Qusar rayon Məhkəməsində at oynadan Fuad isə bizə imkan vermir ki, mülkiyyətmiz olan 1 otaqlı evimizə yığışıb rahat yaşayaq. Bizim başsız qalmış ailəmizə qarşı törədilən bütün bu qanunsuzluqlar, vəhşiliklər hazırda 8-ci sinifdə təhsil alan və sabahın əsgəri olacaq Samirin gözləri qarşısında baş verir və verməkdə davam edir.

Cənab Prezident İlham Əliyev! Siz həmişə rəsmi çıxışlarınız zamanı qeyd etmisiniz ki, “Mən hər bir azərbaycanlının prezidentiyəm. Və president başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir.” Hazırkı vəziyyətdə biz Sizin bu çıxışınızdan ruhlanaraq intihar etməkdən daşınır və ümidlə Sizə müraciət edirəm. Şəxsən göstəriş verəsiniz ki, Qusar rayon İcra Şöbəsinin icra məmuru Elnurun özbaşnalığına son qoyulsun, Ali məhkəmənin 05.06.2018-ci il tarixli, 2(102)-3770/18 saylı qərarı dərhal icra edilsin. Biz də başsız qalmış xırda uşaqlarla qışın bu soyuğunda mənzilimizə köçüb bədbəxtçiliyimizi davam etdirək. Sağ olun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Bu gün, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Bu gün, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Bu gün, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bu gün, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Bu gün, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Bu gün, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Bu gün, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Bu gün, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Bu gün, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru