Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

"Eldar Mahmudov hər şeyi Hacı Məmmədovdan öyrənib"... - Onu MTN-də saxlayaraq...
Tarix: 6-11-2015, 09:22 | Çap et
"Eldar Mahmudov hər şeyi Hacı Məmmədovdan öyrənib"...
Artıq neçə müddətdir ki, mətbuatın gündəmi Milli Təhlükəsizlik Nazirliyi ətrafında gedən proseslərlə bağlıdır.

Bu və ya digər mətləblərə işıq salmaq üçün Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa ilə söhbətləşdik:

- Əslində, nə baş verdiyini aydın şəkildə bilmək bir qədər çətindir. Çünki nazirin hansı motivlərlə işdən çıxarılması, yaxud həbslərin hansı səbəbdən aparılması çox da aydın deyil. Bu prosesdə ölkənin təhlükəsizliyi ilə bağlı hansı ciddi hadisələrin olduğunu bir qədər sonralar biləcəyik, yaxud kimlərsə memuarlarında daha dəqiq yazacaq ki, nə baş verib. Amma faktiki olaraq, cəmiyyəti daha çox düşündürən Milli Təhlükəsizlik Nazirliyinin öz funksiyasından kənar fəaliyyətlə məşğul olmasıdır. Bunu Azərbaycanda bilməyən kimsə yox idi. Sahibkarların pul vermək üçün səfərbər edildiyi və müəyyən dərəcədə də işgəncə verilərək, qorxudularaq, şantaj edilərək qanunsuz vəsaitin ödəndiyi məkan kimi MTN cəmiyyətin diqqətində idi. Yəni, MTN-ni şantaj, işgəncə və digər qanunsuz vasitələrlə pul yığan quruma çevirmişdilər. Ona görə də, bir çox iş adamlarının ora çağırılaraq soyulması ilə bağlı cəmiyyətdə yayğın söz-söhbətlər gəzirdi.

- Sizcə, nazirin işdən uzaqlaşdırılması və yüksək rütbəli şəxslərin həbsi yalnız bu kontekstdədir, yoxsa başqa ciddi səbəblər də var?

- Bu, bir qədər fərqli sahədir deyə, təfsilatlı məlumat əldə etmək çətindir. Nazirin işdən çıxarılmasının və həbs olunanların böyük əksəriyyətinin məhz, bu motivlə həbs olunmasını dəqiq bilmirəm. Hazırda irəli sürülən ittihamlar, cinayət işindəki maddələr kimin hansı əsasda həbs olunduğunu bilməyə əsas vermir.

Amma mənim tanıdığım sahibkarlar var ki, MTN tərəfindən təzyiqlərə məruz qalıblar. Hətta orda göstərilən işgəncədən, qeyri-qanuni vəsait alınmasından sonra intihar edənlər də olub. Hesab edirəm ki, həbslər bu motiv əsasında həyata keçirilibsə, bu, daha ağlabatan versiyadır. Ancaq ola bilsin ki, dövləti cinayətə əl qoyan müəyyən addımlar da atılıb.

- Necə düşünürsünüz, baş verənlərlə bağlı ictimaiyyəti daha təfsilatlı məlumatlandırmağa ehtiyac varmı?

- Məncə, burada Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı məsələ olduğuna görə, məsələdə çıxış eləmək, açıqlama vermək bir qədər çətindir. Çünki ölkə təhlükəsizliyi ilə bağlı elə məsələlər ola bilər ki, onun açılması ümumi işimizə ziyan vurar. Amma xüsusiylə iş adamlarını, sahibkarları rahatlatmaq üçün müəyyən mesajlar verilməlidir ki, artıq heç bir sahibkara bu motivlə təzyiq etmək, ora aparmaq, pul qoparmaq məqsədiylə təhdidlər etmək ənənəsi olmayacaq. Məncə, bunu təlqin eləmək kifayət edər.

Bir də dinləmələrlə bağlı cəmiyyəti rahatlatmaq lazımdır ki, dövləti əhəmiyyəti olmayan məsələrlə bağlı qeyri-qanuni dinləmələrin həyata keçirilməsi baş verməyəcək. Bunları cəmiyyətə çatdırıb, nazirliyin də nüfuzunu qorumaq lazımdır.

- Bəlkə də bu mesaj sıravi insanları rahatladar, amma ölkənin elitası, düşünən insanlarda narahatlıq var. Çünki işdən çıxarılan, həbs olunan şəxslər illərdir, dövləti əhəmiyyət daşıyan informasiyalara sahibləniblər. Bu mənada dövlətçiliyimizə hər hansı təhlükə ola bilərmi?

- Bu cür məsələlər dövlətçiliyimiz üçün ciddi təhlükə yaratmır, çünki bütün dünya dövlətlərində belə hadisələr baş verir. İtaliyada da mafiya ilə əlaqədar fəaliyyətlər baş verir, vəzifə səlahiyyətlərindən sui-istifadə halları Rusiyada da yaşanıb. Ona görə də, məsələni çox da dramatikləşdirmək, dövlətin gələcəyi üçün təhlükə sindromu kimi göstərmək yanlış olardı.

Burada bir məsələyə diqqət yönələ bilər: o da bu qurumların fəaliyyətinə nəzarət mexanizminin hazırlanması və onların da buna tabe olmalarıdır. Bunun da dünyada sivil yolu parlament nəzərətinin mövcud olmasıdır. Bu qurumların fəaliyyəti ilə bağlı vatxaşırı müzakirələrin aparılması müəyyən dərəcədə faydalı olardı. Əgər bu olarsa, daha elitar bir formada bu qurumların fəaliyyətinə nəzarət imkanı yaranar. Qapalı iclaslarda, komitə səviyyəsində bu məsələlərə baxıla bilərdi. Heç bir nəzarət mexanizmi olmayanda bu cür problemlər ortaya çıxır. Görürsünüz, müəyyən məsələlər aydınlaşandan sonra dövlət başçısı qəti addımlar atdı. Amma bir məsələ də var ki, bu cür məsələlərlə hər şeyə nəzarət etmək mümkün deyil. Bu işdə ictimai nəzarət fəal olmalıdır ki, prezidentə də bu məsələlərlə bağlı təhlükə siqnalını çatdırsın. Məsələnin əsas kökü budur. Ona görə də buna dövləti təhlükə kimi baxmıram və bu məsələyə sadəcə, cəmiyyəti narahat edən bir problem kimi baxıram.

- Ölkədə baş verən gizli və aşkar hadisələr bütün detalları ilə bu qurumda toplanırdı. Necə düşünürsünüz, hazırda həbs olunan şəxslərin həm dövlət əhəmiyyətli, həm də özəl informasiyaları kənara sızdırmaq imkanları varmı?

- Təbii ki, bu da mümkündür. Əgər pul qarşılığında bu işlərə qol qoyurlarsa, ölkəni də, onun maraqlarını da sata bilərlər. Amma faktiki olaraq, Azərbaycan açıq bir ölkədir, ona görə də kənara hansısa informasiya sızdırılmasına görə böyük bir ajiotaj gözlənilmir. Onsuz da sputnik məkanından həm Rusiya, həm ABŞ, həm də qabaqcıl texnologiyaya malik digər ölkələr informasiya əldə edə bilirlər. Yəni, bu məsələdə hansısa məmur qrupunun köməyinə ehtiyac qalmır. Burada söhbət Azərbaycan vətəndaşına verilən əzab-əziyyətdən gedir. Mahiyyət budur ki, vaxtiylə Hacı Məmmədovun dəstəsini zərərsizləşdirən şəxslər onu MTN-də saxlayaraq, ondan necə kriminal fəaliyyət göstərməyin yolunu öyrənib, bu yolu davam etdiriblər. Ona görə də, nə Hacı Məmmədov, nə də MTN formatında özbaşınalıq göstərən bir məmur qrupunun fəaliyyətinin bu qədər nəzarətsiz olmasına yol vermək olmaz. Belə hallar təkcə bizdə deyil, başqa dövlətlərdə də baş verir və bunu xüsusi, əlahiddə təhlükə kimi göstərmək doğru deyil. Bu, epizodlardır və onların təkrarlanmaması üçün vaxtında önləyici addımlar atmaq, səmərəli nəzarət mexanizmi qurmaq lazımdır.

- Fazil bəy, o fikirlər də səslənir ki, MTN rəsmilərinin iştirak etdiyi dövləti xəyanətdə digər nazirlərin də izi var. Sizcə, hazırda vəzifədə olan yüksək çinli məmurların da bu prosesə cəlb olunması və cəzalandırılması nə dərəcə realdır?

- Hər halda, bu da kifayət qədər istisna olunmayacaq bir məsələdir, çünki dövlət qurumlarında çalışanların bir-biri ilə ünsiyyətləri var, əksəriyyətinin qohumluq əlaqələri mövcuddur. Amma bu, kiminsə ittiham olunmasına əsas vermir. Kimsə MTN-nin hansısa əməkdaşı ilə görüşübsə, şəkil çəkdiribsə, buna görə kimisə nədəsə ittiham eləmək doğru olmaz. Bizə həqiqəti aşkara çıxarmaq lazımdır ki, kim bu kriminal əlaqələrdə rol alıb, kim prosesə dəstək verib, kimlər şantaj olunub, kimlərin bu məsələlərlə bağlı problemləri yaranıb. Bunlar aydınlaşandan sonra bir çox faktlar üzə çıxacaq. Bu səbəbdən də nazirlərin və başqalarının şantaj olunması məsələsində, bu qurumdan daha çox həmin şəxslərin özünü qınamaq lazımdır. Çünki dövlət vəzifəsində çalışan şəxslər elə həyat qurmalıdırlar ki, onlara irad tutulası məsələlər az olsun. Tutalım bir məmurun özü, ya övladı harın həyat yaşayırsa, avtoşluq edirsə, xarici ölkədə qeyri-qanuni yollarla toplanan milyonlarla sərmayə yatırırsa və digər addımlar atırsa, bütün bunlar cəmiyyət tərəfindən də mənfi qarşılanır. Məmurlar diqqət eləməlidirlər ki, nəinki özümüzün MTN-i, başqa xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən şantaj edilərək ölkə əleyhinə fəaliyyət göstərməyə məcbur edilməsinlər. Yəni, əsas məsələ buna rəvac verməkdir, çünki bizimki olmasa da, başqası edəcək.

- Bu arada dövlət sirrinin qorunması, onunla işləyən məmurların fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər oldu. Ümumiyyətlə, bu sahədə hüquqi baza necədir, boşluqlar var, yoxsa qənaətbəxş saymaq olar?

- Mövcud qanunlar yetərlidir. Burada söhbət ayrı-ayrı şəxslərdən gedir ki, vəzifələrindən sui-istifadə edib, özbaşınalığa yol veriblər. Yəni, şəxslər özbaşınalıq ediblərsə, bunu qanunun tələblərinə zidd olaraq, həyata keçiriblər. Kimsə məhkəmənin hökmü olmadan başqasını dinləmək hüququna sahib deyil ki? Kimsə hansısa sahibkarı MTN-nin zirzəmisinə salıb şantaj yolu ilə ondan külli miqdarda pul tələb edirsə, burada hansısa qanundan danışmağa dəyməz. Ona görə də burada qanun çatışmazlığı, yeni qanunun qəbuluna ehtiyac duyulmur. Burada söhbət ondan gedir ki, MTN-dəkilər qanuna əməl etməyiblər. Amma mən yenə də parlament nəzarəti mexanizminin qurulmasının tərəfdarıyam. Hər halda, indiki şərtlərdə ölkə prezidentinin bu quruma kənardan bir şəxs təyin etməsi müsbət haldır. Ən azı buradakı dəstə ilə əlaqəsi olmayan və prinsipial mövqeyi ilə tanınan şəxsin bu quruma rəhbər gətirilməsi ortaya çıxan nöqsanların aradan qaldırılmasına ümidi artırır.

- 11 il əvvəl Eldar Mahmudov nazir təyin olunanda bir çoxları qeyri-peşəkarın bu posta təyin olunmasının yanlış olduğunu iddia edirdi. Artıq nəticə göz qabağındadır. Necə düşünürsünüz, bu posta peşəkar çekistin gətirilməsi zərurət deyilmi?

- Peşəkarlıq və ya qeyri-peşəkarlıq, bir az müzakirə olunası məsələdir. Çünki Azərbaycanda "peşəkar çekist" deyilən kadrı tapmaq çox çətindir. Sovet dövründə hazırlanan kadrların sistemdə olması və onların hansısa quruma rəhbərlik etməsi yetərli deyil. Bir məktəb olmalıdır, Azərbaycanda isə bu, olmayıb, sovet məktəbinin bir ünsürü kimi qalıb. Azərbaycanda samballı çekistlərin olmasına çox inanmıram. Ola bilsin ki, bu sahədə peşəkar olan insanlar var, amma sayları çox azdır. Hər halda, vaxtiylə mən, Prezident Aparatında sistemi koordinasiya elədiyimə görə kifayət qədər məlumatım var. Böyük çoxluğun da Rusiya kəşfiyyat sisteminə bağlı insanlar olduğuna görə, bir çox hallarda Azərbaycanın maraqlarına xidmət etmələri bəzi hallarda inandırıcı da görünmür. Ona görə də indiki şərtlərdə prinsipial bir adamın bu quruma gətirilməsi, dövlətçilik kursunun qorunmasında prinsipləri olan birinə səlahiyyət verilməsi yaxşı haldır. Ən azı sistemdəki natamamlıqları və nöqsanları ortadan qaldırma imkanına sahib olacaq.

- Ancaq nazir kürsüsü hələ də boşdur...

- Adətən bu cür postlara rəhbərlik vəzifəni icra etmək variantında verilir ki, bir neçə müddətdən sonra həmin şəxs nazir postuna təqdim edilir. Güman eləmirəm ki, bura başqa yerdən nazir gətirilsin. Çox güman ki, elə bu seçim yekun seçim olacaq("Reytinq" qəzeti).










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Dünən, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Dünən, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Dünən, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Dünən, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Dünən, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Dünən, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Dünən, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Dünən, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Dünən, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Dünən, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Dünən, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Dünən, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Dünən, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Dünən, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Dünən, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Dünən, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Dünən, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Dünən, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Dünən, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Dünən, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Dünən, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Dünən, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Dünən, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Dünən, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Dünən, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Dünən, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Dünən, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Dünən, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Dünən, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Dünən, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Dünən, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Dünən, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Dünən, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Dünən, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Dünən, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Dünən, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Dünən, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Dünən, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Dünən, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
27-05-2026, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
27-05-2026, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
27-05-2026, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
27-05-2026, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
27-05-2026, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
27-05-2026, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
27-05-2026, 15:29
Litva Rusiyaya nota verdi
27-05-2026, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
27-05-2026, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
27-05-2026, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
27-05-2026, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru