Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Antikorrupsiya həbsləri genişlənir - Ziya Məmmədov necə “xilas olub”
Tarix: 6-11-2015, 09:14 | Çap et
Antikorrupsiya həbsləri genişlənir
Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 12-də keçirilmiş son müşavirədə məmurlara ünvanlanmış sərt mesajları hakimiyyətdə ciddi siyasi proseslərin startı kimi dəyərləndirilirdi. Toplantıda dövlət başçısının “əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?!

Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq” bəyanatından 5 gün sonra heç kimin gözləmədiyi halda Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarıldı, böyük bir rüşvət çetesinə çevrilmiş MTN strukturunda “təmizləmələr” və həbslər başladı.

Hakimiyyətin silkələnməyə ən güclü fiqurlardan birindən və həm də seçki ərəfəsi başlaması dövlət başçısının “kim nəticə çıxarmasa, cəzalandırılacaq” qərarının arxasında olduğunu sübut etdi.

Qeyd edək ki, oktyabrın 14-də baş prokuror Zakir Qaralovun sədrliyi ilə müşavirənin Baş Prokurorluğun binasında deyil, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilməsi diqqət çəkmişdi. Prezidentin müşavirəsindən dərhal sonra Baş Prokurorluğun hərəkətə keçməsi ölkədə yeni antikorrupsiya tədbirlərinin başlandığının anonsu sayıla bilərdi. Hələ bir neçə gün əvvəl “Yeni Müsavat” öz mənbələrinə istinadən Antikorrupsiya İdarəsində “işçi qrup” adı altında əslində məhz antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılmasını xəbər vermişdi.

(http://musavat.com/news/gundem/yeni-antikorrupsiya-hebsleri-bashlayir-boyuk-bashlar-derdde_298885.html). Prokurorluğa yaxın mənbəmiz demişdi ki, bu qrupa geniş səlahiyyətlər verilib və həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra ediləcək. Bu o demək idi ki, işçi qrupu üçün heç bir maneə və toxunulmaz nazirlik, məmur olmayacaq. Bu həm də o anlama gəlirdi ki, 2011-ci ildən başlamış və nisbətən aşağı məmur korpusuna toxunan antikorrupsiya həbsləri bu dəfə daha yüksək dairəni və miqyası əhatə edəcək. Göründüyü kimi, müşavirədən keçən müddətdə təkcə MTN-də deyil, bir neçə idarə və müəssisədə, nazirliklərdə, o cümlədən vaxtilə “toxunlmaz” olan Vergilər Nazirliyində idarə rəisləri həbsə alınıb. Azərbaycanda son on illikdə bu qədər geniş miqyaslı, həm də iri məmurların, generalların “içəri salınması” ilə nəticələnən əməliyyat keçirilməyib. Xəbərlər var ki, iqtidar həbslərin miqyasını tam açıqlamır. Bir mənbəmiz deyib ki, bir sıra məhkəmələrdə “növbətçi məhkəmə” sistemi tətbiq edilib. Hər gün şəhərin müxtəlif rayon məhkəmələrinə “konvoy”la həbs olunmuş adamlar gətirilir və buradan da birbaşa Bakı İstintaq Təcridxanasına aparılır.

***
Əldə etdiyimiz məlumata görə, hazırda Hesablama Palatası bir neçə nazirlikdə maliyyə yeyintiləri ilə bağlı xüsusi araşdırma aparır. Bu sırada Nəqliyyat, Vergilər, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri, AZAL QSC də var ki, artıq həmin strukturlarda həbslər başlaması xəbəri gəlməkdədir. Əvvəlki illərdə Hesablama Palatasının audit yoxlamalarında “tanışıq-dostuq”, “filankəsin qohumuyuq” kimi söhbətlər indi geçərli deyil. Əgər əvvəllər maliyyə yoxlamaları “aşağıları” əhatə edirdisə, indi istənilən nazirdən belə maliyyə hesabatı soruşulur. Hesablama Palatasının yoxlamalarından sonra Antikorrupsiya İdarəsindəki xüsusi qrup işə qoşulur və həbslər başlayır. Yəni elə bir yoxlama mexanizmi işə salınıb ki, hansısa bir nazirin ona qarşı durması faktiki sonu ola bilər.

Xəbərlər var ki, bir sıra nazirlərə, ümumiyyətlə, yoxlamalar barədə heç bir məlumat verilmir. Yalnız nazirlikdə hansısa yüksək vəzifəli şəxsin həbsi sanksiyası imzalandıqda nazirə bu barədə xəbər verilir. Yəni həbslər prosesində həm də maksimum məxfilik qorunur.
Eldar Mahmudovun “vurulması” ilə medianın gündəmindən çıxan nəqliyyat naziri Ziya Məmmədovla bağlı siyasi qərar da məhz bu yoxlamaların sonuna bağlıdır. Maliyyə yeyintiləri ilə bağlı ən hay-küylü həbslərin Nəqliyyat Nazirliyi strukturlarından olacağı barədə informasiyalar hələ Z.Məmmədov “müalicədə” olanda vardı.

Bildirilirdi ki, yoxlamalara nazirliyin bütün idarələri cəlb olunub, Nəqliyyat Nazirliyinin bütün maliyyə hesabatları götürülüb. Prezidentin qərb bölgəsinə səfəri zamanı bir sıra yeni yolların açılışında nəqliyyat nazirinin yenə görünməməsi onunla bağlı hər hansı “əfv qərarı” olmadığını da göstərdi...

Yeri gəlmişkən, Z.Məmmədovun məzuniyyət adı ilə İsveçrəyə getməsi bəzi sensasion iddialara səbəb olub. Məlumdur ki, nəqliyyat nazirinin və oğlunun Beynəlxalq Banka külli miqdarda borcu var. O cümlədən Nəqliyyat Nazirliyinin maliyyə vəziyyətində ciddi problemlər yaranıb, hökumət yollarda “yoxa çıxmış” milyonların hesabını soruşur. Azərbaycan məmurlarının əksəriyyətinin pulları isə İsveçrə banklarındadır. İddialar var ki, nazir xaricdə yatırdığı vəsaitləri çıxarıb ölkəyə qaytarmaq üçün İsveçrəyə gedibmiş. Maraqlıdır ki, məhz “məzuniyyətdən” sonra nazir iş başına qayıtdı və oğlu Anar Məmmədov da son aylar ilk dəfə mediada göründü.

***
Yeni antikorrupsiya tədbirlərinin hakimiyyətin etibarından düşmüş AZAL rəhbəri Cahangir Əsgərovu da bitirəcəyi deyilir. Onun rəhbərlik etdiyi konserndə korrupsiya ilə bağlı şok faktlar yayılır. AZAL-da genişmiqyaslı yoxlamalara gedir və bu, C.Əsgərovun son illərdəki bütün istiqamətlər üzrə fəaliyyətini əhatə edir.

***
Noyabrın 4-də qərb bölgəsinə səfəri zamanı dövlət başçısı bu mövqeyini bir daha bəyan edib. İ.Əliyev MTN-də sahibkarlara qarşı baş verən qanunsuzluqları xatırladıb: “Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda, sadəcə olaraq, sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.
Prezident deyib ki, korrupsiyaya qarşı mübarizə aparılması əhəmiyyətlidir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir: “Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək. Heç kim toxunulmaz deyil”.

***

Eldar Mahmudovun vurulması ilə başlanmış yeni antikorrupsiya həbslərindən də aydın görünür ki, prezident oliqarx-məmurların cəzalandırılmasında qərarlıdır. Çünki oliqarx-məmurlar Eldar Mahmudov kimi o həddə şişiblər ki, özlərini “əvəzedilməz” sayır, xəbərdarlıqlara baxmayaraq böhran dövründə belə daha çox qazanmaq hərisliyindən əl çəkmirlər. Prezident hakimiyyətdə az qala özünü “fil” hesab edən Eldar Mahmudovu cəzalandırmaqla digərlərinə son xəbərdarlığını etmiş oldu. Təsadüfi deyil ki, E.Mahmudovdan sonra media “növbədə kimdir” sualı ətrafında gəlişmə edərkən “komandadan hamı ola bilər” mövqeyində həmrəydir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Dünən, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Dünən, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Dünən, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Dünən, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Dünən, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Dünən, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Dünən, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Dünən, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Dünən, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Dünən, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Dünən, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Dünən, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Dünən, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Dünən, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Dünən, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Dünən, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Dünən, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Dünən, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Dünən, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Dünən, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Dünən, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Dünən, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Dünən, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Dünən, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Dünən, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Dünən, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Dünən, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Dünən, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Dünən, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Dünən, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Dünən, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Dünən, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Dünən, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Dünən, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Dünən, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Dünən, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Dünən, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Dünən, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Dünən, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
27-05-2026, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
27-05-2026, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
27-05-2026, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
27-05-2026, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
27-05-2026, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
27-05-2026, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
27-05-2026, 15:29
Litva Rusiyaya nota verdi
27-05-2026, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
27-05-2026, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
27-05-2026, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
27-05-2026, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru