Pərviz Həşimliyə MTN-də 1 milyonu niyə təklif ediblər? - Prezidentə ŞOK MÜRACİƏT
Tarix: 26-10-2015, 08:56 | Çap et
 Həbsdə olan tanınmış jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimov prezident İlham Əliyevə ünvanladığı növbəti müraciətini Moderator.az - a göndərib. Müraciətdə deyilir:
"Möhtərəm cənab prezident, ölkə bir neçə gündən sonra keçiriləcək parlament seçkilərindən daha çox Sizin keçirdiyiniz sonuncu müşavirədə səsləndirdiyiniz tənqidi fikirlərə, ondan sonra atdığınız kəsərli addımlara köklənib və açığı demək lazımdır ki, insanlar bayram ovqatındadır. Bu da təsadüfi deyil. Çünki Sizin etibar edib böyük səlahiyyət verdiyiniz bir çox məmurlar millətə zülm edirdilər və onlar dəfələrlə etdiyiniz xəbərdarlıqlara əhəmiyyət verməyərək sözün həqiqi mənasında harınlamışdılar və MTN ətrafında baş verən tükürpədici olaylar bir daha onu sübut etdi ki, millətin və dövlətin təhlükəsizliyini qorumalı olan qurumlarda belə əyləşən general paqonlu məmurlar qəddarlıqda və qaniçənlikdə heç də İŞİD terrorçularından fərqlənmirmişlər...
Möhtərəm prezident!
Həşimovlar ailəsində isə ikiqat bayramdır və buna görə də ailəmiz adından Sizə əlavə minnətdarlıq düşür. Məlumunuzdur ki, oğlum Pərviz Həşimli 2013 - cü ilin 17 sentyabrında məhz bu gün adları cəmiyyətdə qarğış və lənətlə qarşılanan bir çox yüksək çinli MTN generalları, xüsusən də MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev tamamilə qanunsuz, allahsız, normal ağıla və məntiqə sığmayan ittihamlarla həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edildi. Onu şərləyərək həbs edənlər qondarma istintaqda açıq şəkildə oğluma demişdilər ki, ölkənin yiyələri bizik və bizim bir sözümüzü iki edən ya həbsdə, ya o dünyada, ya da canını qurtarmağa nail olanlar mühacirətdədir və ona görə də yaşamaq istəyirsənsə, ailənin, azyaşlı övladının başına bir iş gəlməsini istəmirsənsə yazdıqlarımıza imza atmalısan və buna görə də hətta sənə 1 milyon dollar pul da verməyə söz veririk. Təbii ki, onlar bu pulu öz ciblərindən deyil, şərləmək istədikləri yüksək çinli vəzifəli şəxslərdən ala biləcəklərini zənn edirdilər. Amma Pərviz Həşimli onların bu yaramaz sövdələşmə təklifinə boyun əyməyərək mərdi-mərdanə ona verilən işgəncələrə sinə gərdi. Təbii ki, edilən şərəfsiz təkliflərlə razılaşmaması ona baha oturdu, ağır cinayətdə ittiham edilərək uzun müddətli həbs cəzası aldı, ailəsi və azyaşlı övladı sözlə ifadə edilməsi mümkünsüz sarsıntılardan və məhrumuyyətlərdən keçməli oldular. Amma Allah belə bir zülmü yerdə qoya bilməzdi və çox şükürlər olsun ki, cəmisi iki ildən sonra MTN-in əslində milləttin və dövlətin təhlükəsizliyini qorumağa borclu olan, hamının ümid yeri kimi baxdığı bir qurumdan daha çox terrorçu yuvası olduğu üzə çıxdı, general paqonlu quldurların misligörünməmiş cinayətləri ifşa olundu. Bu bizə əzab və eyni zamanda rahatlıq verdi ki, oğlumuzun günasız olduğunu hər kəs bilsin. İnanın ki, son günlər bizi təbrik edənlərin sayı-hesabı yoxdur. Onlar Pərvizin günahsız olduğuna ilk gündən şübhə etmədiklərini, amma MTN in xofundan bunu açıq şəkildə dilə gətirmnəyə, mətbuatda yazmağa ürək etmədiklərini etiraf edirlər. Bu bir daha MTN haqqında cəmiyyətin hansı mövqedə olduğunu bir daha isbatlayır.
Möhtərəm prezident!
Hələ iki il əvvəl keçirdiyim mətbuat konfransında açıq mətnlə o vaxtkı nazir Eldar Mahmudova səslənmişdim ki, mən ömrünü gənc nəslin tərbiyəsinə həsr etmiş pedaqoqam və mənim ailəmdə silah qaçaqmalçısı ola bilməz. Eyni zamanda onu da bildirmişdim ki, əgər terrorçu, silah qaçaqmalçısı tapmaq istəyirsənsə ətrafına bax və əgər yoxlanılsa sənin yanındakıların elə terrorçu olduğu üzə çıxar. Allahıma min dəfə minnətdaram ki, dediklərim doğru çıxdı və Eldar Mahmudov tərəfinizdən cəzalandırıldı. Ümid edirəm ki, bu hələ son deyil və millətə divan tutan belə bir qurumun rəhbəri daha ağır cəzaya məhkum edilməlidir. Çünki onun rəhbərlik etdiyi qurum Azərbaycanın adını, ölkənin xüsusi xidmət orqanlarının imicini yerə vurub və ulu öndər Heydər Əliyevin banisi olduğu çekistlik məktəbinin şərəfli adına xələl gətirib.
Möhtərəm prezident!
Biz bir daha Sizə minnətdarlığımızı bildiririk və Sizin ətrafınızda sıx birləşməyi, apardığınız işlərə dəstək olmağı özümüzə vətəndaşlıq borcu bilirik. Allah millət və dövlət yolundakı ağır, məsuliyyətli və şərəfli işinizdə yardımçınız olsun!


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Bu gün, 13:02 |
|
|
|
| • Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Bu gün, 12:58 |
|
|
|
| • Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Bu gün, 12:31 |
|
|
|
| • “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Bu gün, 12:29 |
|
|
|
| • Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Bu gün, 12:26 |
|
|
|
| • “Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Bu gün, 12:19 |
|
|
|
| • Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Bu gün, 12:01 |
|
|
|
| • Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Bu gün, 11:59 |
|
|
|
| • 20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Bu gün, 11:54 |
|
|
|
| • Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34 |
|
|
|
| • 35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33 |
|
|
|
| • Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26 |
|
|
|
| • Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17 |
|
|
|
| • Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07 |
|
|
|
| • “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
| • “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56 |
|
|
|
| • NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38 |
|
|
|
| • Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24 |
|
|
|
| • Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22 |
|
|
|
| • Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03 |
|
|
|
| • SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49 |
|
|
|
| • "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22 |
|
|
|
| • Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12 |
|
|
|
| • Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03 |
|
|
|
| • "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00 |
|
|
|
| • “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56 |
|
|
|
| • Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53 |
|
|
|
| • Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49 |
|
|
|
| • Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40 |
|
|
|
| • DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37 |
|
|
|
| • “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35 |
|
|
|
| • Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32 |
|
|
|
| • “Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26 |
|
|
|
| • Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23 |
|
|
|
| • ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01 |
|
|
|
| • Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59 |
|
|
|
| • Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56 |
|
|
|
| • MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54 |
|
|
|
| • Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30 |
|
|
|
| • Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27 |
|
|
|
| • İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52 |
|
|
|
| • Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50 |
|
|
|
| • Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31 |
|
|
|
| • Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29 |
|
|
|
| • Litva Rusiyaya nota verdi
Dünən, 15:24 |
|
|
|
| • "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18 |
|
|
|
| • "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15 |
|
|
|
| • Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13 |
|
|
|
|