Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

Moskvaya “Peyğəmbər saçı”nın gətirilməsi hansı məna daşıyır?
Tarix: 10-10-2015, 10:36 | Çap et
Moskvaya “Peyğəmbər saçı”nın gətirilməsi hansı məna daşıyır?
Oktyabrın 6-da yenicə açılmış Moskva Cümə məscidinə təntənəli şəkildə Peyğəmbərin(s) saçı olduğu iddia edilən təbərrük(ərəbcə uğur, bərəkət mənasında olub müqəddəs İslam şəxsiyyətlərinə aid olan əşya və ya bədən hissəsi anlamındadır) gətirildi. Bu hədiyyəni Rusiya paytaxtına Çeçenistan lideri Ramzan Kadırov gətirdi. Çoxlarının diqqətindən kənar qalan bir məqam dünyanın ən dahi şəxsiyyəti kimi tanınan Məhəmməd peyğəmbərə(s) məxsus təbərrükün Moskvaya məhz Rusiyanın Xəzərdəki gəmilərindən Suriyadakı İslam düşmənlərinin -“İŞİD”-in hədəflərinə 26 raketin buraxıldığı gün gətirilməsidir. Rusiya bununla Türkiyə, ərəb aləmi və İrandan daha çox İslam dünyasının himayəçisi olduğunumu demək istədi? Yoxsa bu bir təsadüf idi? Amma hadisələrin sıralanmasına baxanda bu heç də təsadüfə oxşamır. Rusiya rəhbərliyi son illər həmişə müsəlman dünyasına dəstək mesajları verib. Bu ilin yayından isə belə olaylar daha da çoxalıb. Prezident V.Putinin bir ara görünməz olduğu günlərdə guya müsəlmanlığı qəbul etməsi haqqında, az qala, həqiqət kimi anlaşılacaq şayiələr, sentyabrın sonunda katoliklərin lideri Papa Fransiskin ABŞ-a səfərinin başlandığı gündə pravoslavlığın mərkəzi hesab edilən Moskvada Avropada ən böyük Cümə məscidinin açılması və həmin tədbirdə Türkiyə və Fələstin liderlərinin iştirakı, Rusiya başçısının İslam barədə xoş sözləri... Bütün bunlarına ardınca isə Kremlin Suriyadakı hərbi əməliyyatlara birbaşa müdaxiləsi... Və cəmi 10 gün sonra yeni açılmış məscidə Peyğəmbər təbərrükünün gətirilməsi... Yoxsa Moskva yavaş-yavaş İslam mərkəzlərindən birinə çevrilir?

“Putin İslam faktorundan çox istifadə edir”

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu, bir təsadüfdür: “Bu iki olay arasında heç bir məntiqi əlaqə yoxdur. Rusiya Xəzərdən öz sektorundan İran və İraqdan da icazə almaqla “İŞİD” hədəflərinə cəmi 26 raket buraxdı. Amma ABŞ 1990-cı llərdə Yuqoslaviyaya 2 mindən çox qanadlı raket buraxmışdı. Bəs bunu hansı dinlə əlaqələndirək?..”
İslam ibadəti ilə məşğul olan ADP sədri Sərdar Cəlaloğlu isə Peyğəmbərə (s) məxsusluğu iddia olunan saç ətrafında ajiotaj yaradılmasını bəzi müsəlmanların bütpərəstliyə meyilli olması ilə əlaqələndirməklə yanaşı, Rusiyanın hakim dairələrinin son vaxtlar İslam amilindən kifayət qədər yararlandığını da söyləyir: ”Qurani-Kərimdə Yaradan buyurur ki, kafirlərlə dostluq etməyin. Bu gün bəzi müsəlman ölkələri Rusiya ilə, digərləri isə ABŞ-la dostluq edərək bir-birlərinə qarşı vuruşurlar. Hər ikisi səhv yoldadır. Məsələn, Bəşər Əsəd Rusiya ilə dostluq edir, buna görə də xalqı zülmə məruz qalır. Rusiyanın terrrorçu adıyla Suriya ərazilərini bombalaması da buna bir nümunədir. Peyğəmbərin(s) saçına gəldikdə düzdü, İslamda belə şeylər təbərrük hesab edilir. Ancaq Quranda bu kimi anlayışların heç bir izahı yoxdur. Belə şeylərə xüsusi mistik don geydirmək yanlışdır. Çünki Peyğəmbərimiz(s) də Allahın bir quludur. Yalnız onun ruhu bizim ruhumuzdan güclüdür.
Rusiyaya gəldikdə, bu dövlət çoxdandı özünü İslam himayəçisi kimi göstərməyə çalışır. Bu gün Rusiya əhalisinin 20-30 faizi müsəlmandır. Odur ki, Putin İslam faktorundan çox istifadə edir. Elə məscidin açılması da, Peyğəmbərin(s) saçının gətirilməsi də əsasən daxili auditoriyaya hesablanmış bir addımdır”...

Moskvaya “Peyğəmbər saçı”nın gətirilməsi hansı məna daşıyır?

Rusiyada Peyğəmbərə(s) məxsus 13 əşya nümayiş olunub...

Peyğəmbərin(s) bir neçə tükünün Çeçenistana Ərəb Əmirlikləri ilə yanaşı, 2012-ci ildə Türkiyədən də gətirildiyini yada salanda daha maraqlı məqamlar ortalığa çıxır. Orta əsrlərdən bəri İslamın, o cümlədən Peyğəmbərimizin(s) həm maddi, həm mənəvi miraslarının müdafiəçisi Osmanlı dövləti hesab olunurdu. Lakin Ərəbistanda anqlosaks və sionistlər tərəfindən qondarılmış vəhhabi təriqətinin tərəfdarları XVIII-XIX əsrlərdə mövqelərini möhkəmləndirdikdən sonra Osmanlı sultanları Peyğəmbərə(s) məxsus əşyaların bir çoxunu Türkiyəyə gətirdi. Hazırda onlar İstanbulda Topqapı muzeyində saxlanılır. Amma maraqlıdır ki, Osmanlının süqutundan sonra həmin təbərrüklərdən Rusiya müsəlmanlarına da göndərilməyə başlandı. Bu gün Rusiyanın daha iki şəhərində: Mahaçqalada və Tverdə də Peyğəmbərin(s) baş tükləri saxlanılır. Bundan əlavə, dünyada yalnız 3 yerdə saxlanılan Peyğəmbərin saqqal tüklərindən biri də Tümendə qorunur. Digər ikisi isə İstanbulda və Hindistanın Şrinaqar şəhərindəki məsciddə saxlanılır. Bu ilin iyununda Çuvaşıstanın Şıqırdan kəndində Dağıstan müftisi Əhməd Hacı Abdullayev tərəfindən 3 günlüyə gətirilimiş Peyğəmbərə(s) aid olduğu iddia edilən 13 əşya(saçlar, Kəbənin açarları, su parçı və s.) nümayiş etdirilmişdir.
Məsələnin digər tərəfi Moskvaya gətirilmiş təbərrükün həqiqətən Məhəmməd əleyhissəlama aid olub-olmamasıdır. Moskva Müsəlmanlar İdarəsinin müftisi Albir Kirqanovun sözlərinə görə, səhih hədislərdə Peyğəmbərimizin(s) saç-saqqalını qırxaraq tüklərini səhabələrə payladığı təsdiqlənir. Moskvaya gətirilən təbərrüklər arasında Peyğəmbərin(s) hətta tər hissəcikləri də olduğu söylənilir.
Hazırda Peyğəmbər(s) təbərrükünün əsas qoruyucusu qureyşilər tayfasından olduğu söylənilən Ərəb Əmirliklərinin şeyxi Əhməd Muhəmməd Əl-Xəzrədjidir. Onun əlində hazırda Peyğəmbərə(s) məxsus 260 əşya olduğu bildirilir. Ramzan Kadırovun Moskvaya gətirilmiş Peyğəmbər(s) saçının bir neçə il öncə məhz şeyx Xəzrədji tərəfindən verildiyi bildirilir. Həmin şeyx müsahibələrinin birində Peyğəmbərə(s) məxsus tüklərin şəffaf olduğu, kölgə salmadığını, yanmadığını və hətta uzandığını iddia edib...

Heydər Camal:”...”Peyğəmbər saçı” –dələduzların işidir”.

İslam bilicisi sayılan Azərbaycan əsilli politoloq, Rusiya İslam Komitəsinin sədri Heydər Camal isə Moskvaya Peyğəmbər(s) saçının gətirilməsi olayına xeyli fərqli yanaşır. “Bu yaxınlarda Ərəb Əmirliklərində saxtakar şeyx ifşa olundu və həbs edildi. Bu barədə internetdə də məlumatlar yayılıb. Həmin “şeyx” Ramzan Kadırova da nəsə sırımaq istəyirmiş. “Peyğəmbər saçı” – fiksiyadır, saxtakarlıqdır. Bununla dələduzlar məşğul olur. İslam istənilən təsvirə qarşı çıxan, bütpərəstliyi ifşa edən bir dindir. Yalnız cürbəcür xurafatla beyinləri dolmuş cahil insanlar xristianlıqdan sızan təbərrük kultunu yaymağa çalışırlar”.
Moskva Dövlət Universitetu Filologiya fakültəsinin din fəlsəfəsi kafedrasının əməkdaşı Pavel Kostılev deyir: “Bəzi sufi təriqətlərində müqəddəs insanlara məxsus bədən hissələrinin, o cümlədən Peyğəmbər(s) saçının fövqəltəbii xassələrə malik olması haqqında nəzəriyyələr var. Ancaq bu, ümumislam baxışı deyil”.
Müfti Albir Kirqanov isə İslamda təbərrüklərə yanaşmanı bütpərəstliklə əlaqələndirməni doğru hesab etmir:”Müsəlmanlar təbərrükə - əşyalara sitayiş etmirlər. Onlar yalnız Yaradana sitayiş edirlər. Bunu hamı bilir. Amma bəziləri nağıl danışmağa çalışırlar. Müqəddəs əşyalar, sadəcə, Peyğəmbərimizdən xatirədir, onu xatırlatma vasitəsidir”.
Bir çox tarixçilər də Peyğəmbərə məxsus əşya və ya saçların bu günədək gəlib çatmasına şübhə ilə yanaşırlar. Və bunu 14 əsr ərzində baş vermiş yüzlərlə müharibə, iğtişaş və s. ilə əlaqələndirirlər. Odur ki, bu gün müxtəlif muzeylərdə saxlanılan və Peyğəmbərimizə(s) və digər İslam müqəddəslərinə aid olduğu iddia edilən əşyaların həqiqiliyinə inanmaq çətindir. Bəzi İslam təriqətləri Peyğəmbər(s0 səhabələrinin özlərində olan Peyğəmbərə(s) məxsus əşyaların onun vəfatından sonra məzarına qoyacaqlarını vəd etdiklərini də söyləyirlər. “Ət-Təyəsül”(s.144) kitabında Şeyx Əlbani belə deyir: ”Biz də bilirik ki, Peyğəmbərin(s) ölümündən sonra onun əşyaları da, paltarı və saçı da itibdir. Ona görə də heç kəs nəyinsə Peyğəmbərə(s) məxsusluğunu tam şəkildə təsdiqləyə bilməz”.
Sonda onu vurğulamaq gərəkdir ki, Peyğəmbərimizə(s) məxsus əşya, paltar və ya bədən hissələrinin həqiqətən qalıb-qalmamasından, eləcə də həmin əşyalardan Rusiyanın, ya Amerikanın, yaxud hansısa ərəb şeyxi, ya da din xadiminin hansı məqsədlərlə istifadə etməsindən asılı olmayaraq İslam banisinin özündən sonra qoyub getdiyi ən dəyərli yadigar Allahın son dini və son kitabı Qurandır. Və bizim də müsəlman olaraq borcumuz İslamı dərindən öyrənmək və heç bir qruplaşmaya uymadan ona doğru riayət etməkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünən, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Dünən, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Dünən, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Dünən, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Dünən, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Dünən, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Dünən, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Dünən, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Dünən, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Dünən, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Dünən, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Dünən, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Dünən, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru