Ərəb şahzadəsi Hacıqabulda 500 min manata ev aldı
Tarix: 3-10-2015, 14:25 | Çap et
 Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və 100-ə yaxın səhabəsi ov etmək üçün bir neçə gün əvvəl Azərbaycana gəlib.
Onlar ötən il olduğu kimi bu il də Hacıqabul rayonunun Qarasu kəndinə gediblər. Lakin 2-3 gün Hacıqabulda qalandan sonra şeyx müvəqqəti olaraq Dubaya qayıdıb. Amma onu müşayiət edən əshabə və xidmətçiləri hələ də Qarasudadır.
Kənd sakinlərinin virtualaz.org saytının Şirvan bürosuna verdikləri məlumata görə, ərəblər Qarasu kəndində artıq iki mülk də alıblar.
“Həmin evlər kəndin axırında yerləşir və iki qardaşa - uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsusdur. Hər iki ev ikimərtəbəlidir və müasir üslubda, zövqlə tikilib. Hazırda alqı-satqı üzrə sənədləşmə işləri aparılır.
Evlərini ərəb şahzadəsinə satan Cavadov qardaşlarının ailə üzvləri bu yaxınlarda ağır avtomobil qəzası keçirib. Ailənin iki üzvü ağır vəziyyətdədir və müalicə alırlar. Ona görə də ailələrin maddi vəziyyəti ağırlaşıb. Onlar evlərini yaxınlarının müalicə xərclərini ödəyə bilmək üçün satmağa məcbur olublar. Kənddə Cavadovların iki evi 750 min dollara satması haqda söhbətlər gəzsə də yaxınları zəngin ərəblərin iki ev üçün qardaşlara 500 min manat ödədiyini bildirir. Hazırda şeyxin əshabələri həmin evlərin həyətlərində əlavə təmir-tikinti işləri aparır, yeni yardımçı binalar tikirlər” - deyə Qarasu kənd sakinləri bildirib.
Rayondan əldə etdiyimiz məlumata görə, ərəblər Hacıqabulda uzun müddətə məskunlaşmaq niyyətindədir. Onların istifadəsində 50-dək CİP var.
Qarasu sakinlərinin bir çoxu günəmuzd olaraq ərəb zənginləri üçün çalışır. Ərəblərin avtomobillərinə, ov quşlarına və çadırlarına xidmət, ərzaq təchizatı, yemək hazırlamaq, paltarları təmizləmək və s. bu kimi məişət problemləri yerli sakinlər tərəfindən həll edilir.
Şahin quşlarını ova gətirmiş ərəblər Qarasu və ətraf kəndlərin sakinlərindən çöl göyərçinləri alaraq quşları ayrıca çadırlarda saxlayırlar. Həmin göyərçinlərdən hər gün bir neçəsi havaya buraxılaraq şahin quşları tərəfindən ovlanılır və bu ov mərasiminin videoçəkilişi aparılır. Quşlar itməsin deyə onlara xüsusi elektron vericilər (“çip”) bağlanıb.
Əsl ov mərasimi isə bəzgək quşlarının əraziyə miqrasiya etməsindən sonra başlanacaq. Yəni müvəqqəti olaraq göyərçin tutmaqla məşq edən şahinlər bəzgəkləri ovlamağa başlayacaqlar. Amma bəzgəklərin Kür-Araz ovalığına kütləvi köçünə hələ bir neçə ay vaxt qalıb. Elə şahzadənin Dubaya geri dönməsinin səbəbinin də məhz bu vaxt amilinə bağlı olduğu bildirilir. Yəni ov quşları kütləvi şəkildə Qarasuda məskunlaşandan sonra şahzadə yenidən “quşu quşla ovlamaq üçün” geri dönəcək.
Qeyd edək ki, ərəb zənginlərinin ovdanı Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır. Onların buranı ovdan seçməsi də təsadüfi deyil. Yerli sakinlər bildirir ki, bəzgəklər sıx ot örtüyünə malik olan bu yerlərə əsasən noyabr ayının sonlarında kütləvi köç edir, aprel ayının sonlarında isə köçüb gedirlər. Həm də bəzgəklər adətən sıx, şirəli və yaşıl otla zəngin olan bu düzəngahlara sürü halında enirlər. Bu quşlar ən nadir çöl quşlarındandır ki, qidalanmaq üçün əkin sahələrinə tez alışır. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır. Adətən bu ov mərasiminin videoçəkilişi aparılr.
Kür-Araz ovalığı ərazisinin hamar relyefə malik olması ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini canlı izləməyə də imkan yaradır. Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşları ilə ov etmək varlı ərəblərin ən sevimli əyləncəsidir...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30 |
|
|
|
| • Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27 |
|
|
|
| • İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52 |
|
|
|
| • Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50 |
|
|
|
| • Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31 |
|
|
|
| • Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29 |
|
|
|
| • Litva Rusiyaya nota verdi
Dünən, 15:24 |
|
|
|
| • "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18 |
|
|
|
| • "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15 |
|
|
|
| • Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13 |
|
|
|
| • Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20 |
|
|
|
| • Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14 |
|
|
|
| • “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55 |
|
|
|
| • Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44 |
|
|
|
| • "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36 |
|
|
|
| • Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27 |
|
|
|
| • “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20 |
|
|
|
| • Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16 |
|
|
|
| • Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14 |
|
|
|
| • Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09 |
|
|
|
| • Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06 |
|
|
|
| • Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52 |
|
|
|
| • Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48 |
|
|
|
| • “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43 |
|
|
|
| • Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39 |
|
|
|
| • İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26 |
|
|
|
| • "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04 |
|
|
|
| • Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02 |
|
|
|
| • “Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57 |
|
|
|
| • "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47 |
|
|
|
| • "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45 |
|
|
|
| • "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42 |
|
|
|
| • “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39 |
|
|
|
| • Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25 |
|
|
|
| • İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünən, 10:23 |
|
|
|
| • İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Dünən, 10:18 |
|
|
|
| • Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Dünən, 10:16 |
|
|
|
| • Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Dünən, 10:09 |
|
|
|
| • Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:05 |
|
|
|
| • Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Dünən, 10:01 |
|
|
|
| • Aktrisa Ulduz Süleymanova vəfat edib
Dünən, 09:57 |
|
|
|
| • İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Dünən, 09:51 |
|
|
|
| • Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Dünən, 09:45 |
|
|
|
| • Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:42 |
|
|
|
| • "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Dünən, 08:18 |
|
|
|
| • SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Dünən, 08:13 |
|
|
|
| • "Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Dünən, 07:31 |
|
|
|
| • Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Dünən, 07:18 |
|
|
|
| • Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Dünən, 06:52 |
|
|
|
|