Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                 

“Evlərdə Məhəmməd baba yox, “internet baba” nəsihət verir” - Gülər Əhmədova
Tarix: 22-09-2015, 10:25 | Çap et
“Evlərdə Məhəmməd baba yox, “internet baba” nəsihət verir”
Gündəlik həyatımızda qarşılaşdığımız xəyanətlər, yalanlar, qayğılar, anlaşılmaz və soyuq münasibətlər, bir-birinə inamın itməsi müxtəlif şəkildə insanlara psixoloji təsir göstərir, depressiya hallarına səbəb olur və nəhayətdə intiharla nəticələnir.

Son bir həftədə 3 yeniyetmənin intihar etməsi xəbəri isə ölkədə böyük rezonans doğurub. Səbəbi nə olursa olsun 12-14 yaşlı yeniyetmələrin özünü öldürməsi dəhşətli faktlardır. Qəribədər ki, son günlər sanki ölkədə intihar “dəbi” yaranıb.

Bəlkə də özümüz də bilmədən bu “dəb”in yaranmasında çaba göstəririk...

Moderator.az xəbər verir ki, sabiq millət vəkili, psixologiya elmləri namizədi Gülər Əhmədova modern.az saytına deyib ki, intihar sosial problemdir və bu məsələ yalnız dövlət səviyyəsində həll olunmur:

“İntihar birbaşa cəmiyyətin ümumi problemidir. Bu problemin müəyyən qədər aradan qaldırılması üçün hansısa layihələr işlənib hazırlana bilər. Bütövlükdə isə problemin həlli çoxşaxəlidir. İntihar milli və ya dövləti problem deyil. Dünya statistikasına nəzər saldıqda 12-17 yaşlı yeniyetmələr arasında baş verən intiharların böyük əksəriyyətinin Rusiyada qeydə alındığını görürük. Eyni zamanda yeniyetmələrin intiharına görə Yaponiya, Cənubi Koreya öncül yerlərdən birini tutur. Amma bu məsələ bizim üçün də problemə çevrilməkdədir”.

“Evlərdə Məhəmməd baba yox, “internet baba” nəsihət verir”

G.Əhmədova hesab edir ki, məsələyə kompleks yanaşılmalıdır:

“Məsələnin bir çox tərəfləri var. Həm internet, həm də televiziya ekranlarında aqressiya, zorakılıq, kütləvi qətllərlə bağlı materialların dərci və təbliği heç də xoşagələn hal deyil.

Nəzərə almaq lazımdır ki, hazırda kiçik yaşlı uşaqlar belə, internetdən istifadə edirlər. Azərbaycanda isə internetdən istifadədə heç bir məhdudiyyət yoxdur. Fikrimcə, informasiyanın filterləşdirilməsi məsələsi qoyulmalıdır.

Həmçinin dünya praktikasında yayımlanan veriliş və filmlərdə istifadə olunan “12+”, “16+”, “18+”dan istifadə edilməlidir.

Eləcə də intiharla bağlı məlumatın gündəlik informasiya proqramlarında verilməsi düzgün deyil. Televiziyaların özlərində psixoloqlar çalışmalıdır. Bu tip informasiyanı hansı saatda, hansı tərtibatda vermək aparıcı və ya redaktor üçün çətin məsələdir. Amma psixoloqlar bilir ki, sutkanın hansı saatında insanın əsəbləri, intihara meyli hansı səviyyədədir. Bu tədqiqatlar nəticəsində öyrənilmiş məsələdir.

Təəssüf ki, bu gün hər bir evin “atası”, “babası”, “əmisi”, “dayısı” televizya və internetdir. İndi evdə Məmməd baba yox, “internet baba” var”.

“İntiharın səbəbi kasıblıq deyil”

Sabiq deputat sosial problemlərin intihara səbəb kimi göstərilməsini birmənalı şəkildə doğru hesab etmir:

“Ən böyük problem Azərbaycan ailəsinin urbanizasiyanın qurbanına çevrilməsidir. İntihar qeydə alınan zaman səbəblər sırasında “kasıblıqdan oldu”, “problemi çox idi” və s. kimi fikirlər irəli sürülür. Bu fikirlərə adekvat olaraq demək istəyirəm ki, Azərbaycanda 1941-1945-ci illər müharibəsi və ondan sonrakı dövrlərdə insanlar nəinki kasıb idi, onlar almağa çörək belə, tapmırdılar. Amma o dövrlərdə intiharlar olmurdu.

Çünki, istər kənd, istərsə də şəhərlərdə insanlar qruplar şəklində yaşayırdılar. Ailədə ata-anadan başqa nənə, baba, əmi, bibi və s. də var idi. İnsanın dərdini bölüşməyə nə qədər çox həmsöhbəti olursa, o problem onun üçün dramatik şəkil almır. Amma insan dərdini danışacağı kimsəni tapmadıqda, istənilən xırda məqam belə onun üçün faciəvi görünə bilir.

Bu gün insanlar özünə qapanıb, ailələr həddindən artıq kiçilib. İndi qapı qonşunun kimliyini belə, bilməz olmuşuq. Bacı-qardaşın evinə ayda bir dəfə gedirik ya getmirik, telefonda hal-əhval tuturuq ya tutmuruq... Bu, dəhşətdir”.

“Avropa dəyərləri deyə-deyə gənclərimizi məhv edirik”

Onun fikrincə, əslində problemlər bəh-bəhlə təbliğ etdiyimiz Avropa dəyərlərindən qaynaqlanır:

“Biz uzun müddət Avropa dəyərləri deyə-deyə cəmiyyətimizə problem yaradacaq məsələləri gətirdik. Məsələn, cinsi azlıqların evlənməsini, onların Azərbaycan gənclərinin arasında sürətlə inkişaf tapmasını gətirdik. Valideyn-övlad arasındakı uçurumu böyütdük. Qərara aldıq ki, uşaqlarımızın Avropa dəyərlərinə yaxınlaşması üçün onları kiçik yaşlarından Avropaya göndərək. Onlar da vətənə qayıtdıqdan sonra dedilər ki, “Avropada uşaqlar hər şeyi valideyn diqtəsilə icra etmir, hər kəs azaddır..” .

Bu bilirsiniz nəyə oxşayır? Elə bil övladımıza fransız, ingilis dayəsi tuturuq, sonra deyirik “bu uşaq niyə azərbaycanca danışmır, ingiliscə, fransızca danışır?”

Biz uşaqlarımızın əxlaqını, tərbiyəsini Avropaya verdik ki, biz bacarmırıq, alın siz bacarın. Əminəm ki, suriyali uşaqların faciəsinə göz yummağı, Avropanın qəddar insanlar yetişdirdiyi, ümumbəşəri dəyərlərdən xeyli uzaqlaşdığını bir daha göstərdi. Elm dalınca getmək müqəddəs işdir, lakin insanlıq dərsi öyrənmək üçün Avropa doğru ünvan deyil. Məhz buna görə hətta elm dalınca gedən övladlarımızı belə milli, ümumbəşəri dəyərlərdən uzaqlaşmasına imkan verməməliyik”.

“İntihar “dəb”i

Qəribəsi budur ki, intiharlar sanki tendensiya halında baş verməkdədir. Məsələn, bir nəfər özünü yandırdıqdan sonra böyük çoxluq özünü yandırmağa başladı. Daha sonra “Koroğlu” körpüsü “dəb”ə düşdü. İndi isə ipdən, kəmərdən asmaqla intihar edənlər artmaqdadır...Səbəb nədir? Bəlkə media bu barədə çox “canfəşanlıq” edir?..

G.Əhmədova bildirir ki, bu tendensiya əvvəllər də mövcud olub: “Lev Tolstoyun “Anna Karenina” əsəri çap olunandan sonra qadınlar Rusiyada kütləvi şəkildə özlərini qatarın altına atmağa başladılar. Şedevr əsər olmasına baxmayaraq, Rusiya mətbuatı bu əsərin çox ziyanlı olduğunu vurğulayırdı. Buna kütləvi psixoz deyirlər. İnsan düşünür ki, kimsə problemini bu cür həll edibsə, o da belə etməlidir.

Məsələ burasındadır ki, intihara gedən insanın adi danışığından onu hiss etmək olur. Biz maarifləndirməni gücləndirməliyik. İntihara sürüklənən insana qayğı, diqqəti artırmaqla onu bu yoldan çəkindirmək olar. Çünki, dünyada elə bir insan yoxdur ki, həyatının hansısa məqamında intihar fikri beynində dolaşmasın. Bu o demək deyil ki, həmin insan xəstədir və ya psixoloji problemləri var. Əksinə statistika göstərir ki, intihara əl atan insanların çox az faizi ruhi xəstədir.

Onu da deyim ki, sadaladıqlarımın ekstremal şəraitdə baş verən intiharlara heç bir aidiyyatı yoxdur”.

“Tıxaclar insanların psixoloji travmasıdır”

Sabiq deputat bu gün insanların çox böyük tempdə və yaşlarına görə çox böyük stress altında yaşamalarına da diqqət çəkir: “Adi tıxaclar insanları çilədən çıxarır. Çox az adam olar ki, tıxacda oturub audio kitaba qulaq assın , şeir və ya musiqi dinləsin, yaxud sakit otursun. Rayon maşınlarının şəhərə daxil olmasının məhdudlaşdırılmasını böyük əksəriyyət aqressiya ilə qarşıladı. Amma bu elə insanların özü üçün atılmış çox yaxşı addımlardan biridir. Və ya dərs saatlarının 08.00-a dəyişdirilməsini bəzi valideynlər narazılıqla qarşıladı. Halbuki, bu tədbirlərin nəticəsində insanların psixoloji sağlamlığı üçün müsbət addım atıldı. Çünki, adi hesab edilən tıxaclar insanların çox ciddi psixoloji travmalar almasına səbəb olur.

Ümumiyyətlə bilməliyik ki, istər uşaq olsun istər yaşlı intihara gedən yolun başlanğıcında adlanan bir kabus dayanıb. Bu gün təcili atacağımız addım televiziyalarda, sosial şəbəkələrdə maarifləndirmə işinin aparılması, sosial roliklərin çəkilməsidir. KİV ailələrə müraciətlər ünvanlamalı, övladlarını qorumaq üçün ata-ananı xəbərdar etməlidir. Unutmayaq ki, intiharı düşünən şəxs bu barədə əvvəlcədən mütləq kiməsə bunu bildirir.

Biz valideyn olaraq bu xəbərdarlıqlara SOS SİQNALLARI kimi diqqət etməliyik. Eyni zamanda valideynlərlə birgə mütəxəssislər də xüsusi söhbətlər aparıb, bu kimi vəziyyətlərdə intihara meylli uşaqlara necə həssas yanaşılmalı olduğunu öyrənməlidirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Bu gün, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru