Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                     Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək .....                     Köhnə məhsullar, problemli qiymətlər.... .....                 

“Gənclik” parkı necə qocalır... - Daha bir yaşıl soyqırım...
Tarix: 8-07-2015, 12:50 | Çap et
“Gənclik” parkı necə qocalır...
“... Artıq mübarizə aparmağa taqətim qalmayıb. Park da mənim kimi qocaldı, əldən düşdü. Gözümüzün önündə hər gün qarış-qarış satıldı. İndi olan-qalan ağaclar üçün yas saxlayıram”.

Xətai rayonu, Sadıqcan küçəsində onu çoxları tanıyır. 65 yaşlı Zəminə Hüseynova hər gün “Gənclik” parkının yanında oturur, saatlarca gəlib-keçənlərdən kömək istəyir.

Zəminə xanım dərdini virtualaz.org saytına danışır. Deyir ki, neçə illərdir səhərlər ilk işi parka gəlməkdir: “Səhər tezdən bura gəlirəm, ağaclarla danışıram. Mənə dəli deyirlər. Oğlum da, nəvələrim “o xarabalıqda nə axtarırsan” deyirlər. Hamı əl çəkdi, şikayətlərə baxılmadığından ümidini üzdü. Deyirəm, mən öləndən sonra daha bu parka gələn olmayacaq”.

Orta nəslin nümayəndələri Xətai rayonu, Sadıqcan küçəsindəki “Gənclik” parkını gözəl xatırlayır. Bulvardan sonra paytaxtın ən böyük parkı sayılan, yaşıllıqlarla əhatələnmiş ərazidə süni göl də yaradılmışdı. Parkın ən hündür hissəsində yay klubları, qaya parçalarından tikilmiş yeraltı restoran vardı. Parkda uşaqları üçün attraksionlar quraşdırılmışdı.

İndi xarabalığa çevrilmiş bu ərazidə bir zamanlar küknar və zeytun meşəsi olub. Lakin sonradan baxımsızlıqdan bu ağaclar məhv olub.

Zəminə Hüseynova onu da deyir ki, sonradan parkı yarıya bölüb ərazinin bir hissəsini “SOS uşaq kəndi”nin tikintisi üçün ayırıblar: “Birinci dəfə yığışdıq, etiraz etdik. Amma baxan olmadı. Sonradan ərazidə binalar tikməyə başladılar. Bu dəfə bir-iki nəfər etiraz etdi. Onlar da tez susub oturdular”.

İndi parkda qurumuş ağaclar, saralmış otlar, bir də zibil qalıqları gözə dəyir.

Ərazidə yaşayan sakinlər də Zəminə nənənin sözlərini təsdiqləyirlər. Onların sözlərinə görə, bir neçə yerə parçalanmış parkda suvarma sistemi yoxdur. Buna görə də ağaclar yağan yağışın ümidinə qalıb.

Ətrafdakı binalardan birinin sakini Nəriman Rəsulov isə parkın qəsdən bu vəziyyətə salındığına əmindir: “Ötən ilədək burda bir restoran vardı. Restoranda əxlaqsızlıq edilirdi, axşamlar maşın əlindən tərpənmək olmurdu. Sonra restoran bağlandı, tikili söküldü. Restoranın zir-zibilini də daşımadılar, parkda qaldı. İndi gördüyünüz vəziyyət yaranıb”.

Yeni tikilmiş binalar və “SOS uşaq kəndi”nin hasarlanmış ərazisindən keçib parkın digər tərəfinə daxil oluruq. Saralmış, yanıb qurumuş şam aşaclarının altında zibil qalaqları toplanıb. Güman ki, yaxınlıqdakı binaların sakinləri tullantılarını bura atırlar.

Bir az irəlidə isə tikinti tullantıları qalaqlanıb. Park uzun illər öncə tərk edilmiş xarabalığı xatırladır. Buna görə də ərazi sahibsiz heyvanların məskəninə çevrilib.

Onu da qeyd edək ki, bu park gözdən uzaq bir yerdə deyil. Zığ ərazisinə gedən magistral yolun yaxınlığında - Zərifə Əliyeva parkının yaxınlığında yerləşir.

Sakinlər onu da söyləyirlər ki, parkda abadlıq aparılması üçün dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə müraciətlər ediblər: “Amma bir dəfə də olsa gəlib parkla maraqlanmırlar. Halbuki bu ərazidə balaca obyekt açmaq istəyən olsa, məmurlar dərhal peyda olarlar. Ağaclara, yaşıllıqlara baxılmır, amma obyekt tikmək istəyən kimi park sahibləri üzə çıxır. Hamı “park bizimdir” deyir”.

Park xarabalığı xatırlatsa da girəcəkdə uşaqlar üçün balaca əyləncə yeri düzəldilib. Amma uşaqların həvəslə getdiyi əyləncə məkanı iki-üç maşın və bir velosipeddən ibarətdir.

Parkın girəcəyindəki yeganə “əyləncə mərkəzinin” sahibi danışmaq istəmir. Bizi görən kimi ərazidən uzaqlaşır.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində rayondakı mədəniyyət obyektlərinin siyahısı verilib. Həmin siyahıda “Gənclik” parkının adı var və parka Cəlal Cəfərovun direktor təyin edildiyi yazılıb.

Siyahıda adı direktor kimi verilmiş Cəlal Cəfərov virtualaz.org saytının suallarını cavablandırıb.

C.Cəfərov bildirdi ki, artıq 5 ildir park rəhbərliyindən uzaqlaşıb: “Mən 5 ildən artıqdır direktor işləmirəm. Hazırda parka Mehman Həsənov rəhbərlik edir. Mən parkın dağıdılmasına, məhv olmasına etiraz edirdim. Orada böyük problemlər oldu. Bu problemlərə görə də parkın rəhbərliyindən getdim”.

C.Cəfərov problemlərin nədən ibarət olduğunu söyləmək istəmədi.

Parkın indiki rəhbər Mehman Həsənovla əlaqə saxlamaq isə mümkün olmadı.

Xətai Rayon İcra Hakimiyyətindən isə suallarımızı sualla cavablandırdılar: “Bəs “Gənclik parkı” niyə indi yadınıza düşüb? Oranın rəhbəri var. Biz heç nə deyə bilmərik”.

Beləliklə, paytaxtın daha bir yaşıllıq ərazisi arxivə gömülmək üzrədir. Görünür, yaşıllıqların xarabalığa çevrilməsi kimlərəsə sərf edir. Ərazidə tikilən yeni-yeni binalar da iddialarımızın əsassız olmadığını təsqiləyir. Gözləyək...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35
Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru