"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                 

Maliyyə nazirliyindən Gədəbəyə uzanan əllər... - Bu əllərin tumarı altında kimlər büdcəni qarət edir...
Tarix: 30-06-2015, 12:14 | Çap et
Maliyyə nazirliyindən Gədəbəyə uzanan əllər...
Son zamanlar Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında, eləcə də rayonun maliyyə, mədəniyyət və turizm, təhsil şöbələrində mövcud olan problemlər daha kəskin xarakter alıb. Nə qədər qəribə də olsa, hələ də adıçəkilən rayonda Səhiyyə Nazirliyinin pulsuz tibbi xidmət haqqındakı müvafiq sərəncamını saya salan yoxdur. Bu hal əsasən doğum evində və mərkəzi rayon xəstəxanasında, eləcə də tibbi arayışların alınması zamanı özünü daha qabarıq şəkildə göstərməkdədir.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Gədəbəydə çox nadir hallarda həkim xəstəni təmənnasız müalicə və ya müayinə edir. Bununla bağlı məlumat verən rayon sakinlərinin sözlərinə görə, tibbi xidmətə görə pulun istənilməsi bir yana qalsın, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında çalışan tibb işçilərinin bir qisminin peşəkarlıq səviyyəsi ciddi şübhə doğurur. Sözsüz, bu tendensiyanın kökündə daha çox gəlir əldə etmək amili dayanır. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev elə bir sistem qurub ki, hazırda rayonda fəaliyyət göstərən heç bir dövlət tibbi müəssisəsində pulsuz tibbi xidmət almaq mümkün deyil: O, rayonun səhiyyə sisteminin inkişafını təmin etmək əvəzinə vaxtının əksər hissəsini tamam başqa işlərə sərf edir. Onu da bildirim ki, döyüş bölgəsində yerləşən Gədəbəy rayonunda vərəm və digər idarə olunmayan xəstəliklərə qarşı profilaktik tədbirlər aparılsa da, sözügedən mərəzlərə yoluxanlar heç də az deyil. Ümumiyyətlə, bu gün rayon səhiyyəsinin durumu arzuolunan səviyyədə deyil. Belə ki, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla birgə bir sıra əməllərə imza atan baş həkim Ramiz Pirverdiyevin düzgün qurulmayan idarəçiliyi, xoşagəlməz fəaliyyəti nəticəsində rayonda vərəm xəstəliyi geniş şəkildə yayılıb. Gədəbəylilər də təsdiqləyə bilərlər ki, Ramiz Pirverdiyev məhz Namiq Məmmədovun himayəsinə arxalandığı üçün Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında bəzi neqativ halların mövcudluğundan narahatlıq keçirmir. Çünki o, əmindir ki, dara düşən kimi rayon maliyyə idarəsinin rəisi onun mümkün təhlükədən sığortalanması üçün əlindən gələni edəcək".

Hazırda Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının təcili yardım avtomaşınlarının bərbad vəziyyətdə olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Ramiz Pirverdiyevin rəhbərlik etdiyi tibb müəssisəsində hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar qeyri-peşəkar ginekoloq-həkimlər tərəfindən aparılır: "Mərkəzi rayon xəstəxanasının stasionar şöbələrində də vəziyyət acınacaqlıdır. Belə ki, profilaktik-müalicə sisteminin keyfiyyəti olduqca zəifdir. Bir sözlə, el məsəlində deyildiyi kimi, Allah düşmənimin də işini Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına salmasın. Çünki Səhiyyə Nazirliyi tərəfindən Ramiz Pirverdiyevin rəhbərlik etdiyi tibb müəssisəsinə ayrılan dərman peraparatları və tibbi ləvazimatlar rəhbərliyin göstərişi ilə xüsusi apteklərə verilir. Buna görə də hazırda Gədəbəydə xəstələnməyin özü elə ən böyük problemlərdəndir. Səbəb xəstəxanalardakı dəhşətli vəziyyət və tibb personalının yalnız xəstələrin cibini güdməsidir. Rayon sakinləri də dəfələrlə bəyan ediblər ki, Gədəbəy Mərkəzi Xəstəxanasında qeydiyyyat otağından başlayaraq əməliyyat masasına kimi hər bir prosesin öz qiyməti var. Odur ki, burda pulsuz tibbi xidmət axtarmağa dəyməz…"

Gədəbəy rayonunda 1 peşə təhsili, 55 tam orta, 18 ümumi orta və 10 ibtidai, 3 məktəbdənkənar tədris və 8 məktəbəqədər tədris müəssisəsinin fəaliyyət göstərdiyini deyən mənbə iddia edir ki, bu gün Baxış Nağıyevin rəhbərlik etdiyi Gədəbəy Rayon Təhsil Şöbəsində bir sıra ciddi əyintilərə yol verilir: "Şöbə müdiri isə bu kimi halların daha geniş vüsət almasına şərait yaradır. Belə ki, Baxış Nağıyev Gədəbəy rayonunda fəaliyyət göstərən əksər təhsil müəssisələrinin rəhbərlərinə öz "qayda"larını diqtə edir. Maraqlı məqam ondadır ki, rayon təhsil şöbəsinin müdiri də Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun nəzarətindədir. Yəni Baxış Nağıyev də bir sıra məsələlərlə bağlı qərarı məhz maliyyə idarəsinin rəisi ilə məsləhətləşdikdən sonra qəbul edir. Bu səbəbdən də o, rayon təhsilini ürəyi istədiyi kimi idarə edir. Hazırda Gədəbəy rayonunun kənd orta məktəblərində dərs davamiyyəti həddindən artıq aşağı səviyyədədir. İş o həddə çatıb ki, yuxarı siniflərin şagirdlərindən bəziləri illərlə məktəb üzü görmədikləri halda, adları sinif jurnallarında əksini tapır. Yekunda isə valideynlər bəzi yollarla övladlarına attestat almağa nail olurlar. Yəni, dərsə getməsə də, uşaqların məktəbi bitirmələri haqqında sənəd almaq elə də çətin məsələ deyil". Məlumatlı şəxsin bildirdiyinə görə, artıq Təhsil Nazirliyi Gədəbəy Rayon Təhsil Şöbəsinin, eləcə də şöbə müdiri Baxış Nağıyevin fəaliyyətinə ciddi nəzər yetirmək qərarına gəlib: "Deyilənlərə görə, Gədəbəy sakinlərinin rayon təhsilinin bərbad vəziyyətdə olmasına dair aidiyyəti qurumlara ünvanladıqları müraciətlərdən sonra Təhsil Nazirliyi bu məsələni ciddi nəzarətə götürüb. Artıq Gədəbəy Rayon Təhsil Şöbəsində ciddi araşdırmaların aparılması, eləcə də Baxış Nağıyevin fəaliyyətinin yoxlanılması istiqamətində bir sıra tədbirlərə başlanılıb. Bunun nə ilə nəticələnəcəyi dəqiq bəlli olmasa da, bu, bir faktdır ki, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri nöqsanlı fəaliyyəti ilə yetişməkdə olan gənc nəslin elmə, biliyə olan marağının hər ötən gün bir qədər də azalmasına səbəb olur. Əgər müvafiq qurumlar geniş miqyaslı və obyektiv araşdırma aparsalar, o zaman Gədəbəy rayonundakı bir sıra təhsil müəssisələrində saxta diplomlu müəllimlərin olduğunu müəyyənləşdirə bilərlər. Qeyd edim ki, indiyədək bu və digər məsələlərlə əlaqədar mətbuat vasitəsilə Gədəbəy Rayon İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və digər müvafiq strukturlara lazımi məlumatlar verilsə də, hələ ki, heç kim Baxış Nağıyevin barəsində lazımi tədbir görməyə cürət etmir. Görünür, bu, rayon təhsil şöbəsinin müdirinin arxalandığı şəxsin - Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun nüfuzlu şəxslərdən biri tərəfindən himayə olunması ilə bağlıdır…"

Bu gün Gədəbəy rayonunda 28 mədəniyyət evi, 21 klub, 75 kitabxana,1 muzey və 4 uşaq musiqi məktəbinin fəaliyyət göstərdiyini vurğulayan mənbənin sözlərinə görə, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədovun tabeliyində çalışan bəzi şəxslər adıçəkilən qurumun nəzarətində olan müəssisələrdə bir sıra xoşagəlməz halların yaşanmasına şərait yaradırlar: "Deyilənlərə görə, hazırda Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsində çox ciddi neqativ hallar yaşanır. Ramiz Məmmədov əmisi oğlu, rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla əməlli-başlı iş birliyi qurub. Belə ki, mədəniyyət şöbəsinin müdiri rəhbərlik etdiyi qurumun nəzdində fəaliyyət göstərən obyektlərdən əldə olunanların bir hissəsinin maliyyə idarəsinin rəisinə çatdığını bildirməklə "şərt"lərinə əməl olunmasını tələb edir. Ramiz Məmmədov onun "tələb"lərini yerinə yetirməyən şəxsləri isə vəzifələrindən qovulacaqları ilə hədələyir. Bu səbəbdən də qarşı tərəf mədəniyyət və turizm şöbəsinin müdirinin "istək"lərinə boyun əymək məcburiyyətində qalır. Rayon sakinlərinə bəllidir ki, Gədəbəy Mədəniyyət və Turizm Şöbəsinin tabe müəssisələrində işə qəbul maraqların təmin olunması prinsipi ilə həyata keçirilir. Odur ki, əmisi oğlu Namiq Məmmədovun himayəsinə arxalanan Ramiz Məmmədovun müəyyənləşdirdiyi "şərt"lərə əməl etmədən heç kim onun rəhbərlik etdiyi sahədə işlə təmin oluna bilməz".

Bu arada, nəzərinizə çatdıraq ki, Gədəbəy rayon sakini Ramazan Muradovun bir müddət öncə mövzu ilə bağlı səsləndirdiyi fikirlər də sözügedən rayonun bəzi rəhbər şəxsləri ilə əlaqədar deyilənlərin həqiqətə uyğunluğunu təsdiqləyir. Belə ki, "Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin olunana qədər məndən bir şikayət ərizəsi də yazılmamışdı. Amma Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin edildikdən sonra məndən Cahangir Qasımov, Hüseyn Əliyev, Namiq Rüstəmov şikayət ərizəsi yazdılar" deyən Ramazan Muradov iddia edir ki, bütün bunlar Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun diqtəsi altında yazılan ərizələrdir: "Onların hamısını buna görə "mükafatlandırdılar". Bütün bunların müəllifi Namiq Məmmədovdur. O, Gədəbəydə az qala icra başçısı statusunda tanınan şəxsdir. Mənim başıma gətirilənləri elə Namiq Məmmədov etdi. Nəzərinizə çatdırım ki, qanunvericiliyə görə qohum şəxslər bir-birinin tabeliyində işləyə bilməzlər. Amma Namiq Məmmədov hazırda Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəri vəzifəsində çalışır. O, pul ayırır, yaxın qohumu - Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri Ramiz Məmmədov isə həmin vəsaiti xərcləyir. Rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Ramiz Məmmədov sonradan Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib. Əgər çağırıb ərizə yazdırsanız, onun ali savadının hansı səviyyədə olduğunu görərsiniz. Başqa qohumlar da ayrı-ayrı vəzifələrdə çalışırlar. Məsələn, öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Orada çalışanların hamısı öz adamlarıdır. Adları orda qeyd edilib, özləri isə başqa yerlərdə yaşayırlar, işləmirlər". Ramazan Muradovun sözlərinə görə, hələ bir müddət əvvəl - Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının sədri vəzifəsində çalışarkən kitabxanalarda, məktəblərdə texniki işlərdə çalışmaq istəyənlər Namiq Məmmədova üz tuturdular: "Namiq Məmmədov nə edirdi, kimi vəzifəyə necə təyin edirdi - bunu deyə bilmərəm. Amma ortada müəyyən şərtlər vardı. Pensiya üçün arayış alırsansa, işə gəlmirsənsə, adın orda yazılır, amma pulu başqası alır. Əgər işləmək istəyirsənsə, bunun da digər formada qəbulu vardı. Mən bunları o vaxt eşitmişdim, indi də belə məlumatlar eşidirəm".

Məsələ ilə bağlı əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov maliyyə nazirinin müavini Azər Bayramov tərəfindən ciddi şəkildə himayə olunur. Nazir müavininin 1970-ci ildə Bakı şəhərində anadan olduğunu deyən məlumatlı şəxs Azər Bayramovun əslən Gədəbəy rayonundan olduğunu bildirir: "O, 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını, 2000-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cu ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlayıb. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin beynəlxalq vergiqoyma, 1997-1999-cu illərdə isə iri vergi ödəyiciləri ilə iş üzrə idarələrinin rəisi olub. 2000-2004-ci illərdə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2004-cü ilin fevral ayında isə maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub. Azər Bayramov demək olar ki, elə həmin vaxtdan Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun himayədarı qismində çıxış edir. Qeyd edim ki, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev, rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev, mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədov və Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov bir-birinin köməkliyi ilə indiyədək vəzifədə qalmağı bacarıblar. Paytaxt Bakıda isə bu dördlüyü maliyyə nazirinin müavini Azər Bayramov müdafiə edir. Maraqlıdır, görəsən maliyyə naziri Samir Şərifovun müavininin kimləri və nə üçün himayə etməsindən xəbəri var?.." \\ gundelik-baku.com \\

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Dünən, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Dünən, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Dünən, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Dünən, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Dünən, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Dünən, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Dünən, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Dünən, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Dünən, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Dünən, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Dünən, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Dünən, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Dünən, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Dünən, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru