“Sumqayıt camaatı”nın “əmir”inin qardaşı Rusiyada həbs edilib - "Əmir" Suriyada itkin düşüb
Tarix: 6-04-2015, 10:09 | Çap et
 Rusiya Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Kommersant" qəzeti məlumat yayıb. Qəzetdə Suriyada Bəşər Əsəd əleyhinə vuruşan silahlıların maliyyələşdirilməsi ilə bağlı cinayət işinin təfərrüatları barədə dərc olunan yazıda Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsinin yerli sakini, milliyyətcə azərbaycanlı Qaçay Tağı oğlu Hacıyevə qarşı "terrorçuların maliyyələşdirilməsi" maddəsi ilə cinayət işi başladığı qeyd olunub. İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri Suriyada vuruşan "Cund əş-Şam" (“Böyük Suriyanın döyüşçüləri”) terrorçu qruplaşmasına göndərib. Qeyd edək ki, Lipetsk vilayəti Prokurorluğu Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsi bu ilin fevralın 27-də beynəlxalq terrorçu təşkilata yardım edən şəxsin zərərsizləşdirildiyi barədə məlumat yaymışdı. Həmin vaxt prokurorluğun mətbuat xidməti FTX müstəntiqlərinin Rusiya vətəndaşına qarşı RF Cinayət Məcəlləsinin 1.205.1-ci (terrorçuların maliyyələşdirilməsi) maddəsi ilə cinayət işi başlandığını elan etmişdi. İstintaq sirri olduğundan FTX və prokurorluq cinayət məsuliyyətinə cəlb olunan şəxsin kimliyini açıqlamamışdı. Məlum olub ki, terrorçulara yardım edən şəxs Rusiya vətəndaşı Qaçay Hacıyevdir. Qohumlarının sözlərinə görə, hüquq-mühafizə orqanlarının Q. Hacıyevi saxlaması gözlənilməz olub. Qaçay Hacıyev fevralın 26-da işdən evə avtomobillə qayıdarkən FTX əməliyyatçıları tərəfindən saxlanılıb. Daha sonra əməliyyatçılar onu evinə gətiriblər. Hacıyev saxlanılandan 10 gün sonra ona qarşı rəsmi ittiham irəli sürülüb. Onun hazırda Lipetskdə yerləşən müvəqqəti saxlanma təcridxanasında saxlanıldığı bildirilib. Hacıyevin ailəsi isə qohumları tərəfindən Sankt-Peterburqa aparılıb. Qaçay Hacıyevin birinci həyat yoldaşı Viktoriya Babkina keçmiş ərinin terrorçuları maliyyələşdirdiyi barədə məlumatın doğru olmadığını bildirib: "Qaçay heç də böyük iş adamı deyil. O, anbardan maşınla meyvə alıb, bazarda həmin meyvəni satırdı. İstintaq iddia edir ki, Qaçayın qazandığı pullar Türkiyəyə, ordan isə Suriyadakı terrorçulara göndərilib. Əslində Qaçay Suriyada yaşayan qardaşına və onun ailəsinə kömək edirdi. Suriyada Qaçayın qardaşından başqa Suğra adlı bacısı da yaşayır. Suğranın azərbaycanlı əri həlak olub. Qaçay ona da kömək edirdi. O, təkcə Suriyaya deyil, Azərbaycanda və Rusiyada yaşayan qohumlarına da pul göndərirdi". Viktoriya Babkinanın sözlərinə görə, Qaçayın qardaşı Aqil bir il əvvəl Suriyada itkin düşüb: "Aqil ailəsi ilə birlikdə Suriyada döyüşlərin getdiyi yerdə yaşayırdı. Qaçay qardaşı Aqil haqqında danışarkən onun inanclı bir insan olduğunu, dörd uşağından başqa, Suriyada olan ikinci evliliyindən olan iki uşağına baxdığını söyləyirdi". Qeyd edək ki, APA keçən ilin aprelində “Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevin əsir düşdüyü barədə məlumat yaymışdı. Məlumatda Aqil Hacıyevin “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulduğu və şəriət qanunları ilə barəsində edam hökmü çıxarıldığı qeyd olunmuşdu. Onun aqibəti məlum deyil. Onu da qeyd edək ki, Hacıyev qardaşları Lənkəran rayonunun Boladi kəndində doğulublar. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02 |
|
|
|
| • "Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52 |
|
|
|
| • Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42 |
|
|
|
| • Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36 |
|
|
|
| • Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28 |
|
|
|
| • Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22 |
|
|
|
| • Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44 |
|
|
|
| • “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16 |
|
|
|
| • Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09 |
|
|
|
| • “Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07 |
|
|
|
| • Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47 |
|
|
|
|