Avropa Şurasının 2025-ci il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.
Gununsesi.info-nun xəbərinə görə, hesabatda Türkiyə məhbus sayına görə Avropa Şurasına üzv ölkələr arasında birinci yerdə qərarlaşıb.
Bundan əvvəl isə Türkiyə Avropa Şurasına üzv olan 46 dövlət içərisində Avropa İnsan Hüquqları Məhkəməsinə edilən şikayətlərə görə də 1 -ci yeri tutub.
Bu, Prezident Ərdoğanın ölkədə avtoritar idarəçiliyini gücləndirməsindən sonra baş verib.
Türkiyə siyasi məhbus sayına görə də Avropada 1 -ci yerdə qərarlaşıb.









