O daha sonra fikrini belə davam etdirir: "Bu ölkədə minlərlə ailə övladını çörəklə, dərmanla, məktəb xərci ilə böyütmək üçün gecə-gündüz mübarizə aparır. İnsanların sosial dəstək istəməsi ayıb deyil, haqqıdır!
Əgər bir ölkədə vətəndaş öz sosial hüququnu tələb edirsə, bu populizm yox, dövlət-vətəndaş münasibətinin təbii tələbidir. Uşağı sevgi ilə böyütmək üçün də çörək, dərman, məktəb, geyim lazımdır. Sevgi təkbaşına ac qarnı doyurmur.
Kamal Abdulla da, Günay Ağamalı da tənqid oluna bilər. Çünki ictimai fikir bildirmiş şəxslər cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Tənqidə dözümsüz yanaşıb insanları “plintusaşırı”, “həpənd” adlandırmaq isə nə ziyalılıqdır, nə də jurnalistika. Əsl problem xalqın danışması yox, xalqı eşitmək istəməyənlərin təkəbbürüdür.
Bakıda forum keçirilməsi ilə sadə insanın sosial problemi bir-birinə zidd deyil. Dünya şəhərsalma forumu keçirmək gözəldir, amma ölkə vətəndaşının gündəlik yaşayış qayğılarını kiçiltmək doğru deyil. Dövlətin gücü yalnız tədbirlərlə yox, vətəndaşının rifahı ilə ölçülür.
Xalqı aşağılamaqla yox, anlamaqla böyük olmaq mümkündür..."








