AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                 

Aslan Aslanovun məhv etdiyi iki ailədən reportaj
Tarix: 16-02-2015, 14:38 | Çap et
 Aslan Aslanovun məhv etdiyi iki ailədən reportaj
Əməkdaşlarımız Şəmkirin sabiq başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyevin ailəsində olub. “Yeni Müsavat”ın reportyor qrupu Ruslan Aslanovun qətlinin təfərrüatlarını yerindəcə araşdırıb. Hər iki ailə başına gələn müsibətləri “Yeni Müsavat”a danışıblar.

“Vüqarla Ruslanın münasibəti yaxşıydı, hətta...”

Ondan başlayaq ki, hadisəyə qədər Vüqar Əliyevlə Ruslan Aslanovun yaxşı münasibəti olub. Atası İbrahim İsmayılov danışır ki, hətta Vüqarın xahişi ilə Ruslan bu ailəyə “Şəmkir” stadionundan ayrıca elektrik xətti verib. Həmçinin, İ.İsmayılovun A.Aslanovdan xahişi əsasında magistral su kəmərindən ayrıca xətt də verilib:

* İbrahim İsmayılov Aslanovla torpaq mübahisəsi olmadığını deyir

“Yəni bizim Aslanla, onun oğlu ilə heç bir problemimiz olmayıb. 2003-cü ilin aprelin 3-də Vüqarla Lamiyə nişanlandı. Biz sonradan bilmişik ki, bundan sonra Ruslan Lamiyə ilə münasibətləri haqda orda-burda danışırmış. Deyirmiş ki, qızın bakirəliyini pozub. Bu söhbət Vüqara çatandan sonra məsələni Ruslandan soruşub. O da əvvəlcə təkzib edib, sonra Vüqara deyib ki, Lamiyə ilə üzləşmək istəyir. Bu məsələ üstündə başlanan mübahisədən xəbərimiz olmayıb”.

Apreldə nişanlanan gənclərin arasında mübahisələr may ayına qədər davam edib. İ.İsmayılovun sözlərinə görə, mayın 8-dən 9-na keçən Ruslanın təklifi ilə görüşüblər: “Ruslan öz maşını ilə Vüqarı mənim meyvə-tərəvəz piştaxtamın yanından götürüb. Ordan Lamiyəgilin evinə gediblər. Lamiyə də maşına oturub və həmin “SMU-28” deyilən əraziyə gediblər.
Ora həmin vaxt gözdən iraq bir yer idi. Maşının qabaq oturacağında Vüqar, arxada isə Lamiyə əyləşib və sözügedən ərazidə mübahisə başlayıb. Ruslan Şəmkirdə intim əlaqədə olduğu qızların adlarını sadalayarkən onlardan birinin də Lamiyə olduğunu deyəndə, bu zaman Lamiyə arxadan Ruslana iki bıçaq zərbəsi vurub. Ruslan maşından düşüb qaçmağa başlayıb və 17 metr irəlilədikdən sonra qarşıdakı kol-kosun arasına, Morul kəndinə gedən kanala yıxılıb. Sonradan onun meyitini kanalda aşkarlamışdılar”.

Anası: “Aslanov məni, qardaşımı və bacılarımı tutdurdu”

 Aslan Aslanovun məhv etdiyi iki ailədən reportaj

* Vüqarın ailəsi həbslərdən söz açır

Vüqarın anası Məlahət İsmayılovanın dediklərindən: “Vüqarla Lamiyənin aprelin 3-də nişanı oldu. Mayda da bu iş başımıza gəldi. Heç kimin də bu işdən xəbəri olmayıb. Həmin gün bizim mağazaya getmişdim, gördüm, Vüqar orda yoxdur. Sonra Ruslanın dostları gəlib Vüqarı soruşdular. Dedim, Vüqar yoxdur.
Gecə yarısı hərbi polis rəisi və Ruslanın cangüdəni bizə gəldi. Gecə saat iki olardı, icra nümayəndəsi Tariyel Quliyev bizə gəldi. Dedi, başçı tapşırıb ki, uşaqları yığ, Ruslanın harda olduğunu soruş. Hadisədən sonra da Vüqar gəlib evə, yatıb və bizə də heç nə deməyib.
Evdə narahatlığı da hiss olunmurdu. Gecə yarısı Vüqarı gəlib apardılar. Biz ertəsi günün axşamı xəbər tutduq ki, Lamiyə bu işi görüb. Ondan sonra Aslanov bütün ailəmizi həbs etdirdi. Mayın 10-da oğlum Eynuru, 12-də yoldaşım İbrahimi tutdular.
İyunun 14-də məni və iki bacımı tutdular. Bizi üç ay Gəncə istintaq təcridxanasında saxladılar. Guya əvvəlcədən cinayəti bilib məlumat verməmişik. Qanunda bu maddənin ailə üzvlərinə şamil edilməsi yoxdur. Bizi avqustda sərbəst buraxdılar. O da Andreas Qrossun hesabına oldu, həmin ərəfədə Gəncəyə gəlmişdi və bizi azad etdilər”.
Vüqarın anası bildirir ki, Ruslan onların evinə heç zaman gəlməyib: “Amma Vüqarla əlaqəsi yaxşıydı. Bir-birinə hörmət edirdilər. Biz Ruslandan bir pislik görməmişdik. Ancaq atası onun hərəkətlərini görüb vaxtında yığışdırmalıydı. Aslan Aslanov isə ailəmizdə kim var, hamını həbsə atdırdı. Yoldaşımı, oğlumu, bacılarımı, qardaşımı tutdurdu. Bu zülmü Allah götürməz. Bacımla iki ay bir kamerada yatırdıq. Sonra iki bacıma 2 il şərti cəza verildi”.

“Bu kuklalar üzümə durdu”

 Aslan Aslanovun məhv etdiyi iki ailədən reportaj

Vüqarın atası əlavə edir ki, ailə üzvlərinin həbsindən sonra A.Aslanov onun təhsil şöbəsinin qarşısındakı obyektlərini yerlə-yeksan etdirib: “Hazırda “Abidələr parkı” olan yerin 5 sotu sənədlərlə mənə məxsusdur. Bu gün də həmin sənədlər məndədir.
Həmin 5 sot torpağı və üzərindəki tikililəri mən “Aşıq Teymur” adına müəssisədən balans dəyərini ödəməklə almışdım. Orada meyvə-tərəvəz piştaxtası qoymuşdum. Vüqar da oradakı tikilidə maşın təmir edirdi.
Yolun əks tərəfində Qönçə Lətifovanın meyvə-tərəvəz dükanı vardı. Həmin dükan piyada səkisinin üstündə idi. Bu hadisə baş verəndən sonra Aslan Aslanov ora gəlib Qönçə ilə söhbət etmişdi.

 Aslan Aslanovun məhv etdiyi iki ailədən reportaj

* Bıçağı satan Arzu Sadıqov

Demişdi ki, əgər İbrahim İsmayılovun üzünə durmasan, obyektini şumlayıb dağıdacağam.
Qönçəni öyrətmişdilər desin ki, guya İcra Hakimiyyətindən əraziyə gəlib deyiblər, İbrahimin obyekti plana düşüb və söküləcək.
Guya həmin vaxt mən gələnlərə demişəm ki, əgər obyektim sökülsə, mən Aslan Aslanovu və ya onun oğlunu öldürtdürəcəyəm. Əslində belə bir hadisə, söhbət olmayıb. Qönçə Lətifova Ağır Cinayətlər Məhkəməsində üzümə dayandı və dükanını xilas etdi. Qönçədən başqa Aslan Aslanov üzümə İcra Hakimiyyətində işləyən, özünün tabeçiliyində olan xeyli canlı kuklanı da saxlamışdı. Onların da ifadələri Qönçənin ifadələrindən fərqlənmirdi”.
İ.İsmayılov üzünə duran şəxslərin adlarını açıqlayır: “Şəmkir icra başçısının 1-ci müavini Tariyel Məmmədov, Şəmkir torpaq şöbəsinin müdiri Rüstəm Rüstəmov, mərkəzi poçtun müdiri Vilayət Cabbarov, şəhər sovetinin sədri Hacımurad Həsənov, gənclər şöbəsinin rəisi Nizami Əhmədov, İcra Hakimiyyətində şöbə müdiri işləyən Vahid Əkbərov, İcra Hakimiyyəti işçisi Mustafa Mustafayev, Şəmkir hərbi komissarı Həsrət İsmayılov, Şəmkir İH-də şöbə müdiri Sultan Məmmədov bir-bir üzümə durdular”.

“Guya Aslanovu dəfələrlə döymüşəm, halbuki...”

Onun sözlərinə görə, Şəmkir İH-dən adı şahidlər siyahısına salınan bələdiyyələrlə iş şöbəsinin müdiri Abdulla Sadıqov da olub: “Lakin özünün vicdanını, şərəfini vəzifəsinə dəyişmədi. O, Aslanovun uydurma söhbətlərini sona qədər təsdiqləmədi.
Baxmayaraq ki, Aslanov onu təhqir edib işdən qovmuşdu, həmin adam yalan ifadə vermədi. Üzümə dayananlardan biri də “kor Kamil” kimi tanınan Kamil Yusifov oldu. O, regional torpaq şöbəsinin müdiri idi. O dedi ki, guya onun yanında Aslanova demişəm ki, pay torpağımı verməsən, səni və ya oğlunu öldürəcəyəm. Bu adamları yalan ifadələri ilə məni cinayətin sifarişçisi kimi təqdim etməyə nail olmaq istəyirdilər”.

 Aslan Aslanovun məhv etdiyi iki ailədən reportaj

* Aslanovun oğlunun meyiti burada aşkarlanıb

İ.İsmayılov deyir ki, üzünə duran şəxslər onun A.Aslanovun kabinetinə dəfələrlə gələrək orada döydüyünü söyləyiblər: “Halbuki camaat onun kabinetinə düşmək mümkün deyildi. Aslanın qapısında polis dayanırdı, 1 nəfər kişi və qadın köməkçisi da vardı. Gəlib üzümə qarşı həyasızcasına yalan ifadə verdilər.
Məhkəmələr də onlara qulaq asdı. Onların yalan ifadələri ilə cinayətin əsl mahiyyətini gizlətməyə, pərdələməyə çalışırdılar. Bu işin Ruslan Aslanovun Lamiyəyə qarşı təcavüzü zəminində baş verdiyini gizlətmək üçün Aslan min hoqqadan çıxdı.
Guya oğlunun qətli sifarişini Elpərəst Həsənli, Şahbaz Süleymanov, Arif Səməndərov verdiyi barədə Vüqarı döyə-döyə ifadə almaq istəyirdilər. Xəyyam Vəliyev adlı əməliyyatçı oğlumun dişlərini sındırmışdı. Halbuki bu adamların hər biri ilə Aslan Aslanovun özünün şəxsi konflikti vardı”.

 Aslan Aslanovun məhv etdiyi iki ailədən reportaj

V.Əliyevin atası xatırladır ki, Ruslanın qətlindən sonra ona 3 maddə ilə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 307.3 - xüsusilə ağır cinayət barəsində xəbər verməmə, 188-ci - torpaq üzərində mülkiyyət hüququnu pozma, 134-cü öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə maddələri ilə ittiham irəli sürüb həbs ediblər.
Qeyd edək ki, növbəti reportajda Lamiyənin anasının, onu zorlamaqda ittiham edilərək həbs olunan xalası oğlunun, Vüqarın tutulan dayısının açıqlamalarını təqdim edəcəyik.

ardı var...

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru