AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                 

Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisinə qarşı ağır ittihamlar - Köhnə kolbasa istehsalçısı...
Tarix: 16-02-2015, 09:18 | Çap et
Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisinə qarşı ağır ittihamlar
Hərbi hissələrin mətbəxlərinə yol açmağa müvəffəq olmuş saysız- hesabsız işbazların şəxsiyyətini və ixtisas uyğunluğunu araşdıran varmı?

Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi Rəhim İsgəndərovun hərbi sferanın ən həssas sahələrindən olan ticarət və iaşə xidmətini nəzarətində saxlaması və şəxsi kommersiya maraqlarına uyğunlaşdırması barədə məlumatlar zaman-zaman mətbuatın gündəmində olub. Bu məsələ ilə bağlı bu dəfə də bir qədər oxşar, lakin təfərrüatlı məlumatlar əldə edə bilmişik. Qeyd edək ki, Müdafiə Nazirliyinin strukturlarında edilən son kadr dəyişiklikləri köhnə kolbasa istehsalçısı, sonradan DİN Daxili Qoşunlarında təchizat "işinə" baxan Rəhim İsgəndərova düşərli oldu.

Özünü müdafiə naziri Zakir Həsənovun yaxın adamı kimi qələmə verən bu adam daha yüksək vəzifəyə təyinat alacağı barədə yaxın çevrəsinə mesajlar verərkən yanılmırmış. Vaxtilə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Maddi-Texniki Təchizat İdarəsinin rəisi olmuş Rəhim İskəndərov Müdafiə Naziriyinin oxşar strukturuna transfer edildi.Nazirliyin Təchizat İdarəsinin rəhbəri vəzifəsinə gətirildikdən sonra rəvac verdiyi ilk "yeniliklər" tenderlərin ləğvi ilə bağlı oldu. Əslində isə tenderlərin keçirilməsi sadəcə formal xarakter daşımağa başladı. Burda əsas məqam Müdafiə Nazirliyinin strukturlarının ərzaq və ərzaq məhsulları ilə təminatında keyfiyyət faktorunun arxa plana keçirilməsində üzə çıxır. Digər tərəfdən, ərzaq və ərzaq məhsullarının, həmçinin xidmətlərin qiymətlərinin həddən artıq şişirdilmsi yolu ilə büdcə vəsaitlərinin silinməsinə yol açıldı. Müdafiə Nazirliyində yerini möhkəmləndirən Rəhim İsgəndərovun "yenilikləri" tək bununla məhdudlaşmır. Artıq hərbi hissələrdə mağazalar şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. Bundan əlavə orduda ərzaq təchizatı ilə məşğul olan geniş kommersiya şəbəkəsi formalaşmaqdadır. Bu amil mülki şəxslərin hərbi hissələrə giriş-çıxışının asanlaşması ilə müşayiət olunmaqdadır.Vaxtilə hərbçilərin yerinə yetirdiyi bir sıra funksiyalar kommersiyalaşdırılaraq Rəhim İsgəndərovun maraqlarına uyğunlaşdırıldı. İndi bu uyğunluğun "sertifikatını" əlində bayraq edən idarə rəisi bildiyini edir. Nəticədə Müdafiə Nazirliyinin hərbi hissələrindəki ticarət və iaşə müəssisələrində mənşəyi məlum olmayan mallar xırıd edilr. Burda bir məqamı da qeyd etmək yerinə düşər. Söhbət hərbi hissələrin mətbəxlərində yol açmağa müvəffəq olmuş mülki şəxslərdən gedir. Belə şəxslərin seçilib yerləşdirilməsində rol oynayan tanışlıq, ortaq biznes maraqları, regionçuluq kimi neqativlərin təhlükəsizlik baxımından diqqətlə araşdırılmaya ehtiyacı var. Düşünürük ki, hərbi hissələrdə əsgər və zabit personalının sağlamlığını təhlükə altında qoya biləcək bu kimi amillər tam nəzarətə götürülməlidir. Bəs idarə rəisinin maddi maraqlarına işləyən bu "yeniliklərdə" qazanan kimlərdir? Əlbəttə ki, işbazlar! Əldə etdiyimiz məlumata görə, vaxtilə Daxili Qoşunların qurumlarında "təcrübə" əldə etmiş bu işbazlar indi oxşar funksiyanı daha geniş şəbəkədə Müdafiə Nazirliyində yerinə yetirirlər.

Rəhim İsgəndərovun tərcümeyi-halında daha qabarıq nəzərə çarpan məqamlar onu kolbasa istehsalçısı kimi xarakterizə etməyə imkan verir. Belə ki, bu şəxsin hələ Daxili Qoşunlarda fəaliyyətindən çox-çox əvvəl "Ovçular ət və ət məhsulları" MMC-ni nəzarətində saxlaması barədə yetərli məlumatlar var. Maraqlıdır ki, Rəhim İsgəndərova məxsus şirkətin istehsal etdiyi kolbasa məhsullarının keyfiyyət problemi həmişə müvafiq orqanların gündəmində olub. Baxmayaraq ki, "Ovçular ət və ət məhsulları" MMC-də şirkətin buraxdığı kolbasa və sosislərin ən yüksək dövlət rəhbərliyində də bəyənildiyini yoxlama orqanlarına söyləməkdən yorulmurdular. Lakin sonradan məlum oldu ki, Rəhim İsgəndərovun kompaniyası sadəcə, dövlət adamlarının adından istifadə edirmiş. Keyfiyyət məsələsinə gəldikdə isə hər şey 2011-ci ilin fevral ayında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Ovçular ət və ət məhsulları" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlamalardan sonra üzə çıxdı. Yoxlama zamanı "Servelat halal", "Ovçular halal", "Həvəskar", "Hinduşka" kolbasalarının və "Moloçniye" sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, "Ruskaya", "Servelat", "Moskovskiy servelat", "Oxotniçaya", "Lyubitelskaya", "Doktorskaya", "Halal bərəkət", "Halal", "Domaşniy", "Halal ovçular" kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, "Domaşniy" və "Halal ovçular" kolbasalarının etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilmədiyi, habelə kolbasaların və sosiskaların üzərində yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan göstərildiyi müəyyən olundu. Maraqlıdır ki, müəssisənin anbarında saxlama müddəti ötmüş Almaniya istehsalı olan təhlükəli inqrident "Sorbat R" adlı qılaftəmizləyici maddə aşkar edilmişdi. Bütün bu pozuntularla bağlı qəbul edilən qərarda kolbasa və sosiska istehsalının dayandırılması, uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edilmiş 2,2 ton ət məhsullarının satışının qadağan edilməsi və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə saxlama müddəti ötmüş 6 kq qılaftəmizləyici maddənin məhv edilməsi barədə "Ovçular ət və ət məhsulları" MMC-yə icrası məcburi göstəriş verilmişdi. O vaxt məsələnin hüquq-müdafiə orqanlarında daha geniş araşdırılması üçün yetərli səbəblər də az deyildi. Çünki, laborator tədqiqatlarından sonra şirkətin istehsal etdiyi kolbasa məhsullarının tərkibində insan sağlamlığını təhlükədə qoyan xeyli miqdarda naməlum kimyəvi-bioloji birləşmələrin olduğu barədə məlumatlar vardı. Lakin məhz Rəhim İsgəndərovun səyləri nəticəsində bu "məsələ" yoluna qoyuldu.Təkcə bu fakt Rəhim İsgəndərovun kommersant və istehsalçı imicini yerlə yeksan edə biləcək bir rəy yaradır. Özünüz fikirləşin, indiki sərt rəqabət şəraitində əlinin altında saxta və keyfiyyətsiz məhsul istehsalçısı kimi tanınmış "Ovçular ət və ət məhsulları" MMC kimi bir kommersiya qurumu olan Rəhim İsgəndərov ordunun təchizatını əlində cəmləşdirmiş səlahiyyət sahibi olaraq xeyrini hansısa başqa şirkətə güzəştə gedərmi? Nəzər alın ki, təchizatın çoxsaylı şaxələri var ki, burda da saxta şirkətlər vasitəsilə külli miqdarda qazanc silinir. Sualın məntiqi cavabı hamıya aydındır. Aydın olmayan təkcə bir şey var: hərbi qulluqçularımızın sağlamlığına təhlükə yarada biləcək belə əməllər niyə müvafiq dövlət qurumlarının diqqətindən yayındırılır?

(Ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru