Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                 

“Nə halal evimizi, nə də verdiyimiz pulu geri ala bilirik...” - PROBLEM
Tarix: 2-12-2014, 13:23 | Çap et
“Nə halal evimizi, nə də verdiyimiz pulu geri ala bilirik...”
Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə hökmündə zərərçəkmiş kimi tanınmış Qasımova Gülşən İbrahim qızı şirkətin direktoru Elman Tağıyevin vəzifəsindən sui-istifadə edərək dələduzluq yolu ilə onun həyat yoldaşından 36 min manat pulu alaraq mənimsədiyini iddia edir. Zərərçəkənin bildirdiyinə görə, valideynlərilə birlikdə Ağdam şəhərinin işğalından sonra Bakı şəhərində məskunlaşıblar.
2004-cü ildə Qasımov Sənan İsmayıl oğlu ilə birgə nikaha daxil olan G.Qasımova 2004-cü ildən 2010-cu ilə qədər qayınanası ilə birlikdə yaşayıb. Mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə “Birlik İnşaat” MMC-nin direktoru ilə yeni tikdikləri binadan mənzil almaq barəsində razılığa gəliblər: Bundan sonra mənzilimizi sataraq 2010-cu il aprelin 28-də həyat yoldaşım Qasımov Sənan İsmayıl oğlu və onun İsmayıl adlı dostunun iştirakı ilə 36 min manat pulu “Birlik İnşaat” MMC-nin direktoruna verərək, aramızda “Birlik İnşaat” MMC-nin Bakı şəhəri, R.Məmmədov küçəsi 20 saylı ünvanda inşa etdiyi 15 mərtəbəli binanın birinci mərtəbəsində 86,7 kvadratmetr yaşayış sahəsi olan 7 saylı mənzilin bizə verilməsi barədə müqavilə bağlandı”.
İki azyaşlı övladından birinin ürək qüsurlu doğulduğunu və bu səbəbdən də müalicəyə ehtiyacı olduğunu bildirən G.Qasımovanın sözlərinə görə, mənzillərini satdıqdan sonra həyat yoldaşı Rusiyaya işləməyə gedib: “Mən isə iki azyaşlı uşağımla Bakının Nərimanov rayonundakı Əlyar Əliyev küçəsi, 26 A ünvanında yerləşən “Taxıl Məhsulları Kombinatı”nın “Tikinti Quraşdırma” İdarəsinin yataqxanasında məskunlaşan anamgilə köçərək bir otaqda 5 nəfərlə birlikdə yaşamağa məcbur olduq. Fikirləşirdik ki, müvəqqəti çətinlikdən sonra tezliklə təzə mənzilimizə köçəcəyik. Amma “Birlik İnşaat” MMC-nin direktoru rəsmi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək, onu kobud şəkildə pozdu. Hətta sonra məlum oldu ki, o, bizə satdığı mənzili daha iki şəxsə satıb. O gündən ailəmiz pərən-pərən düşüb”.
G.Qasımova qeyd etdi ki, “Birlik İnşaat” MMC-nin vəzifəli şəxsləri tərəfindən dələduzluq yolu ilə pulları mənimsənilən vətəndaşlar aidiyyəti dövlət qurumlarına şikayət ediblər. Nəticədə, 2012-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Həmin ilin oktyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Müəyyən edilib ki, cəmiyyətin təsisçisi və direktoru, baş mühasibi Roza Minaçaeva, həmçinin MMC-də qeyri-rəsmi işləmiş Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasında 210 mənzili və 1041 kvadratmetr qeyri-yaşayış sahəsini saxta müqavilələr tərtib etməklə 543 nəfərə təkrar sataraq əldə edilmiş 15 milyon 416 min 964 manat vəsaitin 4 milyon 780 min 593 manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 10 milyon 636 min 371 manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
Bundan başqa, “Birlik-İnşaat” MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra direktor 2006-2011-ci illərdə mənzil tikintisi ilə məşğul olarkən sadələşdirilmiş vergi ödəyicisi kimi 157 min 365 manat məbləğində vergiyə cəlb olunacaq dövriyyəni vergi bəyannamələrində göstərməməklə 6 min 294 manat sadələşdirilmiş vergini, həmçinin əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin 1 milyon 877 min 471 manatını bəyannamələrdə az göstərməklə 343 min 879 manat məbləğində vergini büdcəyə ödəməkdən yayınıb.
İstintaqın gedişində 456 nəfər zərərçəkmişlə tikintini davam etdirən “Birlik-İnşaat” MMC və “Həyan-E” MMC arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa edilib. Bundan başqa, digər 87 zərərçəkmişə vurulmuş zərərin ödənilməsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış 3 milyon 830 min manat məbləğində daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub.
İş üzrə təqsirləndirilən şəxslər qismində cəlb edilmiş direktor və Roza Minaçaevaya Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2-ci (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Soltan Məhərrəmov, Çingiz Əzimov və Eyvaz Fərəcova isə 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan ittihamlar elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən təsisçisi və direktoru Eyvaz Fərəcov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi 2014-cü il mayın 30-da başa çatıb.
Hökmə əsasən, Soltan Məhərrəmov, Eyvaz Fərəcov və Çingiz Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində həbs-qətimkan tədbiri seçilməyən direktor və Roza Minaçaeva barəsində də 14 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Məhkəmə zalında olan Roza Minaçaeva həbs edilib, E.Tağıyev isə məhkəməyə gəlmədiyi üçün həbs olunaraq təcridxanaya göndərilməsi barədə qərar qəbul edilib...
Amma onun barəsində seçilmiş həbs qəti-imkan tədbiri sonradan nə səbəbdənsə ev dustaqlığı ilə əvəzlənib. Təqsirləndirilən Eyvaz Fərəcov isə təcridxanada müəmmalı şəraitdə dünyasını dəyişib. İttiham aktından və məhkəmə prosesinin gedişatından da tam sübuta yetirilib ki, 543 nəfərin təxminən 95-96 faizi pullarını birbaşa direktora, 3-4 faizi baş mühasib işləmiş Roza Maniçayevaya, 1 faizi isə barəsində həbs qəti-imkan tədbiri seçilmiş üç nəfərə verib.
Hazırda anasıgildə darısqal, şəraitsiz bir otaqda ağır köçkün həyatı yaşadığını, ağır ürək qüsurlu övladının əziyyət çəkdiyini bir daha xatırladan G.Qasımova onların və digər vətəndaşların milyonlarını mənimsəyən tikinti şirkətinin vəzifəli şəxsləri haqqında çıxarılan və məhkəmələrdə dolaşan hökmün tezliklə icrasına başlanılacağını ümidlə gözləyir. G.Qasımovanın təqdim etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslər barədə çıxardığı hökmdə o, həqiqətən zərərçəkmiş kimi tanınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli (sədr hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Tamila Nəsrullayeva) hökmünə əsasən, zərərçəkmiş şəxs Qasımova Gülşən İbrahim qızı ifadələrində göstərib ki, o, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxslərdən Tağıyev Elman Həsənqulu oğlunu tanıyır: “Həyat yoldaşı Sənan Qasımov uzun illərdir ki, Rusiya Federasiyasında işləyir. Ara-sıra evlərinə gəlib-gedir. 2010-cu ilin aprel ayında Sənan Bakıya gəlib. Həmin vaxt onlar özlərinə mənzil almaq qərarına gəlib, həyat yoldaşı ilə birlikdə müxtəlif yerlərdən bu məsələ ilə maraqlanıblar. Sənanın dostu Xətai rayonu, Rahib Məmmədov küçəsi 20 ünvanında “Birlik-İnşaat” MMC tərəfindən tikilən binadan ucuz qiymətə ev satıldığını deyib. Bundan sonra o, Sənanla birlikdə həmin binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 86.7 kv.metr olan 7 saylı ikiotaqlı mənzilə baxıb, həmin mənzili almaq qərarına gəliblər. O, 28 aprel 2010-cu il tarixdə Sənan ilə birlikdə “Birlik-İnşaat” MMC-nin Xırdalan şəhərində, İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında yerləşən ofisində həmin şirkətin rəhbəri E.Tağıyevlə görüşüb bir kvadrat metri 415 manat olmaqla, 36 000 manat verib həmin mənzili alıb, bu barədə müqavilə bağlayıb, pulu birdəfəyə olmaqla tam şəkildə E.Tağıyevə ödəyiblər. Həmin vaxt təqsirləndirilən şəxs E.Tağıyev mənzillərini üç aydan sonra təhvil veriləcəyini deyib. Sənan da Rusiyaya qayıdıb. O da tez-tez gedib həmin binadakı tikinti işləri ilə maraqlanıb. 2011-ci ilin sentyabr ayında həyat yoldaşının dostu onlara zəng edib mənzil aldıqları binada evlərin eyni vaxtda bir neçə şəxsə satıldığını deyib. Bundan sonra o, aldığı mənzilin başqa şəxsə satalıb-satılmadığını öyrənmək üçün həmin binaya gedib. Orada bir neçə sakinin binanın qarşısında toplaşdığını görüb və onun aldığı mənzilin onunla birlikdə 4 nəfərə satıldığı məlum olub. Bundan sonra ona “Hasil” MMC-dən mənzil veriləcəyi vəd edilib, onunla bu barədə alğı-satqı müqaviləsi bağlanıb, lakin oradan da ona mənzil verilməyib. Ona 36 000 manat məbləğində zərər vurulub. O da həmin məbləğin təqsirləndiriln şəxslər tərəfindən ona ödənilməsini tələb edir”.
Hökmdə qeyd edilir ki, zərərçəkmiş şəxs Qasımova Gülşən İbrahim qızının “Hasil” MMC ilə mənzil alğı-satqı müqaviləsi bağlaması nəticəsində ona vurulmuş 56 000 manat məbləğində zərərin təqsirləndirilən şəxslərdən tutulub ona ödənilməsi barədə tələbi təmin edilsin.
Qeyd edim ki, bu il noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “Birlik-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) dələduzluqda təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında bəzi sənədlərin düzgün olmaması müəyyən edilib. Apellyasiya şikayətinin tam müəyyən edilməsi üçün iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bəzi sənədlərə qeydlər aparılandan sonra apellyasiya instansiyasında işə yenidən baxılacaq.
***
Onu da qeyd edim ki, “indi nə halal evimizi, nə də verdiyim pulu geri ala bilirik...”, - deyən G.Qasımova prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb. Son ümid yeri olaraq ölkə başçısından kömək istəyən G.Qasımova bu cür işlərin yalnız prezidentin müdaxiləsindən sonra ədalətlə həll oluna biləcəyini düşünür.
Salman Bağırov,
hüquqşünas
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru