Zığda vərəm epidemiyası ilə bağlı təhlükə... - FOTOLAR
Tarix: 19-11-2014, 14:08 | Çap et
 Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri şikayət edirlər.
Sakinlər musavat.com-a müraciət edərək bildiriblər ki, qəsəbənin yolları, kommunal durumu və marşrut sistemi bərbaddır. Bundan əlavə qəsəbədə hər an kütləvi şəkildə vərəm xəstəliyi yayıla bilər.
Məsələni daha dəqiq öyrənmək üçün Zığ qəsəbəsinə yollandıq. Öyrəndik ki, qəsəbəyə metronun Əhmədli stansiyasının yaxınlığından 44 nömrəli marşrut avtobusu gedir. 1 saat marşrut gözləsək də, istəyimizə çata bilmədik.
Çünki 1 saat ərzində marşrut avtobusu cəmisi 2 dəfə dayanacağa yaxınlaşdı. Və hər dəfəsində dayanmadı. Çünki avtobusda həddindən artıq çox sərnişin vardı. Bununla da sakinlərin marşrut problemlərini anlamış olduq.
Məcbur taksidən istifadə edərək qəsəbəyə yollandıq. Qəsəbədə bizi ilk olaraq çala-çuxurlu, gölməçəli yollar qarşıladı. Qəsəbənin bələdiyyə binasının önündə taksidən endik. Bələdiyyə binasına gedərək, sakinlərin problemlərinin nə zaman həll ediləcəyini öyrənmək istədik, amma bu fikrimizdən vaz keçdik.
Çünki bələdiyyə binasının önündə kanalizasiyadan axan suların sayəsində göl yaranmışdı. Bu yerdə bir atalar sözü tam yerinə düşər: “Keçəlin əli, yağlı olsa, ilk öz başına çəkər”.
Xülasə... Yolumuza davam etdik. Öyrəndik ki, qəsəbə iki hissəyə bölünüb. Sol tərəfdə yerli sakinlər, sağ tərəfdə isə əsasən Laçın və Cəbrayıldan olan qaçqınlar məskunlaşıb. Əsas şikayətçilər də, qaçqınlardır.
Sakinlərin sözlərinə görə, onların ən böyük problemi, qəsəbədə olan vərəm dispanseridir.
“Harada görülüb ki, camaatın evinin yanında vərəm dispanseri olsun? Dispanserdə ağır xəstələr var. Düşünün ki, eyni marketdən alış-veriş edirik. Eyni marşrutla yol gedirik. Belə olmaz, axı... Biz hər an kütləvi şəkildə vərəmə yoluxa bilərik.
Mənim 65 yaşım var. 1-ci qrup gözdən əliləm. Qaçqınam. Yaşayış tərzim də göz qabağındadır. Taxtadan bir daxma tikib, onun içində yaşayırıq. Ayda 207 manat pensiya alıram. O pul nəinki dolanmağıma, heç gözümün dərmanlarına çatmır. Neçə dəfə müraciət etmişəm. Hələ bir cavab verən yoxdur. Gözüm görmədiyi üçün ağacla yeriyirəm”. Bu sözləri şikayətçilərdən biri olan Məzahir Mehdiyev deyir.
Digər şikayətçi Məhərrəm Babaşov deyir ki, qəsəbənin kommunal problemləri hər kəsi bezdirib: “Zığ qəsəbəsi sahibsiz qalıb. Hər yerə müraciət etmişik. Baxan yoxdur. Yay aylarında suyumuz ümumiyyətlə, gəlmirdi. Bütün ağaclarımız qurudu. İndi də su problemi yaşayırıq. Son 4-5 gün ərzində su gəlməyə başlayıb. Pulla su gətirdirik. Hər dəfə də 20, 30, 40 manat civarında pul ödəyirik. Biz milyoner deyilik, axı... Milyoner olsaydıq, onlar kimi evimizə xüsusi su çəkdirərdik.
Qaz ya gəlmir, ya da həddindən artıq zəif gəlir. Bəzən qaz verilir, evdə xanımlarımız yemək bişirirlər. Birdən qazı kəsirlər. Sonra yenə qaz gəlməyə davam edir. Həmin anlarda evdə heç kim olmasa, ya fikir verməsək, yanğın, partlayış və dolayısı yolla ölümhalları ola bilər. Qaz idarəsinə dəfələrlə şikayət etmişik, heç bir faydası yoxdur. Deyirlər ki, bu evlər söküləcək. Ona görə də, belə problemlər var. Lap elə nə vaxtsa sökülsün. Amma faktiki olaraq, burada insanlar yaşayır, ya yox..? Biz ölməliyik?”
Sakinlər deyirlər ki, marşrut avtobusları gec-gec gəlirlər. Və ona görə də, avtobuslarda dəhşətli sıxlıq yaranır: “Buraya əsasən 44 nömrəli marşrut avtobusu işləyir. O da 25-30 dəqiqə intervalla hərəkət edir. Çünki məsafə uzundur, avtobusların sayı isə azdır. Avtobusların sayını artırsalar, belə problemlərlə qarşılaşmarıq”.
Sakinlərlə danışdığımız zaman onu da öyrəndik ki, bizi ilk qarşılayan və 1-ci qrup gözdən əlil olan 65 yaşlı Məzahir kişinin gözəl səsi varmış. Əvvəllər bir müddət xanəndəlik də edən Məzahir kişi gözlərinin işığı çəkildikdən sonra bu sənətə davam etməyib: “Gözlərim işıqsız qaldıqdan sonra divarlar, bir də nəvələrimin mənim üçün çəkdikləri ip mənim göz əvəzimdir. Dəyənəyimi onlara vura-vura gəzirəm. Mən Laçın qaçqınıyam. Torpağımdan uzaqda qalmaq mənim üçün ağırdır. Həm də bu yaşda... Üstəlik gözlərimin görməməyi, kiməsə möhtac olmağım, mənim üçün asan deyil”.
Məzahir kişidən xahiş etdik ki, bizim üçün bir balaca ifa etsin. O da xahişimizi yerə salmadı və kiçik bir muğam ifa etdi. İfa edərkən dediyi sözlərdə isə çox mənalar tapmaq olardı. Bir cümləsi isə belə idi: “Qocalıb, cavanlara möhtac olan canım...”
     


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya Aİ-nin sanksiyalarını ələ saldı: - Bu havada nəfəs almağı da qadağan edin
Bu gün, 18:11 |
|
|
|
| • Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan yaxşı təqdim edir - NAZİR
Bu gün, 17:56 |
|
|
|
| • Nazir Olimpiya Kompleksinin direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 17:48 |
|
|
|
| • “Türkmənistan prezidenti məni doğum gününə dəvət etdi, dünya ulduzları ilə səhnə aldım”
Bu gün, 17:39 |
|
|
|
| • Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Bu gün, 17:33 |
|
|
|
| • “Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
Bu gün, 17:25 |
|
|
|
| • “Həyat yoldaşımı oyadaraq hadisə barədə danışdım, anam və uşaqları evdən çıxartdım” - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
| • Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
Bu gün, 17:15 |
|
|
|
| • "İndi deyəcəklər ki, bu qədər şikayətçisənsə, niyə dəyişmirsən?" - GİLEY
Bu gün, 17:11 |
|
|
|
| • Ermənilərin Başkənd iddiası - Anklav kəndlər nə vaxt qaytarılacaq...
Bu gün, 17:06 |
|
|
|
| • "Abonentlər də işləyir... bunu anlamaq çətindirmi?" - GİLEY
Bu gün, 17:02 |
|
|
|
| • Azərbaycanda psixi xəstəliklər sürətlə artır - Psixoloqdan AÇIQLAMA
Bu gün, 16:55 |
|
|
|
| • Türkiyə partiyası Paşinyanı təbrik etdi
Bu gün, 16:53 |
|
|
|
| • “Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər? - NƏ BAŞ VERİR?
Bu gün, 16:49 |
|
|
|
| • Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 16:45 |
|
|
|
| • Çarukyan İstintaq Komitəsində dindirildi - KİV
Bu gün, 16:44 |
|
|
|
| • Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - SİYAHI
Bu gün, 16:41 |
|
|
|
| • Bakıda FACİƏ: - 19 yaşlı oğlan 9-cu mərtəbədən yıxılıb ÖLDÜ
Bu gün, 16:37 |
|
|
|
| • Əli Kərimlinin həbs müddəti uzadıldı - 5 ay
Bu gün, 16:35 |
|
|
|
| • İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
Bu gün, 16:31 |
|
|
|
| • Fındıq şirkəti “Aznuts” MMC kapitalını yarıbayarı azaltdı
Bu gün, 15:40 |
|
|
|
| • "Rabitəbank"da YENİ TƏYİNAT! - BUNDAN SONRA...
Bu gün, 15:37 |
|
|
|
| • Gürcüstan Avropa yolunda dinamikanı tam itirir - ŞƏRH
Bu gün, 15:34 |
|
|
|
| • “Turbo.az”ın sahibi İngiltərə futbol klubundakı payını azaldıb - “Forbes”
Bu gün, 15:32 |
|
|
|
| • Bakıda qətl və xuliqanlıqda təqsirləndirilənlərə HÖKM oxundu
Bu gün, 15:26 |
|
|
|
| • Rusiyadan Ermənistandakı seçki ilə bağlı müəmma: - Paşinyan təşvişə düşdü
Bu gün, 15:23 |
|
|
|
| • Tramp xəbərdarlıq edib: - İran ABŞ-la danışıqları uzatdığına görə "bədəl ödəyəcək"
Bu gün, 15:20 |
|
|
|
| • Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • "Bəzən insan elə bilir ki, hər şey bitib"
Bu gün, 15:17 |
|
|
|
| • Eynulla Fətullayev Bakıdakı restoranını da satıb - Təsdiqlədi
Bu gün, 15:16 |
|
|
|
| • Lavrov Ermənistanın KTMT və Aİİ üzvlüyündən danışıb - Təcili həll olunmalıdır
Bu gün, 15:12 |
|
|
|
| • Cərimə var, cəza var, amma nəticə niyə yoxdur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55 |
|
|
|
| • Xərçəngin peyvəndi gəlir: - RAZILIQ VERİLDİ
Bu gün, 12:48 |
|
|
|
| • Bakıya və Zəngəzur dəhlizinə həmlə - ABŞ nəşri “CNN”-ni ifşa etdi
Bu gün, 12:43 |
|
|
|
| • Yarım milyon manat vergi borcu olan klinika başqa ad altında fəaliyyətə başlayıb? - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
| • Pakistan Əfqanıstana hücum etdi – Ölənlər var
Bu gün, 12:31 |
|
|
|
| • Ermənistan bir neçə həftəyə yeni Konstitusiyasını təqdim edəcək
Bu gün, 12:26 |
|
|
|
| • Rövşən Mehdiyevin rəhbərliyi altında KORRUPSİYA FAKTLARI... - Şərafət Əsədullayev qanunları tapdayır, möhürünü də Xəqani Nurəliyev VURUR!
Bu gün, 12:19 |
|
|
|
| • Paşinyandan əvvəl onlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar - Alxas Qazaryan
Bu gün, 12:03 |
|
|
|
| • Qadın onu evə gec gəldiyinə görə döyən sevgilisini məhkəmədə bağışladı
Bu gün, 12:00 |
|
|
|
| • Siqaret qiymətlərinin artması nə ilə bağlıdır? - AÇIQLAMA
Bu gün, 11:59 |
|
|
|
| • Azərbaycanın milyonluq şirkətlərindən olan “Star Park”ın Müşahidə Şurasının SƏDRİ VƏ ÜZVLƏRİ DƏYİŞİR
Bu gün, 11:57 |
|
|
|
| • Uşaqlarını öldürən anadan sensasion açıqlamalar - “Birini dolanışığa, digərini qız olduğuna görə...”
Bu gün, 11:55 |
|
|
|
| • Moskvanın HƏDƏLƏRİ bitmir – “MDB ölkələri bizə...”
Bu gün, 11:47 |
|
|
|
| • “Məqsədimiz heyvandarlıq təsərrüfatının fəaliyyətini araşdırmaqdır” - Tahir Məmmədov
Bu gün, 11:32 |
|
|
|
| • "Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır" – ŞOK İDDİA
Bu gün, 11:29 |
|
|
|
| • Tofiq İsmayılovun oğlu yenidən məhkəmə qarşısında - BUNA GÖRƏ...
Bu gün, 11:27 |
|
|
|
| • 18 ildir axtarışda olan azərbaycanlı “qanuni oğru” saxlanıldı
Bu gün, 11:27 |
|
|
|
| • "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
|