Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                 

Mərhum dövlət katibinin xanımı İlham Əliyevdən yardım istəyir
Tarix: 14-10-2014, 11:51 | Çap et
 Mərhum dövlət katibinin xanımı İlham Əliyevdən yardım istəyir
Dünya şöhrətli mərhum akademik Tofiq İsmayılovun xanımı Lalə İsmayılova iddia edir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin rəhbəri Akim Bədəlov həyat yoldaşının elmi nailiyyətlərini və təsis etdiyi "Xəzər" Elmi və Texnoloji Mərkəzinin təsisçiliyini mənimsəyib
1991-ci ilin noyabr ayının 20-də Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak olan dünya şöhrətli akademik, sabiq dövlət katibi Tofiq İsmayılovun ailəsi üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə istiqlal.az saytına mərhum akademikin xanımı Lalə İsmayılova məlumat verib və konkret sənədlər təqdim edib.
Lalə İsmayılova deyir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov və onun qohumları tərəfindən haqsızlığa məruz qalıb/

Mərhum akademiklə Akim Bədəlovun tanışlığı

Lalə İsmayılovanın sözlərinə görə, mərhum akademik Tofiq İsmayılov 1973-cü ildə "Xəzər" Elmi Mərkəzini yaradaraq praktiki kosmonavtika üzrə geniş elmi və eksperimental işlərə başlayıb. Bu görülən işlərin nəticəsi olaraq bilavasitə mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında "Xəzər" Elmi Mərkəzinin bazasında keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılır, 1982-ci ildə isə keçmiş Sovetlər İttifaqında yeganə olan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin yaradılmasına nail olunur və Tofiq İsmayılov orada baş konstruktor və baş direktor vəzifəsində çalışır.

Akim Bədəlovun akademiklə tanışlığı uzun illər bundan əvvələ təsadüf edir. Belə ki 1980-ci ilin oktyabr ayında Bakıda Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna işə qəbul olunan Akim Bədəlov həmin ilin dekabr ayında Tofiq İsmayılov tərəfindən Moskvaya SSSR-i EA-nın Okeanologiya institutuna iki il müddətinə stajçı göndərilir. Tofiq müəllimin himayəsi ilə 1982-1986-cı il müddətdə orada aspiranturanı bitirərək elmi dərəcə alır. 1986-cı ildə Bakıya dönərək Kosmik EİB-nə elmi işçi vəzifəsinə təyin edilir.

13 mart 1987-ci il tarixdə Moskvada “Vahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması” barədə qərar çıxır. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində gənclərin elmi texniki yaradıcılıq Mərkəzlərinin yaradılması keçmiş Sovetlər İttifaqı miqyasında geniş şəkildə həyata keçirilir. Bütün proqressiv yeniliklərə həssas olan Tofiq İsmayılov 1989-cı ildə keçmiş Kirov rayonu Komsomol komitəsi nəzdində 1973-cü ildə olduğu kimi “Xəzər” Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu, 12-ci Aşırım küçəsi 68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur. Həmən ilin may ayında Akim Bədəlov “Xəzər”ə direktor seçilir.
Bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən Kosmik EİB-nin hesabından bağlanmış müxtəlif müqavilələr üzrə “Xəzər”in hesabına külli miqdarda vəsaitlər köçürülür, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınır, Tofiq İsmayılovun rəhbərliyi ilə alternativ energetika və digər sahələr üzrə elmi və eksperimental layihələr həyata keçirilir. "Xəzər"də işlərin yerinə yetirilməsinə bir çox aktiv gənclər və elmi işçilər cəlb olunmuşdur və onlara burada qanuni yolla yüksək qazanclar əldə etmək imkanı yaradılmışdır. 1990-cı ildə Mərkəzlər üçün nəzərdə tutulan vergi güzəştləri ləğv edilir. Bununla əlaqədar 1991-ci ilin martında “Xəzər”in Kirov rayon Komsomol komitəsi nəzdindən çıxaraq müstəqil şəkildə fəaliyyətinə qərar verilir. T. İsmayılov kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”ə əsas payçı kimi qızı Səbinə İsmayılovanı təyin edir. Akim Bədəlov yenidən direktor vəzifəsinə seçilir.


Tofiq İsmayılovun vəfatından sonra “Xəzər”in hesabında külli miqdarda pul vəsaitləri, çox qiymətli qurğu və avadanlıqları, tikili və torpaq sahəsi olub. “Xəzər”in bütün sonrakı fəaliyyəti mərhum Tofiq İsmayılovun qurub qoyduğu hesabına yaradılıb. Akim Bədəlov bu dövr ərzində akademikin ailəsinə fasilələrlə də olsa ödənişlər edib. Akim Bədəlov o zaman akademikin qızı Səbinə İsmayılovanın "Xəzər"də payı olmasını inkar etmirdi. İsmayılovlar ailəsi də öz növbəsində Akim Bədəlova etibar edib.

Akim Bədəlov “Xəzər”i necə ələ keçirib?


Lalə İsmayılova bildirir k, heç vaxt Akim Bədəlovdan “Xəzər”ə dair hər hansı sənəd tələb etməyiblər: “Biz heç bir zaman A. Bədəlovdan "Xəzər"ə dair hər-hansı bir sənəd tələb etməmişik. "Xəzər"in iri tikinti işlərinin apardığını bilsək də, ailəmiz heç təsəvvürünə belə gətirə bilməzdi ki bugünkü nailiyyətləri ilə mərhum Tofiq İsmayılova borclu olan və bunu həmişə dilə gətirən A. Bədəlov mərhumun ailəsinə qarşı bu böyüklükdə bir cinayət və xəyanət edər. 2013-ci ilin fevral ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə sədr vəzifəsinə təyin olunandan sonra Akim Bədəlov deyilən sözlər və verilən vədlərin əksinə olaraq bildirir ki Tofiq İsmayılovun “Xəzər”in yaradılmasında heç bir rolu olmayıb və edilən ödənişlər mərhumun xatirinə görə edilirdi. Bundan sonra vəkillərimiz vasitəsi ilə araşdırmalarımıza başladıq və “Xəzər”in saxtakarlıq yolu ilə mənimsənilməsi faktını aşkar etdik

. Belə ki, 1995-ci ildə qanunvericiliyə müvafiq olaraq müəssisələrin Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçmək öhdəliyi yaranır. 29.08.1995-ci il tarixdə “Xəzər”in təsisçiliyi ilə əlaqədar ortalığa bir müəmmalı sənəd çıxır. Akim Bədəlov və üç nəfər qohumu “Xəzər”ə dair təsis müqaviləsi bağlayır, müqaviləni bağlayanlar təsisçi elan edilir və müqavilə üzərinə Bakı şəhəri 34 saylı notariat kontorunun təsdiq ştampı vurulur. Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən əldə etdiyimiz sənədlərə əsasən müəyyən edildi ki, 34 saylı notariat kontorunun təsdiq ştampında göstərilən əməliyyat saxta müqavilə iştirakçılarından biri olan R. Vəliyevin imza nümunəsinin düzgünlüyünün təsdiq edilməsidir. Hüquqi cəhətdən heç bir qüvvəsi olmayan bu müqavilə “Xəzər”in 1991-ci ildə qəbul edilmiş nizamnaməsinə tam ziddir və Mərkəzin artıq 1991-ci ildə mövcud olan qanuni sahiblərinin hüquqlarının mənimsənilməsi deməkdir. Lakin saxta təsis müqaviləsi və 1995-ci ildə qəbul edilmiş qanunsuz nizamnamə əsasında 25. 09. 1995-c il tarixdə “Xəzər” Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək qeydiyyat şəhadətnaməsi alır. Həmçinin 2004, 2009, 2010-cı illərdə “Xəzər”in təsisçiliyinin və hüquqi ünvanının dəyişdirilməsi ilə əlaqədar saxtakarlıqların davam etdirilməsi barədə sənədlərin əldə edilməsinə tərəfimizdən nail olundu. Hal-hazırda "Xəzər"in təsisçiləri kimi Akim Bədəlovun arvadı, oğlu və bacısı oğlunun adları keçir”.

Mərhumun elmi işləri də mənimsənilib

Lalə İsmayılovanın sözlərinə görə, Akim Bədəlov nəinki mərhum Tofiq İsmayılovun ailəsinə miras qoyduğu müəssisəni, həmçinin mərhumun günəş energetikası üzrə elmi işlərini də mənimsəyib. O bildirir ki, bu gün Akim Bədəlov ölkə rəhbərliyinə öz nailiyyəti kimi təqdim etdiyi günəş panelləri mərhum yoldaşımın elmi işləridir. Qobustanda alternativ enerji stansiyasının tikintisi mərhum yoldaşımın proyektidir və bunu o zamanlar Kosmik EİB-də işləyənlər bilir:
“Cinayət və saxtakarlıqları subuta yetirən bütün sənədləri təqdim etdiyimizə baxmayaraq, Ali Məhkəmənin sədri Ramiz Rzayev qudası Akim Bədəlovun cinayətlərini ört-basdır etmək üçün vəzifəsindən sui-istifadə edərək, məhkəməyə təzyiq göstərir. Ailəmiz Nəsimi rayon Məhkəməsinin ədalətsiz qərarından apellyasiya şikayəti verib. R. Rzayevə dəfələrlə müraciət edərək məni qəbul etməsini və Akim Bədəlovun cinayətini sübuta yetirən sənədləri ona şəxsən təqdim etməyimi istəmişəm. Lakin o, mənimlə görüşməkdən boyun qaçırıb. Bu müraciətdə Ramiz Rzayevin bir daha yadına salmaq istəyirəm ki, ölkə başçımız tərəfindən ona tapşırılan vəzifə qanunun aliliyinin qorunmasını tələb edir. Ailəmizi başsız görüb bizlərə qarşı basqılarınıza son qoyun.


Tam əminəm ki Tofiq İsmayılov sağ olsaydı, Ramiz Rzayevin və onun qudası olan Akim Bədəlovun bu özbaşınalıqları etməyə curətləri çatmazdır. Müraciətin sonunda bildirirəm ki, Akim Bədəlovun və onun qohumlarının "Xəzər"lə əlaqədar saxtakarlıqları subuta yetirən sənədləri və yaxud sənədlərin elektron variantını təqdim etməyə hazıram və onları bu yaxınlarda ölkə Prezidenti cənab İlham Əliyevə müraciətimlə birlikdə Prezident Administrasiyasına göndərdim. Mən, Azərbaycan Respublikasının bir vətəndaşı olaraq, ümid edirəm ki, ölkə başçısının bu məsələyə müdaxiləsindən sonra, zor və güc prinsipi ilə hərəkət edən bəzi insanların bu özbaşına hərəkətlərinə son qoyulacaq”.
Məsələ ilə bağlı Akim Bədəlovun mövqeyini öyrənmək istəsək də o danışmaqdan imtina etdi – daha doörusu, telefonu açmadı və ona ünvanladığımız mesaja da cavab vermədi.

Tofiq İsmayılov

1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdu. Moskva Qırmızı Əmək Bayraqlı Elektrotexniki Rabitə İnstitutunu və eləcə də aspiranturanı bitirib.
1964-cü ildə Bakı şəhərinə qayıtdıqdan sonra müəssisələrdən birinə aparıcı mühəndis vəzifəsinə göndərildi. 2 ildən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbayca Texniki Universiteti) pedaqoji fəaliyyətə başlayaraq elektronika kafedrasının dosenti oldu.
1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışdı. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, "Xəzər" Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır. 1969-cu ildə o, müvəffəqiyyətlə elmlər namizədliyi, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T.İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.
1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının dövlət katibi postunu tutan Tofiq İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak oldu.

Akim Bədəlov

1956-cı ildə Naxçıvan səhərində anadan olub. Fizika və riyaziyyat (Geofizika) üzrə fəlsəfə doktorudur. A.Bədəlov Xəzər dənizinin Riyazi Hidro-dinamik Modelinin müəllifidir. O, hidrodinamika, okeanoqrafiya, geofizika və riyaziyyat üzrə iki kitabın və 20-dən yuxarı elmi məqalələrin müəllifidir. Moskva Elmlər Akademiyasının Okeanologiya və Okeanoqrafiya İnstitutunda və sonra isə Azərbaycan Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda işləyib. 20 il ərzində "Xəzər" (Kaspi) Elmi və Texnoloji Mərkəzin direktoru və sonra isə Direktorlar Şurasının sədri vəzifəsində çalışıb. Azərbaycan prezidenti İlham Əliyevin 1 iyun 2002-ci il tarixli fərmanı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılıb və A.Bədəlov rəhbər təyin edilib.

İstiqlal.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru