London Bakıdan İrana baxır…
Tarix: 14-07-2014, 14:57 | Çap et
 Ötən həftə Böyük Britaniyanın energetika naziri Maykl Fallon Azərbaycana səfər edərək prezident İlham Əliyevlə görüşdü. Böyük Britaniyanın energetika nazirləri Azərbaycana tez-tez səfər edirlər. Bu da onunla bağlıdır ki, Azərbaycanın 20 ildəki ən böyük tərəfdaşı Böyük Britaniyanın nəhəng bp şirkətidir. İngiltərə hökuməti bu şirkətinin maraqlarını qorumaqla faktiki özünün Cənubi Qafqaz, Mərkəzi Asiya və ümumilikdə Avrasiyadakı maraqlarını qorumuş olur. Bunu Mayk Fallonun Bakıda verdiyi açıqlamalardan da hiss etmək olardı.
Maykl Fallonun Bakıdakı açıqlamalarından ən diqqətçəkənləri bunlar idi:
- Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Bu, enerji təhlükəsizliyi üçün də vacibdir;
- Böyük Britaniya həm Transxəzər qaz kəməri, həm də TANAP və TAP layihələrinin gerçəkləşməsi istiqamətində Azərbaycanı dəstəkləyir. TANAP və TAP layihələrinin lideri Azərbaycandır, Avropa Birliyi, Böyük Britaniya Azərbaycanı bu istiqamətdə dəstəkləyir;
- Böyük Britaniya İranla münasibətləri inkişaf etdirmək niyyətindədir. Azərbaycanın da İranla əlaqələrinin möhkəmlənməsini, yaxşı olmasını istəyirik. Böyük Britaniya Avropanın neft-qaz təchizatında həm Azərbaycanı, həm də İranı aktiv mövqedə görmək istəyir.
Bakı qərbli rəsmilərin və diplomatların Azərbaycanın ərazi bütövlüyü haqqındakı istənilən açıqlamasını müsbət qarşılayır. Bəziləri Ermənistanın maraqlarına toxunmasın deyə Azərbaycanın ərazi bütövlüyü haqqında açıqlama verməkdən yayınır, ya da ümumi ifadələr işlədirlər. Ancaq London Cənubi Qafqaz bölgəsində məhz Azərbaycanla əməkdaşlığa önəm verdiyindən və Minsk qrupu həmsədrliyində təmsil olunmadığından Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının siyasətini dəstəkləməyə hazırdır.
Böyük Britaniyanın energetika nazirinin Transxəzər qaz kəməri ilə bağlı verdiyi açıqlama isə ondan xəbər verir ki, London Türkmənistanın Azərbaycan və Türkiyə üzərindən Avropaya qaz daşıması mövzusunu aktuallaşdırmaq istəyir. Çünki Türkmənistan olmadan TAP və TANAP layihələri Avropa Birliyi üçün çox da cazibədar olmayacaq və Avropanın Rusiyanın qaz ixracatından asılılığı davam edəcək.
Ancaq Türkmənistanın TAP və TANAP layihələrinə qoşulması və Transxəzər boru xəttinin tikintisi yalnız Bakının, Ankaranın və Londonun dəstəyindən asılı deyil. Bu məsələnin həllində ümumilikdə Avropa Birliyi və ABŞ fəallıqlarını artırmalı, Aşqabadla danışıqlara start verməlidirlər.
Və nəhayət, Maykl Fallonun Bakıda söylədiyi sensasiyalı açıqlama İranla bağlıdır. Fallonun sözlərindən aydın olur ki, London İranın neft və qaz yataqlarına maraq göstərir və istəyir ki, nüvə məsələsi tez həll olunsun ki, İran Azərbaycan və Türkiyə ilə birgə regional enerji layihələrində iştirak etsin. İndiyə qədər qərbli rəsmilər İranın Avrasiyanın enerji layihələrinə qoşulması perspektivi ilə bağlı konkret fikir söyləmirdilər. İndi isə anlaşılır ki, neft-qaz təchizatı məsələsində İranla əməkdaşlıq London üçün strateji əhəmiyyət kəsib edir. O da anlaşılır ki, bu məsələdə London Azərbaycana böyük əhəmiyyət verir. Çünki məhz Azərbaycan üzərindən İranla enerji əməkdaşlığı formalaşdırmaq mümkündür. Ona görə də Maykl Fallon deyir ki, Azərbaycanla İran arasındakı əlaqələrin yaxşı olmasını istəyir. Bu mənada bir neçə ay öncə Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri və İran rəsmiləri ilə apardığı danışıqlar da Londonun maraqlarına cavab verir.
Beləliklə, London Azərbaycan-İran münasibətlərinin inkişafını və bu yolla iki ölkə arasındakı enerji əməkdaşlığının perspektivini müsbət qiymətləndirir. Bu, Londona imkan verəcək ki, bp şirkəti gələcəkdə Bakı üzərindən Tehrana da “desant” çıxara bilsin.
“Atlas” Araşdırmalar Mərkəzi


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21 |
|
|
|
|