AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Ağcabədinin icra başçısının "qara dosyası"...
Tarix: 5-07-2014, 16:54 | Çap et
Ağcabədinin icra başçısının "qara dosyası"...
Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov rayonda sözün əsil mənasında fironluq edir. Bu barədə “Paralel” qəzeti məlumat verib. Qəzetin yazdığına görə, sahibkarlıqla, xüsusilə də orta və iri bizneslə məşğul olmaq istəyənlərə imkan verilmir. Onlarla ortaq olmaq üçün Şahin Məmmədov yüz yola əl atır. Narazı olanlara qarşı özünün ənənəvi metodundan istifadə edir. Onun iş adamlarına, sahibkarlara qarşı dələduzluq edib, əllərindən küllü miqdarda pul alması ilə əlaqədar faktlar var. O, gəlir gətirə biləcək hər yerə əl atmaqla özünün acgöz simasını qabarıq şəkildə göstərir.

Rayon ərazisində olan boruları öz yaxınlarının vasitəsilə çıxartdırıb satdırmaqla küllü miqdarda vəsait əldə edən icra başçısı Şahin Məmmədov, həm də özünə ləqəb qazanıb. Rayonda ona “metallom Şahin” deyirlər. O, özünün var-dövlət toplamağa olan hərisliyi ilə Ağcabədi camaatını hətta içməli suya belə möhtac qoyub. Şahin Məmmədov su borularını çıxartdırıb satdırmaqla və su xəttini suvarma kanalına qoşdurmaqla əhalini təhlükəli sudan istifadə etmək məcburiyyətində qoyub. Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmməmdovun dövlət əmlakını mənimsəməsi və dələduzluqla əlaqədar çoxlu faktlar var. (Paralel)

18 km-lik borudan əldən edilən gəlir

Sən demə, Şahin Məmmədov Qarqar çayından rayonun mərkəzinə axan suyun borularını çıxarmağı əmr verib. Məlumatı verən şəxsin sözlərinə görə, uzunluğu 18 km olan borunun böyük bir hissəsi satılıb. Yalnız kiçik hissəsi qalıb ki, onları çıxarıb sata bilmir. Həmin az hissəni sata bilməməsinin nədəni rayon sakinləridir. Kimlərdəsə sual yarana bilər. Icra başçısı niyə boru alverinə girişib? Məgər rayonda qazanmağa başqa gəlirli sahə yoxdur? Təbii ki, hər bir rayona olduğu kimi, Ağcabədiyə də dövlət büdcəsindən hər il milyonlarla pul ayrılır. Ancaq boru məsələsini unutmaq, ya da fikir verməmək mümkün olmayan bir şeydir.

Belə ki, Qarqardan Ağcabədinin mərkəzinə kimi uzanan 18 km-lik borunun 15 km-ə qədəri çuqundan ibarətdir. Qısa hesablama aparsaq, icra başçısını bəlkə də anlamaq olar. 1 çuqun borunun uzunluğu 4,20 metr, çəkisi 534 kq-dır. Yəni, bir kilometrə 250 çuqun boru düşür. Bu rəqəmi də 15-dəfə yüksəldəndə 3750 ədəd çuqun boru edir. 15 km-lik çuqun borunun ümumi çəkisini tapmaq üçün isə sonuncu rəqəmi bir borunun çəkisinə, yəni 534 kq-a vuranda 2 002 500 kq – 2002.5 ton edir. 1 ton çuqunun qiyməti ən aşağı hesabla götürsək, 165 dollardır. Bunun cəmi isə 330330 dollara gəlib çıxır.

Deməli, Şahin Məmmədov “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” prinsipini işə salaraq oturduğu yerdə 300 min dollardan artıq pul əldə edir. Hələ biz alınan qiymətin üstünə yerdə qalan 3 km-lik borunun (bu hissəsi dəmirdir – Azadlıq) məbləğini gəlmirik. Bunu da qeyd etsək, ortaya fantastik rəqəm çıxacaq. Insaf naminə danışmaq lazımdır ki, icra başçısı bu məbləği əldə etmək üçün çoxlu işlər görməli olub. Bir rayona ağalıq edən Şahin müəllimin bu qədər pulu əldə etmək üçün hansı əziyyətlərə qatlaşdığını da araşdırıb üzə çıxardıq.

Deputatın qardaşına 1500 dollar

Şahin Məmmədov bu işləri görmək üçün dostunun oğlu Nazim adlı şəxslə əlaqəyə girib. Işin icraçısı isə icra başçısının sürücüsüdür. Yəni, cənab Məmmədovun lazımi yerlərə tapşırıqlarını o, verir. Və beləcə başlayıblar bir-bir çuqun və dəmir boruları çıxartmağa. Arada bir neçə dəfə problemlə üzləşiblər. Əksəriyyətindən qalib kimi ayrılan icra başçısı bir-iki yerdə məğlub duruma düşüb. Məğlub olduğu şəxslərdən biri də rayondan deputat seçilən Tahir Rzayevin qardaşı Fəxrəddin Rzayevdir. Icra başçısı deputatın qardaşının ərazisinə düşən çuqun boruları çıxartmaq üçün ona 1500 dollar ödəməli olub. Yalnız bu addımdan sonra Məmmədov istəyinə çatıb. Ancaq elə ailələr olub ki, ümumiyyətlə, həyətinin qazılmasına izn verməyib. Çünki icra başçısı həyətini xarabaya döndərəcəyi evin sahibinə pul təklif etməyib. Üstəlik, evinə də ziyan dəyəcəyi təqdirdə heç bir maddi yardım etməmək eşqinə düşüb. Bunu da vaxtında duyan şəxslər Şahin Məmmədovun adamlarını əliboş yola salmağa məcbur olublar. Kimsəsiz, arxasız olanlar isə səslərini çıxarmayıblar. Adının çəkilməsini istəməyən rayon sakini deyir ki, elə ailələr olub ki, icra başçısı onların bir hektar torpaq sahəsini qazdırıb, çuqunları çıxardıb. Həmin şəxslərə böyük məbləğdə ziyan dəyib. Ancaq bircə manat belə, ödənilməyib.

Rayonun Xocavənd kəndində Qarabağ kanalının üstündə olan dəmir borunu bu günə qədər də çıxarda bilməyiblər. Belə ki, borunun düşdüyü ərazi Qarabağ veteranına məxsusdur. Icra başçısı adamlarını onun yanına göndərsə də, heç nəyə nail ola bilməyib. Üstəlik, müharibə əlilinə pul da təklif olunub, ancaq yenə də razılaşmayıb. Yalnız bunu deyib: “Icra başçısı qanuni sənədləri təqdim etsin. Bundan sonra boruları pulsuz çıxarda bilər”. Qarabağ kanalının üstündə olan borunun uzunluğu 48 m-dir. Sadəcə diametri böyük olduğundan və borunun içərisindən başqa biri keçdiyi üçün Şahin Məmmədov bu işdə də çox maraqlıdır. Ancaq…

Qazıntı meydançanı da it gününə salıb

Icra başçısı boruları çıxartmaq üçün başqa rayonlardan texnika gətizdirib.Гї Bərdəyə, Sabirabada müraciət etməyin səbəbi isə Ağcabədidə heç bir texnika sahibinin bu işə qol qoymaması olub. Ona görə yox ki, haqsızlığa etiraz edirlər, ona görə ki, icra başçısının adamları işlətdiyi şəxslərin pulunu ödəmirlər.

Borular bir metrlikdən tutmuş beş-altı metr dərinliyə qədər qazılıb, çıxarılır. Qazıntının ən çətin yeri Xocavənd kəndindədir. Əvvəla həmin ərazidə torpaqları 6 metr dərinlikdə qazmaq gərək olur. Ikincisi də, sözügedən ünvana getmək üçün Qarqar çayını adlamalısan. O ünvana baş çəkənlər bilir ki, çayı adlamaq üçün hansı çətinliklərlə üzləşirsən. Bizi aparan maşın çayın bu tayından o tayına adlamaq üçün bir neçə saat mübarizə aparmalı olsa da, cəhdi nəticəsiz qaldı. Sonda çarəsiz qalıb pay-piyada çayı adlayıb boruların qazıldığı məkana getdik. Yolboyu qarşımıza çıxan çobanlardan qazıntının aparılması səbəbiylə maraqlandıq. Hamı da bir ağızdan eyni sözü dedi – icra başçısının tapşırığı var ki, su boruları çıxarılmalıdır!!!

Boru Xocavənd orta məktəbinin idman meydançasından da keçdiyinə görə dağıdılıb. Hazırda meydança istifadəyə yararsızdır. Bu işdə ona təhsil şöbəsinin müdiri Mehdi Əhmədov da kömək edib.

Alüminium hasarlar da “yox”a çıxıb

Şahin Məmmədov imkanlarından istifadə edərək bütün boruları çıxartmağa çalışır. Kimisinə hədə-qorxu gəlir, kimisinə şirnikləndirici vədlər verir, kimisinə ümumiyyətlə, bata bilmir. “Mübarizə” aparıb qalib gələ bilmədiyi şəxslərlə çalışır ki, çox səs-küy yaratmasın. Bunu bizə danışan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı “yuxarı”larla məsləhətləşməyib. Ona görə də, çalışır ki, o qədər də ajiotaj yaratmasın. Gözdən pərdə asmaq üçün icra başçısı “Azərsu”nun keçmiş sədri Nizaməddin Rzayevlə danışığa gedərək, 18 km-lik borunun kiçik bir hissəsini (təxminən 4-5 km.-ni – R.D) sənədləşdirə bilib. Bu ilin əvvələrində N.Rzayevin vəzifəsindən getməsi ona planını tam başa çatdırmasına əngəl törədib.

Maraq üçün qeyd edək ki, icra başçısı rayonun mərkəzində 160 metrlik bəzəkli alüminium hasarları da “yox”a çıxardıb. Hasarı isə təxminən 1 metr hündürlükdə daşla doldurub. Bundan əlavə, rayonun mərkəzini içməli suyla təmin edən iki artezian quyusu da it-bata düşüb. Rayon camaatının içməli suya olan tələbatını isə “vodavoz”lar 20-30 manat qarşılığında ödəyirlər…

Şahin Məmmədov psixi xəstəni özünə müavin təyin edib?

Ağcəbədinin icra başçısı Şahin Məmmədovun birinci müavini Rövşən Əhmədov barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatlar Rövşən Əhmədovun birinci müavin postuna yüksəlməsinin maraqlı tarixçəsindən ibarətdir. Bildirilir ki, Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub.

Şahin Məmmədov icra başçısı olandan sonra isə Əhmədovun ulduzu parlayıb. Icra başçısı əvvəlcə onu “JEK” rəisi təyin edib. Rövşən Əhmədovun “bacarığı” bir müddət sonra onun vəzifəsinin artmasına səbəb olub. Məlumata görə, Şahin Məmmədov əvvəlcə onu Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis, daha sonra isə Ağcabədi şəhərinin icra nümayəndəsi təyin edib. Bir müddət sonra Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat alıb.

Rövşən Əhmədovla qalmaqallı olaylardan biri də onun hərbi xidmətdən yayınması ilə bağlı arayışdır. Hələ bir neçə il əvvəl sahibkar Teyyub Eminov Rövşən Əhmədovun qanunsuz əməllərilə bağlı mətbuat konfransı keçirmişdi. Həmin vaxt sahibkar media nümayəndələrinə bir sənəd nümayiş etdirmişdi.

Hərbi komissarlığa təqdim edilən həmin sənəddə yazılıb ki, Rövşən Əhmədov psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı deyil.

Ekspertlər psixi çatışmazlığı olan bir şəxsin dövlət strukturunda yüksək vəzifə tutmasını anormal hesab edirlər. Bu iddialarla bağlı Rövşən Əhmədovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin əlaqə telefonuna zəng vurmağımıza baxmayaraq Rövşən Əhmədovla danışmaq mümkün olmayıb(Azadlıq.info).

Batumidə villası olan icra başçısı

Qeyd edək ki, bir müddət öncə Şahin Məmmədovun dövlət büdcəsindən oğurladığı para hesabına Gürcüstanın Batumi şəhərində dəyəri 1 milyon dollar olan dəbdəbəli villa tikdirdiyinə dair məlumatlar yayılmışdı. Xəbərdə deyilirdi ki, icra başçısı villanın tikintisinə nəzarəti yaxın qohumlarından birinı tapşırıb. Məhz həmin yaxın qohum icra başçının villasının tikilməsinə görə, 4 aydan çox Batumi şəhərində qalıb.

Şahin Məmmədovun turizm şəhərindəki villası üçün sadəcə 60 sot torpaq sahəsinə 70 min dollar pul ödədiyi qeyd olunur. İnformasiya mənbəmiz bildirir ki, Şahin Məmmədov Batumidə tikdirdiyi villanı keçən ilin ortalarında Ağcabədi şəhərinin mərkəzi küçələrinin aqlaylanması əməliyyatından əldə etdiyi külli miqdarda qazancdan sonra tikməyə başlayıb. Belə ki, rayonun Alman qəsəbəsinin yerində icra başçısına məxsus beton zavodu və aqlay sexi fəaliyyət göstərir. Ağcabədi şəhər küçələrinin aqlaylanamsında məhz icra başçısının sexinin malları istifadə olunub.

Mənbəmiz qeyd edir ki, 1 kvadrat aqlayın istehsalının maya dəyəri çox ucuz başa gəlsədə Şahin Məmmədov sənədləşdirmələrdə qiymətləri azı 10 dəfə şişirdib. O da bildirilir ki, Şahin Məmmədov həyata keçirdiyi abadlıq, tikinti maxinasiyalarını Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin əli ilə həyata keçirir. Xatırladaq ki, Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevin oğludur və icra başçısının bütün yeyinti əməliyyatlarında iştirak edən kilid şəxslərdən biridir.

Yazıda adı çəkilən şəxslərin, xüsusilə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun münasibətini dərc etməyə hazırıq. Biz rayon icra hakimiyyətinin əlaqə nömrəsinə (Tel: (+994 2127) 5-52-03) dəfələrlə zəng etməyimizə baxmayaraq, Şahin Məmmədovla danışmaq imkanımız olmadı. Gah icra başçısı yerində olmadı, gah da müxtəlif bəhanələrlə şəxsən özünə aid olacaq sualların cavablandırılması əngəlləndi. Lakin biz yenə d Şahin Məmmədova qarşı heç bir qərəzimizin olmadığını nümayiş etdirmək üçün cavablarını dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru