“Level Leasing” ASC 2026-cı ilin ilk yarısını 185 min manat xalis mənfəətlə başa vurub. Şirkətin xalis mənfəəti 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,6% azalıb.
Banker.az xəbər verir ki, balansda keçmiş illərin bölüşdürülməmiş mənfəəti 77,9 min manat olub, halbuki 30 iyun 2025-ci il tarixinə bu göstərici sıfır idi.
Şirkətin faiz gəliri 944,6 min manat təşkil edərək illik 21,1% azalıb, faiz xərci isə 535,5 min manatla 11,9% geriləyib. Nəticədə xalis faiz gəliri 409,1 min manat olub və 30,6% azalıb. Əməliyyat gəlirlərinin cəmi 71,2 min manat təşkil edərək 30,8% artıb. Qeyri-faiz xərcləri 213,2 min manat olub və 24,3% azalıb. Bunun nəticəsində xalis qeyri-faiz xərci 142 min manata enib, yəni illik 37,5% azalıb.
30 iyun 2026-cı il tarixinə “Level Leasing”in cəmi aktivləri 8,737 milyon manat olub və bir il ərzində 11,8% azalıb. Uzunmüddətli aktivlər 8,624 milyon manatla 12,4%, o cümlədən maliyyə lizinqi üzrə uzunmüddətli debitor borcları 8,395 milyon manatla 12,2% azalıb. Faiz üzrə uzunmüddətli debitor borcları 182,4 min manat təşkil edib və 14,9% geriləyib. Qısamüddətli aktivlər isə 112,9 min manat olmaqla 95,1% artıb. Pul vəsaitləri 4,5 min manata yüksələrək 478,8% artıb, qısamüddətli debitor borcları 2,2 min manatla 401,8%, digər qısamüddətli debitor borcları isə 106,2 min manatla 87,5% artıb. Əsas vəsaitlər 47,2 min manat təşkil edib və 27% azalıb.
Şirkətin cəmi öhdəlikləri 7,424 milyon manat olub və illik 15,8% azalıb. Qısamüddətli öhdəliklər 78,6 min manatla 73,4%, qısamüddətli kreditor borcları 25,1 min manatla 88,7% azalıb. Uzunmüddətli öhdəliklər 7,346 milyon manat təşkil edib və 13,8% geriləyib. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 7,316 milyon manat olmaqla 13,7%, faiz üzrə uzunmüddətli kreditor borcları isə 29,2 min manatla 44,2% azalıb. Balans kapitalı 1,313 milyon manata çataraq 21,5% artıb, bunun 1,05 milyon manatı nizamnamə kapitalıdır.
“Level Leasing” ASC 2023-cü ildə yaradılıb və lizinq fəaliyyəti ilə məşğuldur. Şirkətin nizamnamə kapitalı 1,05 milyon manatdır. Səhmlərin 38%-i “Hermes Finance” ASC-yə, 27,9%-i Zərifə Quliyevaya, 27,9%-i Nuranə Mehrəliyeva-Rzayevaya, 6,19%-i Lalə Bədirovaya, 0,01%-i isə Mənzər Qarayevaya məxsusdur.












