Şahin Mustafayevi çətinə salacaq statistika
Tarix: 1-07-2014, 16:05 | Çap et
 Ötən ilin payızında keçirilən prezident seçkilərindən sonra yeni formalaşan hökumətin tərkibində yenidən yer almağı bacaran o vaxtki iqtisadi inkişaf naziri Şahin Mustafayev mövqelərini bir az da gücləndirdi. Belə ki, onun nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyinə çevrildi.
Bununla da sənaye kimi önəmli sahə həmin vaxtadək sənaye və energetika naziri olan Natiq Əliyevin nəzarətindən çıxdı. Bu sahə Şahin Mustafayevin nəzarətinə verildi. Məlum olduğu kimi, ölkə başçısının sərəncamı ilə 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib. Bəzi optimist müşahidəçilərin fikrincə, belə bir sərəncam respublikamızda bu ilin sənayeləşmənin yeni mərhələsinin başlanğıc dövrü olacağına dəlalət edir. Maraqlıdır ki, Azərbaycanda 2014-cü ilin "Sənaye ili"elan edilməsi bu sahəyə cavabdehliyin Sənaye və Energetika Nazirliyindən alınıb İqtisadi İnkişaf Nazirliyinə verilməsi, sonuncunun İqtisadiyyat və Sənaye Nazirliyinə çevrilməsindən sonra baş verdi. Bu isə onu deməyə əsas verirdi ki, sənaye sahəsində müsbət dönüşə nail olunması baxımından Şahin Mustafayevdən gözləntilər xeyli böyükdür. Həmin vaxt KİV də yazırdı ki, neft hasilatının azalması ilə sənaye sahəsindəki istehsal göstəricilərinin ciddi şəkildə aşağı düşməsi belə deməyə əsas verir ki, Natiq Əliyevin bu sektora rəhbərliyi zamanında görülən işlər heç də uğurlu olmayıb. Yəni onun nazirliyi sənaye istehsalı göstəricilərini sadəcə olaraq, neftin yüksək hasilatına hesablayıb, hasilatın aşağı düşməsi ilə sənaye sektorunda da axsaqlıqlar ortaya çıxmağa başlayıb. Görünür, hökumətdə bunu öncədən hesabladıqları üçün sənaye sahəsinin Natiq Əliyevdən alınmasına qərar verilib. Əvvəlcə bu, ardınca da 2014-cü ili "Sənaye ili"elan etməklə hökumət bu sektorda yeni, "neftsiz inkişaf"a əsaslanan yüksəliş mərhələsinə start verməyi qərara alıb. Amma bu ilin ilk beş ayının göstəriciləri sənaye sahəsinin Şahin Mustafayevin nəzarətinə keçməsinin də önəmli dəyişiklərə yol açmadığını, sənaye sektorunda məhsul istehsalının azalmağa doğru davam etdiyini söyləməyə əsas verir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisə aparan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, yanvar-may aylarında sənaye məhsulu istehsalı 2,1 faiz, qeyri-neft məhsulu ixracı 4,5 faiz azalıb. Ekspert bu haqda danışarkən daha sonra deyib ki, azalma büdcə gəlirlərində, idxalda, ixracda da qeydə alınıb: "Təəssüf ki, bizim proqnozlarımız illər ötdükcə özünü daha çox doğruldur. Amma hələ də analoqu olmayan inkişafdan danışır, səmərəsiz xərcləmələrə gedir, korrupsiya ilə pis idarəçiliyi stimullaşdırırıq". Ekspert sənayedə azalmanın səbəblərini belə izah edir: "Sənayedə tənəzzül 2011-ci ildən başlayıb. Bunun başlıca səbəblərindən biri sənayenin strukturunda 75-80 faiz paya malik olan mədən sənayesində, xüsusilə də neft, qaz sektorunda istehsal həcminin aşağı düşməsidir. Məhsul istehsalının azalması tendensiyası emal sənayesi üçün də xarakterik olub". Başqa ekspertlər isə belə rəydədirlər ki, ölkədə sənaye istehsalının azalmasının davam etməsi bu sahədə problemlərin yalnız hansısa nazir və ya nazirliyin fəaliyyəti ilə bağlı olmadığını deməyə əsas verir. Aşkar görünür ki, uzun müddət neft və qaza dayanıqlı sənaye fəaliyyəti sonda hasilatın düşməsi ilə statistik rəqəmlərdəki azalmanı şərtləndirib. Üstəlik, bu azalmanın "Sənaye ili" elan edilən 2014-cü ildə də davam etməsi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev üçün yaxşı heç nə vəd etmir. Onun bu vəziyyəti dəyişmək üçün hansı önləmlər atacağını, tədbirlər həyata keçirəcəyini isə indidən demək çətindir. Yaşayıb görərik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39 |
|
|
|
| • Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36 |
|
|
|
| • SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35 |
|
|
|
| • İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25 |
|
|
|
| • Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21 |
|
|
|
| • Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19 |
|
|
|
| • Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16 |
|
|
|
| • Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11 |
|
|
|
| • Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07 |
|
|
|
| • Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04 |
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21 |
|
|
|
|