AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Avropa Azərbaycana hansı dəlikdən baxır? - TƏHLİL
Tarix: 30-06-2014, 15:25 | Çap et
Avropa Azərbaycana hansı dəlikdən baxır?
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlaması maraqlı məqamlarla yadda qaldı.

Ən maraqlı məqam isə qurumun timsalında Böyük Avropanın nə qədər kiçilməsinin ortaya çıxması idi. Azərbaycan prezidentinin AŞPA sessiyasında çıxışı və deputatlarla apardığı polemika Azərbaycan-Avropa münasibətlərinin müasir vəziyyətini təhlil etmək üçün kifayət qədər maraqlı mənbədir.

Prezidentin çıxışındakı tezislər və deputatlarla polemikası əslində Azərbaycanın Avropa institutlarına nəzərən siyasətinin əsas parametrlərini ortaya qoydu:

Avropa Azərbaycana qarşı “böyük qardaş” kimi davrana bilməz, Azərbaycan Avropanı bərabərhüquqlu və qarşılıqlı maraqları təmin edə biləcək tərəfdaş kimi görür...
Avropanın iqtisadi və siyasi gələcəyi xeyli halda Azərbaycanın həyata keçirdiyi enerji layihələrindən asılıdır. Avropa Azərbaycanla münasibətlərdə bu reallığı qəbul etməlidir.
Azərbaycan üçün enerji resurslarını satmağa bazar problemi yoxdur, Avropaya üstünlük verilirsə, qitənin siyasi institutları da bunun siyasi qarşılığını verməlidir. Bu, Avropanın boynuna əlavə öhdəlik qoymur, Azərbaycana hansısa özəl münasibət bəslənməsini tələb etmir. Çünki Azərbaycanın Avropadan istədiyi tək şey öz qərarlarına, açıqladıqları prinsiplərə sadiq qalmaq, beynəlxalq hüquq normalarının yerinə yetirilməsini təmin etməkdir.
Avropa insan haqları, demokratiya kimi məsələlərdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilməz. Çünki, Azərbaycan insan haqları və demokratikləşmə prosesini Avropa tələb etdiyinə görə deyil, xalqın rifahı üçün həyata keçirir.

Niyə bu parametrlər? Çünki Avropa institutlarından fərqli olaraq Azərbaycan günün reallıqlarını qəbul edən və praqmatik siyasət yürüdən bir tərəfdir. Günün ən böyük reallığı isə Avropanın ildən-ilə zəifləməsi, daha doğrusu, özünü zəiflətməsidir. Bu gün qarşımızda diktə edə biləcək deyil, yürütdüyü ikili standart siyasəti ilə özünü zəiflədən Avropa var. Və günün ən böyük sualı da “Avropa niyə ikili standartlardan çıxış edir?” sualıdır. Sualın cavabı isə...

Avropanın üzləşdiyi problemlər təkcə vahid iqtisadi və siyasi məkanın yaradılmasından qaynaqlanan problemlər deyil. Problemin kökü vahid Avropa məkanının formalaşdırılması prosesinin hələ də başa çatmamasıdır.

Avropada ortaq maraqlar hələ də tam uzlaşdırılmayıb, ölkələrin xarici siyasət kursu çox hallarda, özəlliklə enerji siyasəti sahəsində vahid siyasi kursdan çox fərqlənir. Təkcə Avropanı Rusiyanın enerji asılılığından qurtarmaqla bağlı AB ölkələrinin fərqli siyasi görüşlərə sahib olmasını xatırlatmaq yetər.

Bundan başqa, Avropa hələ də güclü təsir mexanizmlərinə sahib siyasi institutlar formalaşdıra bilməyib və AB-nin yaradılma prinsiplərinin özü belə institutların formalaşmasına imkan vermir. Bu səbəbdən istər qitənin təməl siyasi sütunları funksiyasını daşımalı olan Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, digər oxşar qurumların fəaliyyəti əksər hallarda deklarativ xarakter daşıyır.

Bu, Avropanın zəifliyidir və bu zəiflik Avropaya xüsusilə Şərq siyasətində, postsovet məkanına münasibətdə ikili standartlardan çıxış etmək imkanı verir. Beləliklə Avropanın bəyan etdiyi dəyərlərlə bu dəyərləri tapdamaq arasında manevr etmək imkanı var.

Manevr isə ikili standartların çoxalması deməkdir. Avropa öz zəifliyini ikili standart siyasəti ilə ört basdır etməklə yenidən başlanğıc nöqtəyə qayıdır - daha da zəifləyir. Və... balans ikili standarta məruz qalan ölkələrin lehinə dəyişir. AŞPA-nın son iclasında prezident İlham Əliyevlə polemikanın quruluşu bunun bariz göstəricisi idi.

Dövlət başçısı ilə sual-cavab bir gerçəkliyi də ortaya qoydu - Rusiyadan enerji asılılığını hiss etməyən dövlətlərin postsovet məkanı ölkələrinə münasibəti bu asılılığı çiynində ağır yük kimi daşıyan ölkələrin münasibətindən fərqlidir. Avropanı bütövləşməyə qoymayan amil də budur – iştirakçı ölkələr vahid Avropa ideyası qarşısında eyni dərəcədə məsuliyyət daşımırlar. Məsələn, Skandinaviya ölkələrinin, Fransa və Almaniyanın “vahid, güclü Avropa” ideyası meyli Şərqi Avropa ölkələrinin meylindən fərqlənir. Fərqi yaradan iqtisadi amillərdir. İqtisadi cəhətdən inkişaf etmiş, öz enerji problemlərini həll etmiş ölkələr Avropanın siyasi maraqlarını, digər ölkələr isə iqtisadi maraqlarını ön plana çəkirlər. Nəticədə Rumıniyanın Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə, yaxud elə Dnestryanı münaqişəyə münasibəti ilə Norveçin münasibəti arasında ciddi fərq meydana çıxır. Bu ciddi fərqin adı isə Avropanı geriyə sürükləyən, dəyərdən salan İKİLİ STANDARTLARDIR.

Avropanın postsovet məkanına baxışı uzun illərdir bir prinsipə əsaslanır - siyasi qarşıdurmaların, münaqişələrin nəticələrini Avropanın sərhədlərindən içəri buraxmamaq. Bu yanaşma qitənin sabiq SSRİ respublikalarına münasibətdə uzun illərdir yürütdüyü Avropaya inteqrasiya siyasəti ilə ziddiyyət təşkil edir. Əsl ikili standart budur, çünki özünə inteqrasiya etmək istədiyin cəmiyyətin problemlərinə biganə qala bilməzsən, yaxud biganə qaldığın bölgəni özünə inteqrasiya edə bilməzsən. Avropa institutlarının Dağlıq Qarabağ münaqişəsinə nəzərən tutduğu mövqe də məhz bu ikili standarta əsaslanır.

İnsan haqlarının pozulduğu ən münbit mühit müharibə, işğal və təcavüzdür. Dağlıq Qarabağ münaqişəsi də çoxsaylı insanların mülkiyyət hüququnu, yaşamaq hüququnu, təhsil, səhiyyə hüquqlarını pozub. Təbii ki, 1 milyona yaxın insanın hüquqlarının bərpası üçün ilk öncə münaqişə həll olunmalı, nəticələr aradan qaldırılmalıdır.

Və insan haqları ilə bağlı ittiham cəmiyyətin yalnız bir təbəqəsinin hüquqlarının müdafiəsinə yönəlməməlidir. Azərbaycanda insan haqlarının qorunması dedikdə, ilk növbədə daha çox hüququ pozulan 1 milyondan artıq qaçqın və məcburi köçkünün təbii hüquqlarının bərpası nəzərdə tutulmalıdır. Avropa institutlarının yanaşmasına baxdıqda isə bunun əksini görürük. AŞPA sessiyasında Azərbaycan prezidenti ilə deputatların polemikasını analiz etdikdə Avropanın ikili standartları daha aydın nəzərə çarpır. Avropalı parlamentarı müharibə qurbanı olan 1 milyondan çox insanın hüquqlarından çox, cinsi azlıqların, yaxud konkret cinayət əməlinə görə məhkum edilmiş şəxslərin hüquqları daha çox maraqlandırır. Eyni ikili yanaşma siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi, Ermənistanın işğalçı siyasətini pisləyən qətnamə qəbulu məsələlərində də müşahidə olunur.

Avropalılar bu ikili yanaşmanı demokratiyanın təzahürü kimi qələmə verə bilər, amma ifrat demokratiyanın Avropa institutlarının dünyadakı siyasi çəkisinə mənfi təsir etdiyi ilk növbədə bizi yox, avropalıları maraqlandırmalıdır. Avropa Azərbaycan üçün ən pis halda enerji resursları ixrac etdiyimiz bazardır. Lakin prezident İlham Əliyevin çıxışı, üzərində dayandığı tezislər göstərdi ki, Azərbaycan Avropanı təkcə iqtisadi bazar kimi görmək istəmir, həm də elan etdiyi dəyərlərə sahib çıxan tərəfdaş kimi görmək istəyir. Bu tərəfdaşlıq Azərbaycandan çox Avropaya lazımdır, çünki hazırkı situasiyada enerji asılılığı yaşayan Avropa, onu bu asılılıqdan qurtara biləcək tərəf isə Azərbaycandır.

Avropanı ikili standartlara sövq edən təkcə siyasi və iqtisadi cəhətdən zəifləməsi deyil. Bu zəifləmənin də, ikili standart yürütməyin də təməlində acı bir gerçək durur - günün reallıqlarını qəbul və ya həzm edə bilməmək. Bu amil az qala Avropanın genetik xüsusiyyətinə çevrilib, qitənin iki dünya müharibəsindən də istənilən halda məğlub çıxmasının səbəblərindən biri də bu psixoloji baryeri aşa bilməmək olub – Avropa heç zaman günün reallıqları ilə barışa bilməyib. Bu isə Avropanı son yüz ildə üçüncü böyük məğlubiyyətə aparır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru