"Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik" .....                     Rusiya üçün sonun başlanğıcı: .....                     Bu gün paytaxtın 544 küçəsi yuyuldu .....                     Netanyahunun ən böyük kabusu Türkiyədir .....                     Maya Sandu iş adamı Vasili Tofanı baş nazir postuna namizəd göstərdi .....                     ''Arzum”un anası Bakıya gəldi .....                     Günay Novruzqızına yeni vəzifə verildi .....                     İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi .....                     Ən yüksək pillədə “Qarabağ”dır .....                     "Air Force One" qalmaqalı böyüyür: .....                     "Baykar"la əməkdaşlıq nələri dəyişəcək? .....                     Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya .....                     "80 yaşımda gedib kimin qapısını döyüm?" .....                     SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur .....                     Şağan sakinləri qanunsuzluğa etiraz edir .....                     "Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram" .....                     Bakı İsrailin qərarını necə dəyişdi? .....                     Bu evlərdə doğulanlar nənə-baba olublar: Amma hələ sənəd ala bilmirlər .....                     Sinqapur möcüzəsi illüziyası: qrafika elmə necə qalib gəldi? .....                     "Bilmirik nə məsələdir... hara, kimə şikayət edək?" .....                     İcra başçısı Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERDİ .....                     Siranuşun erkən sevinci .....                     Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu .....                     Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? .....                     “Bu gülünc qadağanı kim aradan qaldıracaq?” .....                     ABŞ səfirliyi Uitkoff və Kuşnerin Moskva səfəri ilə bağlı məlumat verməyib .....                     Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ .....                     Qarabağda ETİRAZ: "N-DO", "El-Ta" və "Gold MMC" fəhlələrin pulunu vermir! .....                     Salyandakı müəmmalı TƏQDİMAT... .....                     Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı .....                     "Bahar Point" MMC fəaliyyətini dayandırdı: .....                     “Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... .....                     S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir .....                     Tehrandan Bakı və Ankaraya xəbərdarlıq .....                     "Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”?" .....                     "İnsan bəzən özünə belə tam zəmanət verə bilmir" .....                     Tramp Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqinə razılıq verdi .....                     Elə görünürdü ki, başqalarının yalnız arzulaya biləcəyi hər şeyə sahibdir... .....                     "Budur sahibkara DÖVLƏT DƏSTƏYİ?" .....                     Sülh masasında ANKLAV söhbəti... .....                 

Rusiya üçün sonun başlanğıcı: - Ukrayna Kremlin "savaş iqtisadiyyatı"nı dağıdır
Tarix: Bu gün, 17:45 | Çap et

Ukrayna müharibəsinin yeni mərhələsində enerji infrastrukturu artıq "cəbhə xətti" qədər əhəmiyyətli strateji hədəfə çevrilmiş kimi görünür... Ukrayna Rusiyanın iqtisadi dayanıqlığını zəiflətməyə və Kremlin müharibəni maliyyələşdirmək imkanlarını mümkün qədər məhdudlaşdırmağa çalışır...

Rusiya-Ukrayna müharibəsi uzandıqca, münaqişə tərəfləri arasında hərbi qarşıdurmanın xarakteri də sürətlə dəyişir. Əgər, müharibənin ilk mərhələsində əsas hədəflər canlı qüvvə, ağır texnika və cəbhə xətti idisə, indi strateji üstünlük uğrunda mübarizə enerji infrastrukturu, hərbi-sənaye kompleksi və logistika sistemləri üzərində cəmləşir. Və son aylarda Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə qarşı reallaşdırdığı ardıcıl uzaqmənzilli PUA hücumları bunun ən bariz örnəyidir.

Bu baxımdan, məhz həmin zərbələrə paralel olaraq, dünyada böyük nüfuza malik olan "Financial Times" nəşri olduqca maraqlı məlumat yayıb. Nəşrin yazdığına görə, Ukrayna ordusunun sistemli hücumları nəticəsində Rusiyanın ümumi neft emalı gücünün 40 faizə qədəri müxtəlif səviyyələrdə sıradan çıxıb və ya fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Təxmini hesablamalara görə, yaranmış enerji böhranı artıq təxminən 50 milyon Rusiya vətəndaşına birbaşa təsir göstərir.

Ancaq əgər, bu rəqəmlər təsdiqlənərsə, onda Ukrayna ordusunun bu hərbi uğuru Rusiyanın ayrı-ayrı zavodlarının vurulmasından daha uzaqgedən nəticələri də ön plana çəkə bilər. Belə ki, yaranmış situasiya Rusiyanın enerji təhlükəsizliyinə və iqtisadi dayanıqlılığına qarşı yönəlmiş strateji kampaniyadan danışmağa da imkan verir. Və bu baxımdan, Rusiyanın uzun illərdən sonra ilk dəfə daxili bazarda yaranmış qıtlığı kompensasiya etmək üçün avtomobil benzini idxal etməyə başlaması ilə bağlı məlumatlar böyük maraq doğurur.

Onu da qeyd etmək lazımdır ki, dünyanın ən böyük neft hasilatçılarından biri hesab olunan dövlət üçün belə vəziyyət həm iqtisadi, həm də siyasi baxımdan, ciddi reputasiya zərbəsi sayıla bilər. Çünki Kreml uzun illər ərzində Rusiyanin enerji ehtiyatlarından həm də əsas geopolitik təsir aləti kimi istifadə edib. Və indi isə həmin enerji nəhəngi artıq öz daxili bazarını tam təmin etməkdə belə, ciddi çətinliklər ilə üzləşir. Və bu, o deməkdir ki, Ukrayna ordusunun son hərbi uğurları yaxın gələcəkdə tədricən Rusiyada dərin ölkədaxili sosial-iqtisadi, hətta siyasi böhrana belə, səbəb ola bilər.

Əslində, elə məhz ona görə də Ukrayna lideri Volodimir Zelenskinin son açıqlamaları qlobal məkanda böyük rezonans doğurub. Çünki o, Kremlin düşdüyü durumu açıq şəkildə istehzalı obyektinə çevirib. Ukrayna liderinin fikrincə, əgər, Rusiyanın ilk prezidenti Boris Yeltsin iyirmi il əvvəl bilsəydi ki, Kremlin başlatdığı müharibə nəticəsində Rusiya nə vaxtsa, yanacaq idxal edən ölkəyə çevriləcək, yəqin ki, özünə başqa siyasi varis seçərdi. Və prezident Volodimir Zelenski öz dediklərimi "lətifə" adlandırsa da, əslində, bu fikir Kremlin mövcud vəziyyətinə yönəlik olduqca ciddi siyasi mesaj kimi də qəbul oluna bilər.

Məsələ ondadır ki, Ukrayna lideri bununla kifayətlənməyərək, ölkəsinin uzaqmənzilli zərbə imkanlarının artıq Rusiyanın bütün əsas neft emalı müəssisələrini əhatə edə bildiyini də vurğulayıb. Onun sözlərinə görə, Ukrayna PUA-larının çata bilməyəcəyi hər hansı Rusiya neft emalı zavodu artıq qalmayıb. Prezident Volodimir Zelenski onu da bildirib ki, son hərbi əməliyyat zamanı Sibirin Omsk şəhərində yerləşən və Rusiyanın ən iri neft emalı komplekslərindən hesab olunan müəssisələrdən biri də uğurla vurulub.

Bununla yanaşı, Saratov, Rostov, Tver, Stavropol və Krasnodar vilayətlərindəki, eləcə də Tatarıstan və Başqırdıstandakı neft obyektlərinə də dağıdıcı zərbələr endirilib. Voronej vilayətində hərbi aerodromun, Tver bölgəsində strateji müəssisənin, Moskva, Leninqrad və Bryansk vilayətlərində yerləşən müxtəlif obyektlərin də Ukrayna PUA-larının hədəfinə çevrildiyi açıqlanıb. Və bu coğrafiya isə onu göstərir ki, Ukrayna artıq yalnız sərhədyanı bölgələrdə deyil, Rusiyanın min kilometrlərlə dərinliyində yerləşən strateji obyektlərə də zərbə endirmək imkanına malikdir.

Təbii ki, bütün bunlar isə Kremlin uzun illər ərzində toxunulmaz hesab etdiyi sənaye və enerji infrastrukturu üçün indi yeni təhlükəsizlik reallığı formalaşdırır. Üstəlik, Ukrayna ordusunun enerji infrastrukturuna endirdiyi dağıdıcı zərbələrin iqtisadi nəticələri artıq Rusiyanın siyasi elitasında da ciddi narahatlıq və narazılıq doğurmağa başlayıb. Və Rusiya Dövlət Dumasının deputatı Vyaçeslav Marxayev yaranmış vəziyyəti açıq şəkildə "dövlət idarəçiliyinin iflası" adlandırıb.

Maraqlıdır ki, rus deputat bildirib ki, hər il yüz milyonlarla ton neft hasil edən ölkənin öz vətəndaşlarını yanacaqla təmin edə bilməməsi qəbuledilməzdir. Onun fikrincə, Rusiya böyük həcmdə enerji resursları ixrac etdiyi halda, ölkə daxilində yanacaqdoldurma məntəqələrində qıtlığın yaranması hökumətin ciddi idarəçilik problemlərindən xəbər verir. Deputat Vyaçeslav Marxayev Rusiya hökumətini mövcud vəziyyəti ört-basdır etməkdə ittiham edib. Və hazırda yaranmış böhranlı vəziyyətə görə Rusiyanın region rəhbərlərindən tutmuş federal nazirlərə qədər bütün məsul şəxslərin mütləq konkret şəkildə cavab verməli olduğunu bildirib.

Onu da qeyd etmək lazımdır ki, belə sərt tənqidlərin Rusiya hakimiyyətinə bağlı şəxslər tərəfindən səsləndiriıməsi enerji sektorunda yaranmış problemlərin artıq yalnız iqtisadi deyil, həm də siyasi risk faktoruna çevrilməkdə olduğunu da göstərir. Rusiyada mövcud olan vəziyyət isə Ukraynanın son aylarda seçdiyi hərbi strategiyanın artıq real nəticələr verməyə başladığını təsdiqləyir. Və rəsmi Kiyev çox anlayır ki, Rusiyanın ən böyük üstünlüklərindən biri məhz enerji sektorundan əldə etdiyi milyardlarla dollar gəlirdir.

Ancaq indi Ukrayna ordusu tərəfindən Rusiyanın neft emalı zavodlarının sıradan çıxarılması onun ixrac imkanlarını məhdudlaşdırır. Eyni zamanda, həm də daxili bazarda yanacaq qıtlığı yaradaraq, nəqliyyat, kənd təsərrüfatı, sənaye və hərbi logistika sistemlərinə əlavə ciddi təzyiq də göstərir. Və digər tərəfdən, üstəlik, Kremlin qarşısında olduqca mürəkkəb seçim məcburiyyəti yaradır.

Məsələ ondadır ki, Kreml hazırda ya neft məhsullarını əsasən ölkədaxili bazara yönəldərək, ixrac gəlirlərini ciddi şəkildə azaltmalıdır. Ya da ixracı səviyyəsini qoruyaraq, ölkə daxilində sosial-iqtisadi narazılığın dərinləşməsi ilə bağlı riskləri qəbul etməlidir. Halbuki, hər iki ssenari Rusiyanın müharibə iqtisadiyyatı üçün olduqca ciddi problemlər yarada bilər. Və bu baxımdan, Ukrayna müharibəsinin yeni mərhələsində enerji infrastrukturu artıq cəbhə xətti qədər əhəmiyyətli strateji hədəfə çevrilmiş kimi görünür.

Göründüyü kimi, Ukrayna isə məhz bu istiqamətdə Rusiyanın iqtisadi dayanıqlığını zəiflətməyə və Kremlin müharibəni maliyyələşdirmə imkanlarını mümkün qədər məhdudlaşdırmağa çalışır. Ancaq hələlik bu barədə verilən məlumatlar yalnız münaqişə tərəflərinin rəsmi bəyanatlarına əsaslandığından real vəziyyət indi təsəvvür ediləndən daha da ağır xarakter daşımış da ola bilər. Bununla belə, "enerji cəbhəsi" artıq Ukrayna müharibəsinin taleyinə birbaşa təsir edən əsas strateji istiqamətlərdən birinə çevrilməkdə olduğu da qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Eyvaz məni qoruyurdu, elə bilirdim ki, arxamda dağ var, ikimiz də xoşbəxt idik"
Bu gün, 17:50
Rusiya üçün sonun başlanğıcı: - Ukrayna Kremlin "savaş iqtisadiyyatı"nı dağıdır
Bu gün, 17:45
Bu gün paytaxtın 544 küçəsi yuyuldu - FOTO
Bu gün, 17:29
Netanyahunun ən böyük kabusu Türkiyədir - ŞƏRH
Bu gün, 13:21
Maya Sandu iş adamı Vasili Tofanı baş nazir postuna namizəd göstərdi
Bu gün, 13:17
''Arzum”un anası Bakıya gəldi - Mərhumun ailəsindən CAVAB
Bu gün, 13:01
Günay Novruzqızına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:56
İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi - KİV
Bu gün, 12:53
Ən yüksək pillədə “Qarabağ”dır - SİYAHI
Bu gün, 12:51
"Air Force One" qalmaqalı böyüyür: - Qətərin hədiyyə etdiyi təyyarə ABŞ-ı qarışdırdı
Bu gün, 12:43
"Baykar"la əməkdaşlıq nələri dəyişəcək? - Hərbi ekspertdən mühüm açıqlamalar
Bu gün, 12:33
Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya TƏLƏB EDİR
Bu gün, 12:14
"80 yaşımda gedib kimin qapısını döyüm?" -"Yol əhvalatı"-nın Fəridi
Bu gün, 11:49
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur - TƏFƏRRÜAT
Bu gün, 11:46
Şağan sakinləri qanunsuzluğa etiraz edir - Problem həllini tapmır, Leyla Əliyevaya müraciət edildi...
Bu gün, 11:37
"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram"
Bu gün, 11:30
Bakı İsrailin qərarını necə dəyişdi? – Türkiyə Hersoqa icazə verməmişdi, sonra…
Bu gün, 11:22
Bu evlərdə doğulanlar nənə-baba olublar: Amma hələ sənəd ala bilmirlər - FAKT BUDUR...
Bu gün, 11:20
Sinqapur möcüzəsi illüziyası: qrafika elmə necə qalib gəldi? - ARAŞDIRMA
Bu gün, 11:16
"Bilmirik nə məsələdir... hara, kimə şikayət edək?" - NARAZILIQ VAR...
Bu gün, 11:02
İcra başçısı Vətən müharibəsi iştirakçısına VƏZİFƏ VERDİ - ƏMR
Bu gün, 10:48
Siranuşun erkən sevinci - Strasburq"Vardanyan işi"ni qəbul edəcəkmi?
Bu gün, 10:43
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - TƏFƏRRÜAT
Bu gün, 10:41
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar
Bu gün, 10:28
“Bu gülünc qadağanı kim aradan qaldıracaq?” – Sabir Rüstəmxanlı
Bu gün, 10:19
ABŞ səfirliyi Uitkoff və Kuşnerin Moskva səfəri ilə bağlı məlumat verməyib - KİV
Bu gün, 09:25
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Bu gün, 09:19
Qarabağda ETİRAZ: "N-DO", "El-Ta" və "Gold MMC" fəhlələrin pulunu vermir! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:39
Salyandakı müəmmalı TƏQDİMAT... - SƏN DEMƏ...
Bu gün, 08:26
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı - KİV
Bu gün, 08:01
"Bahar Point" MMC fəaliyyətini dayandırdı: - Dövlətə vergi borcu qaldı
Bu gün, 07:58
“Kristal”dan ev alanlar DÜŞÜNSÜN Kİ... - YANA BİLƏRLƏR...
Bu gün, 07:57
S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir - Fidan
Bu gün, 07:51
Tehrandan Bakı və Ankaraya xəbərdarlıq - Xameneinin dəfnində prezidentləri niyə gözləyiblər?
Bu gün, 07:48
"Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”?" - FAKT BUDUR!
Bu gün, 07:38
"İnsan bəzən özünə belə tam zəmanət verə bilmir" - REPLİKA
Bu gün, 07:32
Tramp Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqinə razılıq verdi - BUNDAN SONRA...
Bu gün, 07:16
Elə görünürdü ki, başqalarının yalnız arzulaya biləcəyi hər şeyə sahibdir... - ANI
Bu gün, 07:08
"Budur sahibkara DÖVLƏT DƏSTƏYİ?" - ETİRAZ
Bu gün, 07:00
Sülh masasında ANKLAV söhbəti... - NƏ ETMƏLİ?
Bu gün, 06:54
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi NİYƏ İŞLƏMİR? - Və ümumiyyətlə, İŞLƏYİRMİ?
Bu gün, 06:48
Zəfər Qurbanovun SAĞ ƏLİ... - İLGİNC İDDİALAR
Bu gün, 06:40
Fransa yığması Afrika komandasıdır - BU yaxşıdır?
Bu gün, 06:24
Nə qədər çox imtina etmisənsə... - o qədər çox insansan!
Bu gün, 06:16
"Bizi qul kimi işlətmək istəyirlər" - Naxçıvanda ÖZBAŞINALIQ
Bu gün, 06:08
BU... Azərbaycan futbolunun uğurudur! - Ona inanırlar...
Bu gün, 05:57
Deputatın fikrinə sözardı: - Yerli məhsulları marketə kim buraxmır?
Dünən, 18:05
"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib
Dünən, 17:53
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Dünən, 17:51
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Dünən, 17:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru