Krımda rus işğalçıları ağır vəziyyətlə üzləşib.
"DİA-AZ" xəbər verir ki, “Операция Z: Военкоры Русской Весны” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, düşmən (yəni Ukrayna ordusu) Krımda və cəbhə xəttində logistikanı kəsməyə çalışır: “dron hücumlarını dəf etmək üçün termal görüntüləmə cihazlarına ehtiyac var.
Krımdakı mobil atəş dəstələri və Şimal-Şərq Hərbi Dairəsinin əsgərləri bizdən termal görüntüləmə cihazları istəyirlər.
Termal görüntüləyicilər gecələr həyatları xilas edir və düşmən dronlarını vurmağa kömək edir: onlar olmadan əsgərlər qaranlıqda kor olurlar, amma düşmən hər şeyi görür.
Sadə termal görüntüləmə cihazlarının qiyməti yuanın məzənnəsindən asılı olaraq təxminən 70.000 rubldur. 200 ədəd cihaz üçün bizə 14.000.000 rubl lazımdır”.
Qeyd edək ki, 14 milyon rubl bizim pulla 309 890 manat edir. Belə çıxır ki, Rusiya Müdafiə Nazirliyi Krımdakı əsgərlərini qorumaq üçün ya 309 890 manat tapa bilmir, ya da bu əsgərlərin həmin xərcə dəymədiyini düşünür.
Müəllif: Heydər Oğuz








