“Goran Pambıq” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, cəmiyyətin Nizamnaməsinə və korporativ idarəetmə prinsiplərinə uyğun olaraq səhmdarların növbəti ümumi yığıncağı 18 avqust 2026-cı il tarixdə saat 10:00-da Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi, 20 ünvanında yerləşən cəmiyyətə məxsus klub binasında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2025-ci hesabat ilinin yekunlarına dair “Goran Pambıq” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında İdarə Heyətinin hesabatının dinlənilməsi;
2. Maliyyə-Təftiş Komissiyasının hesabatının dinlənilməsi;
3. “Goran Pambıq” ASC-nin Müşahidə Şurasının üzvlərinin seçilməsi;
4. Digər məsələlərin müzakirəsi.
Xatırladaq ki, ASC-nin 100 manat nizamnamə kapitalı var və qanuni təmsilçisi Kəmalə Rzayevadır.







