Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                 

Rusiya Azərbaycanı seçərmi? - Analiz
Tarix: 25-06-2014, 12:31 | Çap et
Rusiya Azərbaycanı seçərmi?
Rusiya diplomatiyası Azərbaycan istiqamətində fəallaşıb. Qısa zaman kəsiyində əvvəlcə Bakıya Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, sonra xarici işlər naziri Sergey Lavrov, ardınca isə baş nazirin müavini Dmitri Roqozin gəldilər. Rusiyalı rəsmilərin hərəsinin fərqli mövzusu olsa da, hamısı bir istəyi dilə gətirirdi: “Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyirik”.

Prezident İlham Əliyev hər 3 rusiyalı rəsmiyə “yox” cavabı verdi. Ancaq Azərbaycan hakimiyyəti əlindən gələn hər şeyi edir ki, bu “yox” cavabının qarşılığında Rusiya ilə münasibətlər gərginləşməsin, əksinə, “strateji tərəfdaş” adı verdiyi münasibətlər inkişaf etsin. Hələ ki, bu, rəsmi Bakıya müyəssər olur.

Məsələn, Dmitri Roqozin Rusiyanın ən millətçi hakimiyyət mənsublarından sayılır. Roqozin daima ABŞ-ı, Avropanı, Moldovanı, Gürcüstanı və Ukraynanı sərt tənqid edir. Amma heç zaman Azərbaycanın əleyhinə ifadə işlətməyib, əksinə, o, iki ölkə arasında əməkdaşlıqdan məmnun qaldığını ifadə edir.

Roqozinlə Əliyev Avropa Şurası Parlament Assambleyasından (AŞPA) tanışdırlar. O zaman Roqozin Rusiya, Əliyev isə Azərbaycan nümayəndə heyətinin rəhbərləri idi. AŞPA-dakı səsvermələrdə Azərbaycan nümayəndə heyətinin Rusiyanı qıcıqlandıracaq sənədlərin lehinə səs verməməsi də Moskvanın xoşuna gəlir.

Kreml Roqozinin Əliyevlə yaxın tanışlığından istifadə edərək onu Azərbaycanla hökumətlərarası komissiyanın Rusiya hissəsinin sədri təyin edib. Roqozin eyni zamanda hökumətdə hərbi-sənaye kompleksinə cavabdehdir. Deməli, Roqozin bu sahədə uğur qazanmaq üçün xarici ölkələrə daha çox silah və hərbi texnika satmalıdır. Təsadüfi deyil ki, Roqozin Azərbaycanı Rusiya silahının ənənəvi alıcısına çevirib. Rəsmi məlumatlara görə, son 4 ildə Bakı 3,35 milyard dollarlıq silah ixrac edib, bunun da 80 faizi Rusiyadan alınıb.

Bu alğı-satqı həm Moskvaya, həm də Bakıya xeyirlidir. Moskva silah satışından pul qazanır və Azərbaycanın silah bazarını əldən vermir, Bakı isə Rusiyadan silah almaqla qonşusu ilə strateji tərəfdaşlığı yüksək səviyyədə saxlamağa müvəffəq olur, özünü sığortalayır.

Beləliklə, rəsmi Bakı Rusiya ilə münasibətləri Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqı xaricində inkişaf etdirməyə çalışır. Bakı Rusiyadan silah almaqla yanaşı Rusiyanın müxtəlif regionları ilə iqtisadi əməkdaşlığı genişləndirir. Misal üçün, Bakı Rusiyanın 30 subyekti ilə hökumətlərarası sazişlər imzalayıb və bu coğrafiyanı getdikcə genişləndirir. Azərbaycan hakimiyyəti Rusiyanın müxtəlif şəhərlərində məktəblər tikir, parklar salır, bir sözlə, xeyriyyəçiliklə məşğul olur. Belə bir əməkdaşlıq formatına üstünlük verən Bakının iki məqsədi var.

Birinci məqsəd Moskvanın Avrasiya İqtisadi İttifaqı istiqamətindəki təzyiqlərini azaltmaqdır.

İkinci məqsəd Moskvanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə həvəsləndirməkdir.

Rəsmi Bakı hələ ki, bu iki məqsədinə nail olmayıb. Doğrudur, Moskva Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirir, ancaq Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv etdirmək planlarından da əl çəkmir. Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışında da dəyişən bir şey yoxdur. Lavrovun Bakıya səfərindən bir gün sonra xarici işlər nazirinin müavini Araz Əzimov belə ifadə işlətdi: “Azərbaycan bütün istiqamətlərdə bölgənin aparıcı ölkəsidir və Rusiya məhz bizimlə əməkdaşlıqdan faydalana bilər. Ona görə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etməklə daha böyük nəticələr əldə edər”.

Araz Əzimovun bu fikrini belə anlamaq olar ki, əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etsə, Bakı Moskva ilə münasibətləri strateji tərəfdaşlıqdan strateji müttəfiq səviyyəsinə qaldıra bilər. Bu isə Azərbaycanın həm Gömrük İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına yolunu açar.

Buna baxmayaraq Kreml Cənubi Qafqazda seçim etməyi düşünmür. Seçim tarixən edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdan sonra dərhal İrəvana getdi. Ümumiyyətlə rusiyalı rəsmilərin və diplomatların Bakıya səfərləri İrəvanı narahat edir. İrəvanda bəziləri elə düşünür ki, Rusiya Azərbaycanla strateji tərəfdaşlığı gücləndirsə, bu, işğal altındakı torpaqların azad olunması yönündə Kremlin Ermənistana təzyiqinə yol açacaq. Ancaq hələ ki, narahatlıq üçün əsas yoxdur. Çünki Kreml Bakı ilə əməkdaşlığı İrəvanla əməkdaşlığa qurban vermir...

“Atlas” Araşdırmalar Mərkəzi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru