“Ermənistanın sabiq prezidenti Robert Köçəryan Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüş planlaşdırsa da, ölkədən çıxışına qoyulan qadağa buna mane olub”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.
Keçmiş prezident və digər müxalifət liderlərinin ölkədən çıxışlarına qadağa qoyulması ilə bağlı ekspert bildirib: “Köçəryan “getdim, Putinlə danışdım” deməklə rolunu artırmaq istəyirdi, amma alınmadı, aeroportdan geri qaytarıldı”.
Dallakyan həmçinin Moskvanın rusiyalı olirqarx Samvel Karapetyanı aldatdığını, onu ümidləndirib Ermənistana göndərdiyini, amma gözləntiləri doğrultmadığını istisna etmir: “Ermənistana göndərildi, indi isə qurban veriləcəyindən qorxur. Hər şey yeni başlayır”.








