"Naxçıvanda yaşamaq onsuz da asan deyil. İdarəetmədə şəxsi maraqların ön plana çıxması bir tərəfdən insanları yorursa, bu torpağa gedib-gəlməyin yaratdığı çətinliklər də digər tərəfdən əziyyət verir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış jurnalist Sara Əzimova qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Hava limanında yaşanan mənzərəni, saatlarla gözləyən insanların üzündəki yorğunluğu və narahatlığı görmək insanın ürəyini ağrıdır.
Naxçıvanlılar illərdir bu çətinliklərlə üz-üzədir. İnşallah, Zəngəzur yolu açılacaq, doğma torpaqlarımıza daha rahat və maneəsiz gedib-gələcəyik. Bu uzun illərin əzab-əziyyəti sona çatacaq. Biz bu istiqamətdə atılan addımlara inanır, Prezidentimizə güvənirik..."








