“Neftmaştəmir” ASC 2025-ci ili 450 min manat mənfəətlə başa vurub. 2024-cü ildə ASC-nin mənfəəti 1 milyon 98 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 2.4 dəfə azalması deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
2024-cü ildə “Neftmaştəmir”in əsas əməliyyat gəlirləri 7 milyon 123 min manat ikən, 2025-ci ildə 3 milyon 781 min manat təşkil edib (2 dəfəyə yaxın azalma). Əsas əməliyyat xərclər isə 36% azalaraq 3 milyon 206 min manat olub.
31 Dekabr 2025-ci il tarixində “Neftmaştəmir” ASC 1 milyon 576 min manat cəmi aktivlərə malik olub. ASC 2024-cü ilin sonunda 2 milyon 319 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, “Neftmaştəmir” maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə xidmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 291 880 manat təşkil edir.








