" "Kontakt Home"dan 2700 manat dəyərində məhsul almışam, amma məhsulu alarkən mənə çek təqdim olunmadı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Elşad Abdullayev adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Maləsəf, mənə çek göndərilmədi, üstündən 3 ay keçəndən sonra mənə ƏDV çekini təqdim ediblər. Həmin çeki isə sistem qəbul etmir. Yazılır ki 90 gün keçib. "Kontakt Home"a müraciət etdim, atdılar mənim üstümə ki, sən vaxtında ƏDV-ni özün istəməli idin, sənin səhvindən olub..."
Müraciətinin sonunda narazı vətəndaş sosial şəbəkə istifadəçilərinə xitab edərək soruşur: "Mən "Kontakt Home"dan başqa hara müraciət edim ki, 80 manata yaxın olan pulumu geri qaytarsınlar?"









