Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə aparılan danışıqlarda Avropa İttifaqının iştirakının vacib olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Şimal-Baltik Səkkizliyi sammitində çıxışı zamanı danışıb. Çıxış Zelenskinin ofisi tərəfindən "YouTube" platformasında canlı yayımlanıb.
Zelenskinin sözlərinə görə, Avropa Ukrayna ilə bağlı istənilən danışıqlar prosesinin bir hissəsi olmalıdır.
"Avropa istənilən danışıqlarda iştirak etməlidir. Avropa sadəcə vasitəçi rolunda çıxış edə bilməz", - deyə o vurğulayıb.
Ukrayna lideri Avropanın regionun təhlükəsizliyi və gələcəyi ilə bağlı qərarların qəbulunda birbaşa təmsil olunmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitry Peskov Avropanın sülh danışıqlarından daha çox müharibənin davamına diqqət yetirdiyini bildirmişdi.









