Lazım gələrsə, KTMT-dən çıxacağıq .....                     Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... .....                     Ağdamda 14 milyon manatlıq layihə: .....                     Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır .....                     Afaq Bəşirqızı əməliyyat olundu .....                     Rusiya Qarabağa qayıdır? .....                     Həm baha... həm də keyfiyyətsiz... .....                     Ermənistan Rusiya qazından xilas ola bilərmi? .....                     “Şəkərsiz” adı ilə satılan qidalarla bağlı .....                     “Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı .....                     Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... .....                     İki günə Ermənistanın taleyi həll olunacaq .....                     Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi .....                     Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: .....                     İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı .....                     Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? .....                     Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb .....                     TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! .....                     7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... .....                     Astarada anasını öldürən şəxs: .....                     Acqarına imperiya ambisiyaları: .....                     Tikinti materialı şirkəti zərərdən qurtula bilmir .....                     Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü .....                     Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb .....                     Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... .....                     Putin yenidən prezident olmaq istəyirmi? .....                     Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək .....                     Ukraynanın AB üzvü olmasına qarşı deyilik .....                     Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar .....                     Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib .....                     “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz .....                     Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... .....                     "Nazirliyin işi tost demək deyil..." .....                     Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                     "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                 

Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? - TƏFƏRRÜAT
Tarix: Bu gün, 10:01 | Çap et

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabadda 85 yaşlı anasını öldürməkdə təqsirləndirilən Ağamirzə Zeynalovun cinayət işinin bəzi detalları məlum olub.

Pravda.az-ın etdiyi məlumata görə, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, Ağamirzə Zeynalov 2025-ci ilin iyul ayında alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Sabirabad rayonunun Mürsəlli kəndində yerləşən evə gəlib. Həmin vaxt onunla birlikdə yaşayan 1940-cı il təvəllüdlü anası Balabikə Zeynalova oğlunun gecə saatlarında sərxoş vəziyyətdə evə gəlməsinə etiraz edib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.

İstintaqla müəyyən edilib ki, Ağamirzə Zeynalov uzun müddət əvvəl boşandığı həyat yoldaşı ilə münasibətlərinin pozulmasında anasını günahlandırıb və bu səbəbdən onunla mübahisə edib. Ailə-məişət zəminində yaranan münaqişə zamanı təqsirləndirilən şəxs qisas niyyəti ilə anasına hücum edib. Hadisə zamanı yaşı və fiziki vəziyyəti səbəbindən müqavimət göstərmək imkanına malik olmayan Balabikə Zeynalovanın boğazından yapışaraq onu təxminən 10 saniyə müddətində boğub. Daha sonra isə yumruq və təpiklərlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.

Nəticədə zərərçəkmiş şəxsə üz və bədənin müxtəlif hissələrində yaralar, qançırlar, dodaqlarda qansızmalar, boyun və ətraflarda çoxsaylı xəsarətlər yetirilib. Bundan əlavə, onun alın-təpə sümüklərinin açıq xətti sınığı, baş beynin qişalarında və toxumasında qansızmalarla müşayiət olunan, həyat üçün təhlükəli hesab edilən ağır bədən xəsarətləri aldığı müəyyən olunub.

Ağamirzə Zeynalov anasının artıq hərəkətsiz vəziyyətə düşdüyünü və son nəfəsini verdiyini düşündükdən sonra törətdiyi əməli gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə bir neçə saat gözləyib. Daha sonra gecə saatlarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək anasının döyüldüyünü bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən Balabikə Zeynalova Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, qadın aldığı ağır xəsarətlər nəticəsində həmin gün səhər saatlarında xəstəxanada vəfat edib.

Məhkəmə istintaqı zamanı Ağamirzə Zeynalov ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib. O deyib ki, hadisə günü əvvəlcə evdə olub, daha sonra Kürdəmir rayonuna gedərək orada unutduğu mobil telefonunu geri götürüb. Evə qayıdarkən anasını pilləkən yaxınlığında yıxılmış vəziyyətdə gördüyünü söyləyib.

Onun sözlərinə görə, anasını qaldırmağa çalışarkən qadın əlindən sürüşərək yenidən yerə yıxılıb. Daha sonra Balabikə Zeynalovanı yatağına uzandırıb. Təqsirləndirilən şəxs bildirib ki, anası həmin vaxt xırıldayırmış və o, baş verənləri tam dərk etmədiyi üçün yalnız bir neçə saat sonra polisə məlumat verib.

Ağamirzə Zeynalov məhkəmədə vurğulayıb ki, anasını heç vaxt döyməyib və onun üzərində aşkar olunan xəsarətlərin hamısı yıxılma nəticəsində yaranıb. O, hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, lakin anasını öldürmədiyini qeyd edib.

Lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələr elan olunub. Həmin ifadələrdə Ağamirzə Zeynalov anası ilə münasibətlərinin normal olmadığını, keçmiş həyat yoldaşından ayrılmasında onu günahlandırdığını etiraf edib.

İbtidai istintaq zamanı verdiyi ifadəsində Ağamirzə Zeynalov bildirib ki, spirtli içki qəbul etdikdən sonra övladlarının onun yanında yaşamamasını xatırlayaraq anasına qarşı aqressivləşib. O, hadisə günü əvvəlcə anasının üz nahiyəsinə bir neçə dəfə şillə vurduğunu, daha sonra boğazından tutaraq boğduğunu və ardınca başına, üzünə və bədəninə çoxsaylı yumruq və təpik zərbələri endirdiyini etiraf edib.

Həmçinin ifadəsində qeyd edib ki, Balabikə Zeynalovanı döşəmə üzəri ilə sürüyərək yatağa aparıb, aldığı xəsarətlər məhz onun fiziki zorakılığı nəticəsində yaranıb. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş olduğu üçün vurduğu zərbələrin sayını və dəqiq nahiyələrini xatırlamadığını bildirib.

Məhkəmədə isə o, əvvəlki ifadələrindən imtina edib.

İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan mərhumun qızı ifadəsində söyləyib ki, anası son illər ağır xəstə olub və əsasən qardaşı Ağamirzə ona qulluq edib. O, hadisədən bir müddət əvvəl Balabikə Zeynalovanın bir neçə dəfə yıxıldığını, səhhətində problemlər olduğunu qeyd edib.

Hüquqi varis məhkəmədə qardaşının anasını qəsdən öldürdüyünə inanmadığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Bununla yanaşı, onun ibtidai istintaq dövründə verdiyi ifadələrlə məhkəmədəki ifadələri arasında ziddiyyətlər aşkar olunduğundan həmin ifadələr də məhkəmədə tədqiq edilib.

Məhkəmə araşdırması zamanı şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlar araşdırılıb.

Məhkəmənin hökmü ilə Ağamirzə Zeynalova 16 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lazım gələrsə, KTMT-dən çıxacağıq - Paşinyan
Bu gün, 11:20
Ermənistanda kritik seçki: Paşinyan qalib gələcək, amma... - GƏLİŞMƏ
Bu gün, 11:18
Ağdamda 14 milyon manatlıq layihə: - “T.T.Ş.-İnşaat” şirkəti tikintiyə başlayır
Bu gün, 11:15
Cəbrayılın Şükürbəyli kəndində yağış kanalizasiya şəbəkəsinin tikintisinə başlanılır - 6 milyon ayrıldı
Bu gün, 11:12
Afaq Bəşirqızı əməliyyat olundu - əməliyyat riskli olsa da...
Bu gün, 10:58
Rusiya Qarabağa qayıdır? – Bakıya qəfil REVERANSLAR
Bu gün, 10:56
Həm baha... həm də keyfiyyətsiz... - NARAZILIQ VAR...
Bu gün, 10:52
Ermənistan Rusiya qazından xilas ola bilərmi? - "SOCAR-ın bu bazara girməsi məntiqsiz görünür...”
Bu gün, 10:37
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
Bu gün, 10:36
“Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
Bu gün, 10:33
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritetlə bağlı QƏRAR
Bu gün, 10:23
Azərbaycanlı gimnast Dubayda saxlanıldı: Şeyx şikayət edibmiş... - TƏFƏRRÜAT
Bu gün, 10:22
İki günə Ermənistanın taleyi həll olunacaq - Vigen Avetis
Bu gün, 10:16
Sevgilisini əvvəl döyüb saçlarını kəsdi, sonra kafedə bıçaqlayaraq öldürmək istədi – AĞIR CƏZA
Bu gün, 10:11
Milyonluq ehtiyat ayırması “PAYONİX BOKT”u zərərə saldı: - İli 1.3 mln. manat zərərlə bağladı
Bu gün, 10:10
İrəvan Rusiyanın göndərdiyi “seçiciləri” hərbi toplanışa cəlb etdiyini rəsmən açıqladı - KİV
Bu gün, 10:06
Sabirabadda 85 yaşlı anasını döyərək öldürən şəxsə nə qədər cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:01
Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb - "Kazinform"
Bu gün, 10:00
TƏHSİLDƏ DƏHŞƏTLİ KRONİZM! - MALƏSƏF...
Bu gün, 09:59
7 ildir maaşları artmayan neftçilərin ƏYLƏNCƏSİ... - Bəlkə Rövşən Nəcəf insafa gəldi...
Bu gün, 09:53
Astarada anasını öldürən şəxs: - “Ondan yemək istədim, kinayəli cavab verdi...”
Bu gün, 09:39
Acqarına imperiya ambisiyaları: - axmaqlar hələ də anlamaq istəmirlər ki...
Bu gün, 09:38
Tikinti materialı şirkəti zərərdən qurtula bilmir - TƏFƏRRÜAT
Bu gün, 09:37
Bakıda sürücülər arasında bir-birinə yol verməmək üstündə dava düşdü – MƏHKƏMƏ
Bu gün, 09:35
Şəmkirdəki şirkət bir ildə 100 min manat qazanıb - DETALLAR
Bu gün, 09:31
Xəbərsiz və əsassız olaraq sığorta qiymətini bahalaşdırıblar... - GİLEY
Bu gün, 09:28
Putin yenidən prezident olmaq istəyirmi? - kremlin.ru
Bu gün, 09:22
Moskvanın son təlimatı: İrəvanda QAN düşəcək - GƏLİŞMƏ
Bu gün, 08:05
Ukraynanın AB üzvü olmasına qarşı deyilik - Putin
Bu gün, 08:02
Qonşu ölkədə benzinlə bağlı fövqəladə qərar – növbə bizə çatır?
Bu gün, 08:01
Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
Bu gün, 07:59
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
Bu gün, 07:49
Avropa Ermənistanı ÖZ ÇƏTİRİ ALTINA ALIR... - TƏFƏRRÜAT
Bu gün, 07:42
"Nazirliyin işi tost demək deyil..." - partiya sədri
Bu gün, 07:37
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru