“NEO BOKT” ASC 2025-ci ili 80 108 manat zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildə 222 manat mənfəət əldə etmişdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin əsas faiz gəlirləri 30 751 manatdan 26 249 manata enərək 15% azalıb. Təşkilatın ümumi və inzibati xərcləri 7.5% yüksələrək 124 944 manata çatıb.
Hesabat dövründə BOKT-un cəmi aktivləri 30 598 manata düşüb ki, bu da illik müqayisədə 77% azalma deməkdir. Bunun 27 799 manatı müştərilərə verilmiş kreditlər və avanslar təşkil edir.
Xatırladaq ki, Bank Olmayan Kredit Təşkilatı ”Finans İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti adını və təşkilati-hüquqi formasını dəyişərək “NEO Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib. BOKT-un nizamnamə kapitalı 371 min manat təşkil edir.









