Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub.
"DİA-AZ" Qaynarinfo-ya istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağayev öz ərizəsi ilə işdən azad edilib.
Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Gündüz Ağayev öz ərizəsi əsasında tutduğu vəzifədən ayrılıb. Bu qərar şəxsi müraciəti əsasında rəsmiləşdirilib.
Qeyd edək ki, Gündüz Ağayev uzun illlər Fərəcova adına ET Pediatriya İnstitutunda Erkən yaşlı uşaqların Cərrahiyyə şöbəsinin müdiri və Respublikanın Baş Uşaq Cərrahı işləyib.









