Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                     İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? .....                     Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək .....                     Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək .....                     Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü .....                     Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi .....                     Ermənistanda hərbçinin meyiti aşkarlanıb .....                     RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU .....                     Putini Ermənistandan rədd edəcəyik .....                     "CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" .....                     Nazirdən QƏRAR .....                     Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi .....                     Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən .....                     Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət .....                     “Sürücü yola yox, xətlərə baxır” .....                     TƏBİB-ə yeni təyinat .....                     165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT .....                     Daha bir neçə separatçı evlərindən çıxarılır .....                     Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib .....                     İbtidai təhsil sistemində təhsil mulyajlarının konveyeri .....                     Son bir ildə Mərkəzi Bankın valyuta ehtiyatları .....                     Kart ödənişləri ilə bağlı qərar verildi .....                     Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə .....                     “PAŞA Həyat Sığorta” şirkətində yeni təyinat .....                     DSMF-nin filial müdiri vəzifəsindən azad olundu .....                     Məişət məsələləri üzrə ekspert, feminist deputatımız .....                     Əkiz övladlarını itirən aparıcı yenidən ana oldu .....                     Kəlbəcərdəki vəzifəsindən ayrıldı .....                     Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxs qərardan şikayətçidir .....                     Tramp onu Azərbaycana səfir GÖNDƏRİR .....                     BOĞAZI QURUYAN Qorçulu sakinləri... .....                     Saleh Məmmədovun kadrı şərikinin başına BELƏ OYUN AÇDI .....                 

Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Tarix: Bu gün, 12:53 | Çap et

İyun ayının 1-i əksər ölkələrdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Bu günün keçirilməsi barədə qərar 1925-ci ildə Cenevrədə uşaqların rifahına həsr olunmuş Ümumdünya Konfransında qəbul edilib. Uşaqların Beynəlxalq Müdafiəsi Günü rəsmi olaraq 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qətnaməsi ilə təsis edilib və ilk dəfə 1950-ci ildə qeyd olunub.

Bu günün bayrağı da var. Böyüməni, harmoniyanı, təravəti və məhsuldarlığı simvolizə edən yaşıl fonda Yer kürəsini qırmızı, sarı, mavi, ağ və qara rənglərdə stilizə olunmuş fiqurlar əhatə edir. Həmin insan fiqurları müxtəlifliyin və tolerantlığın rəmzi hesab olunur. Mərkəzdə yerləşdirilmiş Yer fiquru bizim ümumi evimizin simvoludur.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız uşaqlar üçün şən bir gün deyil. Bu gün həm də cəmiyyətə uşaqların hüquqlarını qorumağın vacibliyini xatırladır ki, bütün uşaqlar xoşbəxt böyüsün, təhsil alsın, sevdikləri işlə məşğul olsun və gələcəkdə ölkələrinin layiqli vətəndaşları olsunlar.

Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar cəmiyyətin gələcəyi hesab olunurlar və onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələri üçün müxtəlif qanunlar, proqramlar və sosial layihələr həyata keçirilir.

Qürurla deyə bilərik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunublar.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılır və bu istiqamətdə çoxsaylı tədbirlər görülür, layihələr həyata keçirilir. Ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.

BMT tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasına Azərbaycan da qoşulub. Bununla ölkəmiz uşaqların hüquqlarının beynəlxalq standartlara uyğun qorunmasını üzərinə götürüb.

İyunun 1-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş musiqili əyləncəli bayram tədbiri keçirilib. Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda atraksion təşkil olunaraq Gənclər və İdman Nazirliyinin "Sağlam həyat" səyyar layihəsi çərçivəsində müxtəlif növ idman qurğuları quraşdırılıb.

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində sektor müdiri Elçin Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və idarənin tabeliyindəki idman məktəblərinin məşqçi müəllimləri, idmançılar, Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova, şura üzvləri və könüllülər, Qazax şəhəri ərazisində fəaliyyət göstərən məktəblərin, körpələr evi-uşaq bağçalarının kollektivi və uşaqları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin aparıcıları Qazax Dövlət Sosial-İqtisadi Kollecində Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev və fəal gənc Pəri İbrahimova bayram tədbirini açıq elan edərək iştirakçıları, bu günün səbəbkarı olan körpə fidanları təbrik edib xoş arzularını səsləndiriblər. Bildirilib ki, uşaqları əyləndirmək üçün Nazirlik tərəfindən uzunluğu 32 metr, eni 3 metr, hündürlüyü 6.5 metr, ağırlığı 480 kq olan 4 hissəli atraksion təşkil edilib, eyni zamanda, nazirliyin "Sağlam həyat" səyyar layihəsi çərçivəsində müxtəlif idman növləri üçün avadanlıqlar quraşdırılıb. Həmçinin, “Qazax İdman Paytaxtı – 2026”nın Maskotu uşaqları əyləndirəcəkdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbirə toplaşanları və qonaqları salamlayıb, körpə fidanları əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, nazirliyin əməkdaşlarına Qazaxda "Sağlam həyat" səyyar layihəsi çərçivəsində təşkil olunmuş tədbirə və müxtəlif növ idman qurğularının quraşdırılmasına görə minnətdarlığını bildirib, razılığını ifadə edib. Rayon rəhbəri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gələcəyimiz olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərildiyini söyləyib. Bugünkü tədbirin həmin qayğının davamı olduğunu diqqətə çatdırıb.

Sonra söz gələcəyimiz olan uşaqlara, körpə fidanlara verilib. Bağça uşaqlarının təqdimatında şeirlər səsləndirilib. Balacaların səsləndirdiyi Vətənə, torpağa, şəhidlərimizə, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb.

Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasından İsgəndər Bayramlı “Azərbaycan”, Nilay Əsgərzadə “Vətən”, Qazax şəhər 2 saylı körpələr evi-uşaq bağçasından Aişə Məmmədli “Heydər Baba”, Banu Dünyamalıyeva “Uşaqlar”, Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçasından Yusra Omarova “Azərbaycan”, İlham Əsgərov “Bayraq”, Qazax şəhər 4 saylı körpələr evi-uşaq bağçasından Gülay Əmiraslanova “Mən balaca deyiləm”, Pənah Pənahlı “Vətən”, Qazax şəhər 5 saylı körpələr evi-uşaq bağçasından Esra Göşşülü “1 iyun Uşaqlar Gününüz mübarək olsun”, Hidayət Mehdizadə “Vətənpərvərlik”, Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasından Tükəzban Əhmədova “Bağçamız”, Ömür Qurbanlı “Məktəbə gedəcəyəm” şeirləri ilə könülləri oxşayıblar.

Sonda rayon rəhbəri uşaqlara yaxınlaşaraq onlarla səmimi söhbət edib, xatirə şəkilləri çəkdirib.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Bu gün, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Bu gün, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Bu gün, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Bu gün, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Bu gün, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Bu gün, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Bu gün, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Bu gün, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Bu gün, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Bu gün, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Bu gün, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Bu gün, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Bu gün, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Bu gün, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Bu gün, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Bu gün, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Bu gün, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Bu gün, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Bu gün, 12:10
Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 12:04
Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA
Bu gün, 11:49
Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət – Öldürülən qadının yaxınları etiraz edir
Bu gün, 11:46
“Sürücü yola yox, xətlərə baxır” – Professor AYNA-nı tənqid etdi
Bu gün, 11:43
TƏBİB-ə yeni təyinat - BU GÜNDƏN...
Bu gün, 11:37
165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
Bu gün, 11:33
Daha bir neçə separatçı evlərindən çıxarılır - KİV
Bu gün, 11:20
Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib
Bu gün, 11:18
İbtidai təhsil sistemində təhsil mulyajlarının konveyeri - Sistemli maneələr və innovasiya imitasiyası
Bu gün, 11:17
Son bir ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,6 milyard dollar artıb
Bu gün, 11:15
Kart ödənişləri ilə bağlı qərar verildi – Nə dəyişəcək?
Bu gün, 11:13
Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb
Bu gün, 11:12
“PAŞA Həyat Sığorta” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:08
DSMF-nin filial müdiri vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 11:05
Məişət məsələləri üzrə ekspert, feminist deputatımız - Saffari yazır…
Bu gün, 10:59
Əkiz övladlarını itirən aparıcı yenidən ana oldu - VİDEO
Bu gün, 10:57
Kəlbəcərdəki vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 10:52
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxs qərardan şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tramp onu Azərbaycana səfir GÖNDƏRİR - FOTO
Bu gün, 10:48
BOĞAZI QURUYAN Qorçulu sakinləri... - İllərdir davam edən içməli su problemi...
Bu gün, 10:45
Saleh Məmmədovun kadrı şərikinin başına BELƏ OYUN AÇDI - Keçmiş AAYDA şefinin də xəbəri olub, amma...
Bu gün, 10:31
1 ayın əsgərinin ölüm işi - Məhkəmədə GƏRGİN ANLAR
Bu gün, 10:20
Sağlam Radio 93 FM fəaliyyətə başlamasının iki ilini qeyd edir
Bu gün, 10:19
Eyni sertifikat, fərqli qiymət: Azərbaycanda IELTS imtahanları niyə DAHA BAHADIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Fuad Çıraqov Gürcüstanda təhsil məsələləri üzrə müşavir oldu - BUNDAN SONRA...
Bu gün, 10:11
Rüşvət alan 19 vəzifəli şəxs qərardan narazıdırlar
Bu gün, 10:09
Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib - MN
Bu gün, 10:07
Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
Bu gün, 10:06
Ermənistan bu tarixə qədər Aİ üzvü olmayacaq - "İzvestiya"
Bu gün, 10:03
“Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:58
Azərbaycanda yeni xəstəxana korpusu tikilir
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru