Sevgilisini döyən şəxsi bıçaqlayana cəza verildi .....                     Əməkdar artistinin xanımı xəstəxanaya yerləşdirildi .....                     “Bakı Bulvarı” dondurmalarında zərərli qida əlavələri aşkarlandı .....                     Putin, Köçəryan və Karapetyanı məğlubiyyət gözləyir .....                     Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi .....                     Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu .....                     Bakıda küçədə quldurluq edən gənclərə hökm oxundu .....                     “Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? .....                     Moskva Güney Qafqazdan gözünü çəkmir .....                     “Lalə Dadaşova ailəmizi bir göz qırpımında dağıtdı, onu pis vərdişlərə qurşandırdılar” .....                     Anasına görə sahibkarı öldürən gənc: .....                     Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb .....                     Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “NİSYƏ DƏFTƏRİ” .....                     Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçir .....                     “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI... .....                     “Kontakt Home” müştəriyə fırıldaq gəldi... MƏHKƏMƏ CƏZALANDIRDI! .....                     "BYD": SİRLİ UĞUR VƏ GÖZLƏNILƏN ÇÖKÜŞ... .....                     Rusiyanın 102-ci hərbi bazası Ermənistanın daxili işlərinə necə müdaxilə edir?.. .....                     Əmisi oğlunu onun arvadı ilə bağlı xoşagəlməz söz dediyinə görə bıçaqladı .....                     Ermənistandan sərt açıqlama: Putinə dərs verməliyik .....                     “Azərmetalinvest” şirkəti 2025-ci ilin .....                     Xarici dövlət borcu strateji valyuta ehtiyatlarının 5,3 faizini təşkil edir .....                     “Xalq Bank”da yeni təyinat olub .....                     “Bunu hüquq müstəvisində həll edəcəyəm” .....                     Banklar kredit verməyə müştəri tapmır? .....                     Azərbaycan neftinin qiyməti 5 dollardan çox bahalaşıb .....                     Sosial xidmət, yoxsa kabinet imperiyası? .....                     Babək Babayevə qanun işləmir? .....                     Naxçıvan təxribatının açılmayan sirri .....                     Üç kənd qaytarılmasa: İrəvanın planı baş tutmayacaq .....                     “Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? .....                     Ermənistanın “40-cı otağının açarı” Bakıdadır .....                     Məktəblər bağlansa, kəndlər boşalacaq .....                     Moskvanın bir həftədə Azərbaycanla bağlı iki ciddi səhvi .....                     Naxşıvan ÖZ XANININ HƏSRƏTİNDƏ... .....                     Ermənistan nəyə hazırlaşır: Sülhə, yoxsa müharibəyə? .....                     “Bir gülləlik canı olan” EUMA .....                     Tramp Pekinə İlon Maskla birlikdə gedib .....                     Putindən Paşinyana açıq hədə: “Rusiya sərhəddə təxribat törədə bilər” .....                     "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı .....                 

Banklar kredit verməyə müştəri tapmır? - ARAŞDIRMA
Tarix: Bu gün, 09:44 | Çap et

Azərbaycan banklarının kredit portfelinin artım sürəti kəskin azalıb. Belə ki, bu ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 30 milyard 290,3 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına əsasən kredit portfeli ötən ilin sonu ilə müqayisədə 227,3 milyon manat və ya 0,8 faiz artıb. Xatırladaq ki, ötən ilin birinci rübünün sonunda bankların kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 399,4 milyon manat və ya 1,5 faiz artmışdı.

Yəni ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə banklar 172,1 milyon manat (43,1 faiz) daha az kredit verib. 2025-ci ilin ilk üç ayında 399,4 milyon manat kredit verilmişdisə, bu ilin eyni dövründə bu məbləğ 227,3 milyon manat olub (FED.az).

Bu tendensiya aylıq müqayisədə də hiss olunur. Belə ki, bu ilin mart ayında bankların kredit portfeli 0.6 faiz və ya 171.5 milyon manat artıb. 2025-ci ilin mart ayında bankların kredit portfeli 1 faiz və ya 284.8 milyon manat artmaqla 27,877.1 milyon manata çatmışdı.

Maraqlıdır ki, bankların kredit vermək üçün vəsaitləri yetərincədir. Belə ki, AMB İdarə Heyətinin sədri Taleh Kazımovun verdiyi məlumata görə, cari il aprelin sonuna Azərbaycan banklarında 3,8 milyard manat həcmində izafi likvidlik olub. Ötən ilin eyni dövründə bu göstərici 2,9 milyard manat təşkil etmişdi. Hansı ki, həmin dövrdə Maliyyə Nazirliyi 1 milyard manat məbləğində büdcə qalığını 5 böyük banka depozit kimi yerləşdirməklə likvidliyə ciddi töhfə verirdi. Bu il büdcə gəlirlərində ciddi artımın olmaması şəraitində nazirliyin belə bir imkanı yoxdur. Belə ki, Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azdır.

Hazırda banklar fiziki şəxslərdən əmanət şəklində topladıqları irihəcmli vəsaitlərin izafi likvidliyi ilə üzləşiblər.

Kreditlərin artım sürətinin azalmasının əsas səbəbi iqtisadiyyatda qeydə alınan geriləmədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 0,3 faiz daralıb. Digər tərəfdən, ölkədə iqtisadi aktivliyin drayveri olan büdcə xərcləmələri də azalıb. Maliyyə Nazirliyinin hesabatından məlum olur ki, dövlət büdcəsinin xərcləri ilin ilk rübündə 10 milyard 531,1 milyon manat olub - bu, bir il əvvələ nisbətən 3,9 faiz azdır. Büdcə xərcləmələrinin azalması iqtisadiyyatın demək olar ki, bütün sektorlarında aktivliyin azalmasına, bu da öz növbəsində biznesin və əhalinin gəlirlərinin azalmasına gətirib çıxarır. Belə şəraitdə kredit həcmlərində artım dinamikasının zəifləməsi baş verir.

Məlumdur ki, əmanətlər müəyyən faizlə əhalidən cəlb olunan vəsaitlərdir və banklar onlara görə pul sahiblərinə faiz ödəyirlər. Kredit verilişindəki azalma bankların əmanətlərə xidmət xərclərini qarşılamalarında problemlərə gətirib çıxara bilər. Bu şəraitdə bankların əsas çıxış yolu kredit faizlərini artırmaq ola bilər. Bu isə istehlak kreditlərində daha tez tətbiq olunan dəyişiklik hesab edilir.

Son bir ildə Mərkəzi Bankın istehlak kreditlərinə qarşı məhdudlaşdırıcı tədbirlərinə rəğmən kreditin bu növündə illik artım digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, bu ilin birinci rübünün sonuna Azərbaycanda istehlak kreditlərinin həcmi 9 milyard 491 milyon manata çatıb. Bu o deməkdir ki, istehlak kreditlərinin həcmi illik müqayisədə 887 milyon manat artıb. Xatırladaq ki, 2025-ci il aprelin 1-nə istehlak kreditlərinin həcmi 8 milyard 604 milyon manat olmuşdu.

Rüb ərzində istehlak kreditlərinin artım sürəti zəifləyib. Belə ki, ötən ilin birinci rübü ərzində istehlak kreditləri 159 milyon manat və ya 2024-cü ilin sonu ilə müqayisədə 1,9 faiz artmışdı. Bu il isə ilk 3 ayda istehlak kreditləri portfeli cəmi 137 milyon manat artıb ki, bu da 1,5 faiz artım deməkdir. Lakin kredit portfelinin strukturuna baxsaq, ötən ilin birinci rübü ilə müqayisədə ən sürətli artımın istehlak kreditlərində getdiyini görmək olar. Belə ki, cari ilin yanvar-martında bu kreditlərin məbləği illik ifadədə 10,3 faiz, biznes kreditləri 8,5 faiz (14 milyard 935 milyon manatdan 16 milyard 214 milyon manata), ipoteka kreditləri isə 5,6 faiz(4 milyard 338,5 milyon manatdan 4 milyard 584,6 milyon manata) artıb.

İstehlak kreditlərinin daha sürətlə artması nəticəsində bankların faiz gəlirlərində də kəskin artım qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların gəlirlərinin həcmi 1 milyard 822,8 milyon manat olub. Bu gəlirlərin 1 milyard 342,1 milyon manatı faiz gəlirlərinin payına düşüb. Bu isə o deməkdir ki, faiz gəlirləri ötən ilin birinci rübü ilə müqayisədə 207,2 milyon manat və ya 18,3 faiz artıb. 2025-ci ilin birinci rübündə bankların faiz gəlirləri 1 milyard 342,1 milyon manat olmuşdu.

İnflyasiyanın sürətləndiyi bir şəraitdə əhalinin xərclərini qarşılamaq üçün daha çox istehlak kreditlərindən istifadəyə məcbur olmasına, bu isə son nəticədə banklar üçün daha ciddi bir porblemin - problemli kreditlərin həcmində artıma gətirib çıxara bilər. Bu baxımdan, bankların istehlak kreditləri faizləri və verilməsində daha ehtiyatlı davranmasında fayda var.

Yeri gəlmişkən, İran müharibəsinin neft-qaz qiymətlərində yaratdığı bahalaşma ikinci rübdən etibarən Azərbaycanın büdcə gəlirlərində, müvafiq olaraqsa xərclərində artıma səbəb olmaqla, iqtisadi aktivliyə töhfə verəcəyi gözlənilir. Bu şəraitdə kreditləşmədə artım dinamikasının bərpası da gözləniləndir.

Yazını hazırladı: Dünya SAKİT - musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sevgilisini döyən şəxsi bıçaqlayana cəza verildi
Bu gün, 11:45
Əməkdar artistinin xanımı xəstəxanaya yerləşdirildi
Bu gün, 11:43
“Bakı Bulvarı” dondurmalarında zərərli qida əlavələri aşkarlandı – DİQQƏTLİ OLUN! (Foto)
Bu gün, 11:42
Putin, Köçəryan və Karapetyanı məğlubiyyət gözləyir - Badalyan
Bu gün, 11:26
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi - QƏRAR
Bu gün, 11:18
Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?
Bu gün, 11:02
Bakıda küçədə quldurluq edən gənclərə hökm oxundu
Bu gün, 10:56
“Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:54
Moskva Güney Qafqazdan gözünü çəkmir - “Azərbaycanla da...”
Bu gün, 10:50
“Lalə Dadaşova ailəmizi bir göz qırpımında dağıtdı, onu pis vərdişlərə qurşandırdılar” - Elçin Cəlilovun qızı İLK DƏFƏ danışdı
Bu gün, 10:49
Anasına görə sahibkarı öldürən gənc: - “Təsadüfən “WhatsApp” yazışmalarını gördüm...”
Bu gün, 10:46
Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb - KİV
Bu gün, 10:44
Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “NİSYƏ DƏFTƏRİ” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:37
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi auditor seçir
Bu gün, 10:34
“NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 10:30
“Kontakt Home” müştəriyə fırıldaq gəldi... MƏHKƏMƏ CƏZALANDIRDI! - Zənn edirlər ki, dərəbəylikdir?
Bu gün, 10:17
"BYD": SİRLİ UĞUR VƏ GÖZLƏNILƏN ÇÖKÜŞ... - Azərbaycan bazarını da tutan bu Çin markasını nə gözləyir?
Bu gün, 10:14
Rusiyanın 102-ci hərbi bazası Ermənistanın daxili işlərinə necə müdaxilə edir?.. - DETALLAR
Bu gün, 10:11
Əmisi oğlunu onun arvadı ilə bağlı xoşagəlməz söz dediyinə görə bıçaqladı – MƏHKƏMƏ
Bu gün, 10:09
Ermənistandan sərt açıqlama: Putinə dərs verməliyik - KİV
Bu gün, 10:04
“Azərmetalinvest” şirkəti 2025-ci ilin mənfəətini bölüşdürəcək
Bu gün, 10:02
Xarici dövlət borcu strateji valyuta ehtiyatlarının 5,3 faizini təşkil edir - DETALLAR
Bu gün, 09:59
“Xalq Bank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:57
“Bunu hüquq müstəvisində həll edəcəyəm” - Vado Korovinin kürəkəni işdən çıxarılıb?
Bu gün, 09:45
Banklar kredit verməyə müştəri tapmır? - ARAŞDIRMA
Bu gün, 09:44
Azərbaycan neftinin qiyməti 5 dollardan çox bahalaşıb
Bu gün, 09:42
Sosial xidmət, yoxsa kabinet imperiyası? –Agentliyin strukturu suallar doğurur
Bu gün, 09:33
Babək Babayevə qanun işləmir? - VİDEO
Bu gün, 09:31
Naxçıvan təxribatının açılmayan sirri - SƏN DEMƏ...
Bu gün, 09:29
Üç kənd qaytarılmasa: İrəvanın planı baş tutmayacaq - AKTUAL
Bu gün, 09:27
“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? - Qrantla susdurulan həqiqətlər!
Bu gün, 09:26
Ermənistanın “40-cı otağının açarı” Bakıdadır - İrəvanın gözləntisi...
Bu gün, 09:21
Məktəblər bağlansa, kəndlər boşalacaq - Ekspert deyir ki...
Bu gün, 09:20
Moskvanın bir həftədə Azərbaycanla bağlı iki ciddi səhvi - Bakıdan sərt reaksiyalar
Bu gün, 09:17
Naxşıvan ÖZ XANININ HƏSRƏTİNDƏ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:16
Ermənistan nəyə hazırlaşır: Sülhə, yoxsa müharibəyə? - GƏLİŞMƏ
Bu gün, 09:12
“Bir gülləlik canı olan” EUMA - Prezidentin xəbərdarlığının kodları
Bu gün, 09:10
Tramp Pekinə İlon Maskla birlikdə gedib - "Reuters"
Bu gün, 09:06
Putindən Paşinyana açıq hədə: “Rusiya sərhəddə təxribat törədə bilər” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 05:33
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi"nin yenidən vergi borcu yarandı - FOTO
Bu gün, 05:31
Paşinyanın Qarabağ etirafı - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 05:29
"Azərbaycan zəif görünsə, Ermənistan dərhal fərqli mövqe tutacaq" - FAKT BUDUR!
Bu gün, 05:26
Mərkəzi Hospitalının 2 milyonluq tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 05:24
"Uşağımın ata nəslində 40 yaşdan yuxarı yaşayan olmayıb" - Xalq artisti
Bu gün, 05:21
Tramp Moskvaya gedir? - AÇIQLAMA
Bu gün, 05:19
Trampın Çin səfəri... - İNCƏLƏMƏ
Bu gün, 04:59
Bura tərəf baxanda da borclanırsan... - BU DA FAKT...
Bu gün, 04:55
Azərbaycanlı milyonçunun Polşadakı binası ağzıgünə qalıb... - Dövlətimiz hərəkətə keçməlidir...
Bu gün, 04:47
BP-nin Superkompüter Mərkəzilə əməkdaşlıq bizə nə verəcək? - AKTUAL
Bu gün, 04:43
"Bəzi sosial əhəmiyyətli məhsullara ƏDV ya ləğv edilsin, ya da..." - ÇAĞIRIŞ
Bu gün, 04:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru