Polşanın cəmi iki tarixi yolu var: ya Avropanın "dilənçi vassalına" çevrilmək, ya da Rusiya ilə tərəfdaşlıq etmək.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.
Medvedyev qeyd edib ki, Polşa ölkədə Rusiyaya qarşı hərbiləşdirilmiş isteriyanın kimin tərəfindən və hansı pullar hesabına qızışdırıldığı barədə ciddi düşünməlidir.
Onun sözlərinə görə, Almaniya polşalıları Rusiyaya daha çox nifrət etməyə məcbur edərək, sonda onları səngərlərə göndərə bilər. Bu ssenaridə Almaniyanın özü isə bir növ "arxa cəbhə təmizləyicisi" rolunu oynayacaq.
Rusiya rəsmisi həmçinin Almaniyanın hazırkı mövqeyinə də toxunub. O, rəsmi Berlinin "dişsiz və soyuq" Avropada hegemonluq iddialarının artdığını vurğulayıb.
Medvedyev iddia edir ki, Almaniya hakimiyyəti əcdadlarının törətdiyi nasist cinayətlərinə görə məsuliyyəti və tarixi yaddaşı insanların beynindən silməyə çalışır.










