Milli Məclisin deputatı Səyyad Aranın adına “Tik tok”da saxta profil açılıb.
Bu barədə Gununsesi.info -ya deputatın özü məlumat verib:
“Tik tokda kimsə mənim adıma “Seyyad Aran” adlı saxta profil yaradıb. Bu profilin mənə heç bir aidiyyatı yoxdur. Əlaqədər hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, mənim adıma saxta profil yaradanların kimliyini müəyyən etsinlər”.










