“Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” .....                     Ankaranın ABŞ-da lobbi fəaliyyəti .....                     Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir .....                     Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətini haqsız hesab etdi: vətəndaşa sənədi niyə vermir? .....                     Kəndlini bazara buraxmırlar .....                     Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir .....                     “Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa..." .....                     “Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır .....                     Paşinyana “qəddar dost” dəstəyi: Avropa İttifaqının məqsədi nədir? .....                     Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı .....                     Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir .....                     ABŞ-nin istənilən səhvinə cavabımız sərt olacaq .....                     “Finans Kredit” BOKT niyə geriləyir? .....                     Səhnənin imtina etdiyi müğənni-aktrisamız .....                     "Bank Respublika" qaydaları pozdu .....                     Paytaxtın məşhur xəstəxanasında acınacaqlı mənzərə .....                     “Bakı 150 milyardlıq məhkəmə iddialarını bərpa edir” .....                     Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır .....                     Abit Əliyevi bu şirkətlərə bağlayan nədir .....                     Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlar .....                     Elə düşünürdüm ki, müharibə yenidən baş verməyəcək… .....                     Burda işə düzəlməyin də QİYMƏTİNİ QALDIRIBLAR... .....                     Zaur Axundova ağır itki .....                     SEPAH İraqda kürd bazalarını vurdu .....                     Şərab zavodunun səhmdarlarının illik ümumi yığıncağının keçiriləcək .....                     Səyyad Aranın adına saxta tik tok profili açılıb .....                     4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var .....                     Görün, millətə hansı suyu içirdirlər... .....                     Müştəriyə “bu gün ödəməlisən” ULTİMATUMU... .....                     “Tapançalı “lotular”ın göstərişi ilə 550 minə qol çəkmişəm” deyən iş adamı ilə bağlı .....                     Xalq artisti “TikTok”da hesab açdı .....                     Məhkəmə rüşvətə görə həbs edilən eks-baş həkimlə bağlı qərar verdi .....                     "Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur" .....                     Qurban bayramında ətin qiyməti belə dəyişəcək .....                     Xalqımızın xilaskarı: Heydər Əliyev .....                     Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider .....                     Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil .....                     1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... .....                     Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır .....                     Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi .....                 

Səhnənin imtina etdiyi müğənni-aktrisamız - Orxan Saffari yazır...
Tarix: Bu gün, 11:41 | Çap et

Elə sənət adamları var ki, onlar ömrünün bir dövründə bir işlə məşğul olur, ancaq alınmır. Əgər həqiqətən də istedadları varsa, başa düşürlər, başqa sahəyə keçid edirlər və uğurlu olurlar. Ancaq bu məsələnin müğənni, aktrisa Məleykə Əsədovaya heç bir dəxli yoxdur.

Onun ifalarında, rollarında insanı ən çox təsirləndirən məqam odur ki, heç nə təsirləndirmir.

O, olduğu hər yerdə uğursuz olmağı özünə məqsəd seçmiş, istedadasızlıq libasını isə əyninə biçmişdir.

Mənə elə gəlir ki, hətta təsadüfən də onun hansısa bir işi alınan fason olanda, ortabablığa yaxınlaşanda pis olur, ağlayır, küsür ki, axı belə olmamalı idi, məndə nə üçün alındı?

Ömrün bir çağında həm mahnı oxuyub, həm də aktrisalıq edən Məleykə Əsədova hər iki sahədə xüsusi istedadsızlığı, maraqsız olmağı, heç bir şəkildə alınmamağı ilə seçilir.

Bir məsəl var, “filankəsi heç torpaq da qəbul eləmir”. Bu misal, Məleykə Əsədovanı da səhnə qəbul eləmir. Səhnə özü özünü atır aşağı ki, bəsdir üstümə çıxdın, düş, bizdə alınmır, bacarmırsan, Məleykə.

Doğrudan da Azərbaycan səhnəsində başa düşülməyən, varlığı və yoxluğu heç cür hiss edilməyən bir sənət adamı məhz Məleykə Əsədovadır.

Heç bilmirsən, o, uzun illərdir ki, nə və niyə oxuyur?

Dərinə gedən, onu heç ciddi-ciddi pisləmək də olmur. Pisləmək üçün də ortada nəsə olmalıdır. Ancaq ortada təsadüfdən, boşluqdan təkcə adı məşhurlaşan bir Məleykə Əsədova adı var.

Elə müğənnilər, aktrisalar var ki, onlar sənətinə görə olmasa da, yaxşı- pis şəxsiyyətlərinə, hansısa mənalı-mənasız xüsusiyyətlərinə görə seçilir, adama maraqlı gəlirlər.

Ancaq Məleykə Əsədova heç bir əlamətinə görə seçilmir. Deputat Günay Ağamalı Milli Məclisdə nə qədər maraqsızdırsa, Məleykə xanım da burada maraqsızdır. Şou-biznes kimi qaynar bir məkanda, aktrisalıq kimi bir sahədə bu qədər maraqsız olmağı, bəlkə də, ancaq Məleykə Əsədova özü qazana bilərdi elə.

Tək-tük qadın sənətçilərdəndir ki, hərdən nazlanmağı da adamın əsəbinə toxunur. Hətta onun haqqında pis-pis şayələr də çıxmır. Çıxsa belə, adamın inanmağı gəlməz.

Ümumiyyətlə, bəzi sənətçilər var, onları sevənlər də olur, nifrət edənlər də. Deməli, təsir buraxırlar. Amma Məleykə Əsədova haqqında insanların reaksiyası adətən belə olur:

“Booo, başşıma xeyir, Allah, sən saxla”.

Məleykə xanım səhnəyə çıxanda zalda qəribə bir atmosfer yaranır. Heç kim nə baş verdiyini anlamır.

O, adını kimsə çəkəndə ötəri yada düşən adamdır. O qədər maraqsızdır ki, adı çəkiləndə yada Məleykə Abbaszadə belə düşür, özü yox. Çox güman, Abbaszadə də ondan yaxşı oxuyur, rol alsa, dah ayaxşı aktrisa olar.

Bundan başqa, Məleykə Əsədova heç qalmaqallarla da yadda qala bilmir. Yaşamağına qalmaqal yaşayır, ancaq yadda qalmır, maraqlı olmur.

Doğruda da, qəribədir. Məsələn, bəzi adamlara baxanda düşünürsən ki, bu adam sənətə necə gəlib? Ancaq Məleykə Əsədovaya baxanda belə düşünmürsən. Bilirsən ki, azıb. Elə bil, uzaq yoldan gəlib, deyib, qoy dincimi alım, ancaq necəsə qalıb burda. Heç kim də heç nə deməyib. Deyinlər də “Əşşi qalıb da, işiniz yoxdur” deyib keçib.

Hazırda Məleykə Əsədova sənətin itkin düşənləri siyahısındadır. Heç vaxt da tapılmayacaq. Qəsdən axtarmayacaqlar onu.

O oxuyanda da, rol ifa edəndə də ona görə yadda qalmır ki, insanın bədəni avtomatik olaraq özünümüdafiə mexanizmi keçir.

Gözlər elə bilir, selikli qişaya nəsə olacaq, beyin elə bilir, bu dəqiqə dağılacaq, qulaqlar pərdədən qorxur. Məleykə Əsədova səhnəyə çıxanda deyirlər ki, “başlı başın saxlasın”.

İllər keçir, dövrlər dəyişir, janrlar dəyişir, səslər dəyişir, səhnələr yenilənir, amma Məleykə Əsədova dəyişmir. Sanki 1998-ci ildə televizorda donub qalmış bir kadrdır. O vaxt necə maraqsız idisə, o vaxt necə uğur qazana bilmirdisə, indi də elədir.

Bəlkə də, onun ən böyük uğuru uzun illərdir sənətdə olub, hələ də heç kim tərəfindən tam olaraq müzakirə edilməməsidir. Bu, adi bacarıq deyil.

Şou-biznes dediyin yer qalmaqal, emosiyalar, ehtiras, dava, barışıq məkanıdır. Amma Məleykə xanım həmin dünyanın içində sanki ASAN Xidmətdə xarici passport almaq üçün növbə gözləyən adam kimi tənhadır. Çünki passportu alıb hələ uzun müddət də heç yerə getməyəcəyini bilir o adam. Elə belə alır. Məleykə xanım da elə belə, elə bu cür var.

Onun Niyaməddin Musayevlə civ-civ səs ilə oxuduğu “Azərbaycan qızıyam” mahnısını çox adam eşidib.

Məleykə Əsədova olmağına Azərbaycan qızıdır, ancaq mən onu Azərbaycan sənətçisi kimi görə bilmirəm.

Ümumiyyətlə, mən onu görə bilmirəm.

Orxan Saffari

Gununsesi.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” - "Ay Beauty" İŞİ
Bu gün, 12:41
Ankaranın ABŞ-da lobbi fəaliyyəti - bəs Azərbaycan?
Bu gün, 12:34
Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir - İNCƏLƏMƏ
Bu gün, 12:32
Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətini haqsız hesab etdi: vətəndaşa sənədi niyə vermir? - TƏFƏRRÜAT
Bu gün, 12:23
Kəndlini bazara buraxmırlar - ŞƏRH
Bu gün, 12:19
Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra
Bu gün, 12:17
“Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa..."
Bu gün, 12:08
“Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır – MTK problemin aradan qaldırılacağını deyir
Bu gün, 12:06
Paşinyana “qəddar dost” dəstəyi: Avropa İttifaqının məqsədi nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:04
Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı - “Vacib deyil ki, peşəkar jurnalist olasınız...”
Bu gün, 12:01
Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir - SİYAHI
Bu gün, 11:59
ABŞ-nin istənilən səhvinə cavabımız sərt olacaq - Xameneinin müavini
Bu gün, 11:47
“Finans Kredit” BOKT niyə geriləyir? - TƏFƏRRÜAT
Bu gün, 11:42
Səhnənin imtina etdiyi müğənni-aktrisamız - Orxan Saffari yazır...
Bu gün, 11:41
"Bank Respublika" qaydaları pozdu - Mərkəzi Bank məcburi sərəncam verdi
Bu gün, 11:39
Paytaxtın məşhur xəstəxanasında acınacaqlı mənzərə - VİDEO
Bu gün, 11:37
“Bakı 150 milyardlıq məhkəmə iddialarını bərpa edir” İDDİASI
Bu gün, 11:30
Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır - Xəzər rayonunda qanunsuz tikinti
Bu gün, 11:20
Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Təmir-tikinti işləri, yoxsa…
Bu gün, 11:12
Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlar - Petrosyan
Bu gün, 11:06
Elə düşünürdüm ki, müharibə yenidən baş verməyəcək… - GİLEY
Bu gün, 11:01
Burda işə düzəlməyin də QİYMƏTİNİ QALDIRIBLAR... - "Rüşvət vermədiyim üçün məni aylarla süründürürlər..."
Bu gün, 10:53
Zaur Axundova ağır itki
Bu gün, 10:47
SEPAH İraqda kürd bazalarını vurdu - İran mediası
Bu gün, 10:46
Şərab zavodunun səhmdarlarının illik ümumi yığıncağının keçiriləcək
Bu gün, 10:45
Səyyad Aranın adına saxta tik tok profili açılıb - AÇIQLAMA
Bu gün, 10:41
4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var
Bu gün, 10:21
Görün, millətə hansı suyu içirdirlər... - FOTOFAKT
Bu gün, 10:11
Müştəriyə “bu gün ödəməlisən” ULTİMATUMU... - GİLEY
Bu gün, 10:05
“Tapançalı “lotular”ın göstərişi ilə 550 minə qol çəkmişəm” deyən iş adamı ilə bağlı QƏRAR
Bu gün, 10:01
Xalq artisti “TikTok”da hesab açdı
Bu gün, 09:06
Məhkəmə rüşvətə görə həbs edilən eks-baş həkimlə bağlı qərar verdi
Bu gün, 09:02
"Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur"
Bu gün, 08:20
Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi
Bu gün, 08:17
Xalqımızın xilaskarı: Heydər Əliyev - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider - MƏQALƏ
Bu gün, 08:11
Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil - KİV
Bu gün, 08:10
1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... - SƏN DEMƏ...
Bu gün, 08:08
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır - TƏFƏRRÜAT
Bu gün, 07:52
Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:51
100-dən çox tələbə AQC-yə üzv şirkətlərdə təcrübə keçəcək - FOTO
Bu gün, 07:49
Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...
Bu gün, 07:40
Mingəçevirdə uşaqlar arasında XƏSTƏLİK YAYILIR - İDDİA
Bu gün, 07:33
Gənclərin problemi "Vağzalı"dırmı? - AKTUAL
Bu gün, 07:26
“Avropalı gəlin” Azərbaycandan nə istəyir? - GƏLİŞMƏ
Bu gün, 07:23
İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:21
5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur - AKTUAL
Bu gün, 07:19
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
Bu gün, 07:17
Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu - Şirkətlər tenderə maraq göstərmədi
Bu gün, 07:15
İran ABŞ-nin təklifinə cavabı bu gün TƏQDİM EDƏ BİLƏR
Bu gün, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru